top
Müstəqillik Gününə həsr olunmuş respublika miqyaslı full kontakt karate seminarı baş tutub - FOTO Idman.biz
29 may 2025, 12:43
- +

Müstəqillik Gününə həsr olunmuş respublika miqyaslı full kontakt karate seminarı baş tutub - FOTO

Azərbaycan Karate Federasiyasının rəhbərliyi və "KWU-WFKF" birliyinin təşkilatçılığı ilə 28 May – Respublika Günümünasibətilə full kontakt karate üzrə ümumrespublika seminarı uğurla təşkil olunub.

İdman.biz xəbər verir ki, tədbirə ölkənin müxtəlif bölgələrindən 400-ə yaxın karateçi qatılıb.

Seminar Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb və Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin rəsmi açılışında çıxış edən Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Füzuli Musayev, AKF prezidenti adından iştirakçıları salamlayaraq deyib ki, 28 May Respublika Gününə həsr olunmuş möhtəşəm seminarda bir araya gəlmək böyük şərəfdir: "Azərbaycan Respublikasının müstəqilliyi hər birimizin qürur mənbəyidir. Biz bu müstəqilliyin qorunması və inkişafı üçün yalnız cəbhədə deyil, idmanda da öz töhfəmizi verməliyik. Karate – yalnız idman deyil, həm də bir həyat tərzidir. Bu sənət vasitəsilə biz gənclərimizə həm mənəvi, həm də fiziki güc aşılamaqdayıq.
Azərbaycan Karate Federasiyası olaraq məqsədimiz təkcə idman uğurları deyil, həm də sağlam, vətənpərvər gənclərin yetişməsinə dəstək olmaqdır. Bugünkü seminarda iştirak edən hər bir karateçini təbrik edir, uğurlar arzulayıram. Müstəqilliyimiz daim olsun".

Ardınca çıxış edən AKF -in baş katibi və "KWU-WFKF" birliyinin sədri Qabil Sayadov, tədbirin təşkilində göstərilən dəstəyə görə federasiya rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirib. O, belə seminarların gənc idmançıların inkişafı və beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etmələri baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Seminarın praktiki hissəsi təşkilat nümayəndələri Hamlet Əlili, Rza Mustafayev, Vidadi Xəlilov, Rasim Oqniev, Anar Məmmədov və digər təcrübəli mütəxəssislərin rəhbərliyi ilə həyata keçirilib. Məşqlər zamanı iştirakçılara müxtəlif texniki və taktiki elementlər öyrədilib, yeni metodik yanaşmalar tətbiq olunub.

Tədbirin sonunda 100 -ə yaxın karateçi müxtəlif kyu dərəcələri üzrə imtahan verərək öz bilik və bacarıqlarını nümayiş etdiriblər. İmtahanlar peşəkar hakim heyəti tərəfindən obyektiv şəkildə qiymətləndirilib.

Azərbaycan Karate Federasiyası bildirir ki, bu kimi tədbirlər gələcəkdə də ardıcıl olaraq davam etdiriləcək və ölkə üzrə karate idman növünün bütün üslublarının inkişafına hərtərəfli dəstək göstəriləcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:52

Lionel Messi sonrası Argentina millisinin yeni kapitanı Kristian Romero oldu

Futbol
Bu gün, 09:52

Kristian Romero Argentina millisinin yeni kapitanı seçildi

Futbol
Bu gün, 09:52

Argentina millisinin yeni kapitanı Kristian Romero seçildi

Futbol
Bu gün, 09:40

FİFA, UEFA-nın özünə qarşı qarayaxma kampaniyası yürütdüyünü iddia edir

Futbol
Bu gün, 09:40

FİFA UEFA‑nın təşkilata qarşı qarayaxma kampaniyası yürüdüyünü iddia edir

Futbol
Bu gün, 09:36

“Sabah” komandası Çempionlar Liqasının ev matçlarını Bakı Olimpiya Stadionunda keçirəcək

Futbol
Bu gün, 09:20

Məşhur Hollivud aktyoru Hyu Cekman “Norviç” klubunun səhmlərini almaq istəyir

Futbol
Bu gün, 09:20

Məşhur Hollivud aktyoru Hyu Cekman "Norviç" klubunun səhmlərini almağa çalışır

Futbol
Bu gün, 09:20

Məşhur Hollivud aktyoru Hyu Cekman "Norviç" klubunun səhmlərini almağa çalışır

Futbol
Bu gün, 09:20

Məşhur Hollivud aktyoru Hyu Cekman "Norviç" klubunun səhmlərini almağa çalışır

Futbol
Bu gün, 09:20

Məşhur Hollivud aktyoru Hyu Cekman “Norviç” klubunun səhmlərini almağa çalışır

Futbol
Bu gün, 08:37

Neymar zədələndi, Santos Braziliya Kubokunda mübarizəni dayandırdı

Futbol
Bu gün, 08:37

Neymarun zədəsi və Santosun Braziliya Kubokundan çıxışı

Futbol
Bu gün, 08:20

Sabah – Zirə arasında 4-cü turda qarşılaşma

Cüdo
Bu gün, 07:41

İranlı ağır çəkili döyüşçü Puya Rəhmani, rusiyalı Oleg Popovu məhv edəcəyini bildirib

Boks
Bu gün, 07:41

İranlı ağırçəkili döyüşçü Puya Rəhmani Rusiyalı Oleq Popovu birinci raundda məhv edəcəyini açıqladı

Boks
Bu gün, 07:41

İranlı ağırçəkili döyüşçü Puya Rəhmani, Rusiyalı Oleq Popovu məhv edəcəyini iddia edir

Digər
Bu gün, 07:41

İranlı ağırçəkili döyüşçü Puya Rəhmani, Rusiyalı Oleq Popovla qarşılaşmadan əvvəl məhvi vəd edir

Cüdo
Bu gün, 07:41

İranlı ağırçəkili döyüşçü Puya Rəhmani, Rusiyalı Oleq Popovu məhv etməyi planlaşdırır

Futbol
Bu gün, 06:24

İnsayder: Benzema “Barselona”ya keçmir, məlumatlar yanlışdır

Futbol
Bu gün, 06:24

İnsayder Benzemanın Barselona keçidi barədə şayiələri rədd etdi

Futbol
Bu gün, 06:24

İnsayder: Benzemanın Barcelona transferi haqqında məlumatlar yanlışdır

Futbol
Bu gün, 06:24

İnsayder Benzemanın Barselona keçidi barədə şayiələrə etiraz etdi

Futbol
Bu gün, 06:24

İnsayder Benzemanın Barcelona transferi barədə şayiələrin həqiqət olmadığını bildirib

Oxşar xəbərlər