"Qarabağ"ın sabiq futbolçusu Leandro Andrade Ukraynanın "Polessye" klubunda qol hesabını açıb.
İdman.Biz xəbər verir ki, çempionatın beşinci turunda lider "Polessye" "Kudrivka"nı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyuna sonradan qoşulan Andrade görüşün 87-ci dəqiqəsində komandasının beşinci qolunu vurub. Bununla da Leandro "Polesye"də keçirdiyi yeddinci rəsmi oyunda ilk dəfə rəqib qapısına yol tapıb.
Bu qarşılaşmaya qədər Andrade "Xarkov" və "Şaxtyor"la oyunlarda məhsuldar ötürmə müəllifi olub.
"Polessye" beş turdan sonra 12 xalla Ukrayna çempionatının lideridir.