top
Diskvalifikasiya olunan boksçu: Ömrümü bu idmana həsr etmişəm Idman.biz
06 iyun 2025, 17:15
- +

Diskvalifikasiya olunan boksçu: "Ömrümü bu idmana həsr etmişəm"

Azərbaycan boksçusu Məsud Yusifzadə antidopinq qaydalarını pozduğu üçün 36 aylıq diskvalifikasiya edilməsinə münasibət bildirib.

İdman.biz xəbər verir ki, o, bu barədə "Report"a açıqlama verib.

Boksçu əvvəllər heç vaxt dopinqlə bağlı problem yaşamadığını vurğulayıb: "6 yaşımdan boksla məşğul oluram, ömrümü bu idmana həsr etmişəm. İndiyə qədər Azərbaycan çempionatlarında uduzmamışam. 10 qat ölkə çempionuyam. Avropa, həmçinin dünya çempionatının qalibi və mükafatçısıyam. "İdman ustası" fəxri adına layiq görülmüşəm. Hər il Azərbaycan çempionatının finalından sonra dopinq yoxlanışı aparılır. Hətta elə olub ki, bir ay ərzində 3 dəfə evə gəlib məndən analiz götürüblər. Heç vaxt dopinqlə bağlı problem yaşamamışam. Ölkədən kənarda çıxış edəndə də Beynəlxalq Antidopinq Agentliyi (WADA) tərəfindən məndən dopinq testləri götürülüb və nəticələr normal olub. İndi belə qərar çıxarılması nə dərəcədə ədalətlidir?"

O, yarış zamanı ciddi zədələndiyi üçün test nümunəsi vermədən birbaşa xəstəxanaya yollandığını və bu səbəbdən sanksiya ilə üzləşdiyini bildirib: "Azərbaycan birinciliyinin yarımfinalında qaşımdan ciddi zədə almışdım. Final döyüşünə keyləşdirici dərman vurub çıxmışdım. İkinci raunddan sonra məşqçimdən öyrəndim ki, xalı rəqibimə veriblər. Bu səbəbdən etiraz etdim və döyüşü yarımçıq saxladım. Üstəlik, zədələndiyim nahiyədən qan axırdı. Belə bir məqamda məni dopinq analizi götürmək üçün dəvət etdilər. Zədəmin ciddi olması səbəbindən test verməyə deyil, heç döyüş geyimimi dəyişmədən birbaşa xəstəxanaya yollandım. Yarama tikiş qoyub qanı dayandırdılar. Ertəsi gün sanksiya tətbiq edildiyini öyrəndim. Boks Federasiyasından heç kim danışmır. AMADA-nın ofisinə də getdim, hər şeyi anlatdım, amma faydası olmadı. Artıq məvacibimi də kəsiblər".

Yusifzadə cəzasının müddəti bitdikdən sonra yenidən boksa qayıtmaq niyyətində olduğunu söyləyib: "Boksdan başqa heç nə bacarmıram. Yenidən qayıtmaq fikrindəyəm. 3 illik fasilədən sonra özümü hər kəsə sübut edib, ardından karyeramı bitirmək istəyirəm. Məşqləri hər gün davam etdirirəm. Məşq keçməyəndə sanki nəsə çatmadığını hiss edirəm, buna öyrəşmişəm".

Qeyd edək ki, Yusifzadə nümunə toplanmasından yayınma, imtina və nümunə təqdim etməməyə görə 36 aylıq cəzalandırılıb.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:20

Məşhur Hollivud aktyoru Hyu Cekman “Norviç” klubunun səhmlərini almağa çalışır

Futbol
Bu gün, 08:37

Neymarun zədəsi və Santosun Braziliya Kubokundan çıxışı

Digər
Bu gün, 07:41

İranlı ağırçəkili döyüşçü Puya Rəhmani, Rusiyalı Oleq Popovla qarşılaşmadan əvvəl məhvi vəd edir

Boks
Bu gün, 07:41

İranlı ağırçəkili döyüşçü Puya Rəhmani, Rusiyalı Oleq Popovu məhv edəcəyini iddia edir

Boks
Bu gün, 07:41

İranlı ağırçəkili döyüşçü Puya Rəhmani Rusiyalı Oleq Popovu birinci raundda məhv edəcəyini açıqladı

Cüdo
Bu gün, 07:41

İranlı ağırçəkili döyüşçü Puya Rəhmani, Rusiyalı Oleq Popovu məhv etməyi planlaşdırır

Futbol
Bu gün, 06:24

İnsayder: Benzemanın Barcelona transferi barədə xəbərlər yanlışdır

Futbol
Bu gün, 06:24

İnsayder Benzemanın Barcelona transferi barədə şayiələrin həqiqət olmadığını bildirib

Futbol
Bu gün, 06:24

İnsayder Benzemanın Barselona keçidi barədə şayiələri rədd etdi

Futbol
Bu gün, 06:24

İnsayder: Benzemanın Barcelona transferi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil

Futbol
Bu gün, 06:24

İnsayder: Benzemanın Barcelona transferi haqqında məlumatlar yanlışdır

Futbol
Bu gün, 06:24

İnsayder Benzemanın Barselona keçidi barədə şayiələrə etiraz etdi

Futbol
Bu gün, 06:24

İnsayder: Benzema “Barselona”ya keçmir, məlumatlar yanlışdır

Futbol
Bu gün, 05:44

Lazio beş azad agentə baxır, onlardan üçü Interin keçmiş oyunçusudur

Futbol
Bu gün, 05:44

Lazio beş azad agentlə maraqlanır, üçü Interin keçmiş oyunçusudur

Futbol
Bu gün, 04:11

Leandro Andrade Polessye-də 87-ci dəqiqədə ilk qolunu vurdu

Futbol
Bu gün, 04:11

Leandro Andrade Polessye klubunda ilk qolunu vurdu

Futbol
Bu gün, 03:19

Mourinyo: Betis oyunçusunun ölü kimi hərəkət etməsi sarı kartla nəticələndi

Futbol
Bu gün, 03:19

Mourinho: Betis oyunçusunun “ölmüş kimi” davranışı səbəbindən sarı kart aldım

Futbol
Bu gün, 03:19

Mourinho: Betis oyunçusunun davranışı ölü kimi idi, buna görə sarı kart aldım

Futbol
Bu gün, 02:39

Luis Enrike: “Biz qələbəni haqq edirdik”

Futbol
Bu gün, 02:11

Zamiq Əliyevin çıxışı ilə Eqnatiya 2:1 qalib gəldi, ardıcıl üçüncü qələbə

Futbol
Bu gün, 02:11

Zamiq Əliyev 90 dəqiqə oynadı, “Eqnatiya” ardıcıl üçüncü qələbəsini qazandı

Güləş
Bu gün, 01:50

Rəvan Musayev VI Dünya Köçəri Oyunlarında güləşdə gümüş medal qazandı

Oxşar xəbərlər