top
Gənc boksçular arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib Sport24.az
09 fevral 2026, 21:26
- +

Gənc boksçular arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Gənc boksçular arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib. Sport24.az xəbər verir ki, tədbir iştirakçı komandaların paradı ilə başlayıb.

 

Mərasimdə çıxış edən Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir Hüseynov döyüşlərin gərgin və ədalətli keçəcəyinə inandığını bildirib. Onun sözlərinə görə, yarışa qatılan gənc idmançılar ölkə boksunun sabahıdır: "Ötən ay böyüklər arasında Azərbaycan çempionatında debüt edən gənclər özlərini yaxşı tərəfdən göstərdilər və yeni komanda formalaşdı. Hazırda bu yarışda döyüşəcək boksçuları da yeniyetmələr arasında Azərbaycan çempionatında izləmişik. Hər birinin böyük potensialı var. Onların daha da inkişafı üçün lazımı bütün addımlar atılacaq, paytaxtla yanaşı, bölgələrdə də infrastruktur güclənəcək. Hesab edirəm ki, gələcəyin Olimpiya çempionlarının ilk performanslarını U-19 Azərbaycan çempionatında görəcəyik".

 

Yarışın özbəkistanlı supervayzeri Aleksandr Hamidov çempionatın təşkilatçılığını yüksək qiymətləndirib və yarış iştirakçılarına uğurlar arzulayıb.

 

Ardınca Dövlət Himni səsləndirilib və U-19 Azərbaycan çempionatı açıq elan olunub.

 

Qeyd edək ki, Boks Mərkəzində keçirilən yarışda oğlanlarda 10, qızlarda 5 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək. Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 58 komandanın 276 boksçusu qatılıb. Döyüşləri yerli hakimlərlə yanaşı, xarici referilər də idarə edirlər.

 

Yarışda qaliblərin adına fevralın 15-də aydınlıq gələcək.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:28

Per Mertezaker Almaniyaya yeni vəzifədə qayıdır

Futbol
Bu gün, 19:21

Neymar komanda ilə oyun olmayan gün poker turnirində iştirak edib

Futbol
Bu gün, 18:59

Beşiktaş Riçarlisonu heyətinə qatmaq istəyir

Futbol
Bu gün, 18:51

Real Madrid Franko Mastantuononun icarəyə verilməsi üçün danışıqlar aparır

Futbol
Bu gün, 18:50

"Kəpəz" Ryonosuke Ohori ilə vidalaşdı

Futbol
Bu gün, 18:29

Qalatasaray "Real"dan Brahim Diazı almaq istəyir

Futbol
Bu gün, 18:19

Babək Quliyev UEFA Konfrans Liqasında görüşə hakim-inspektor təyin edilib

Futbol
Bu gün, 18:00

Xames Rodriqes azad agent oldu

Futbol
Bu gün, 18:00

Argentina millisinin baş məşqçisi siyasi banner barədə xəbərsiz olduğunu açıqladı

Güləş
Bu gün, 17:50

Azərbaycan qadın cüdo millisi Şamaxıda dünya çempionatına hazırlaşır

Futbol
Bu gün, 17:28

Dünya çempionatlarında ən çox qol vuran və ötürmə edən futbolçular

Futbol
Bu gün, 17:08

„Şəfa“ futbol klubu qvineyalı müəllim ilə müqavilə bağlayıb

Futbol
Bu gün, 16:43

Fredi Varqas “Neftçi”yə transfer olub

Futbol
Bu gün, 16:11

"Neftçi" və "Qarabağ"ın oyunlarına görə metronun iş rejimi dəyişəcək

Futbol
Bu gün, 16:00

Ağasəlim Mircavadov: Neftçini hədəfi Konfrans Liqasıdır

Futbol
Bu gün, 15:41

Lionel Skaloni Argentina millisinin siyasi bannerindən xəbərsiz olduğunu aydınlaşdırdı

Futbol
Bu gün, 15:40

Krisensio Summervillin gələcəyi ilə bağlı mübarizə

Futbol
Bu gün, 15:10

Neftçi Çempionlar Liqasına qələbə ilə başladı

Qarabağ FK
Bu gün, 15:00

Azərbaycan UEFA reytinqində əmsalını artırdı

Futbol
Bu gün, 14:40

İpsviç Lesterdən Əbdül Fatavunu transfer edib

Digər
Bu gün, 14:21

Azərbaycanın vinq çun komandası beynəlxalq turnirə hazırdır

Futbol
Bu gün, 14:00

Sabahın UEFA Çempionlar Liqasındakı ilk qələbəsi

Futbol
Bu gün, 13:50

Gilyermo Oçoa futbol karyerasını başa vurub

Futbol
Bu gün, 13:37

Timoteuş Puxaç: “Kiçik diqqətsizlik baha başa gələ bilər”

Oxşar xəbərlər