top
Azərbaycan məktəbli boksçuları Avropa birinciliyini 22 medalla başa vurub Report.az
28 iyul 2025, 11:02
- +

Azərbaycan məktəbli boksçuları Avropa birinciliyini 22 medalla başa vurub

Azərbaycan boksçuları Serbiyanın Zlatibor şəhərində məktəblilər arasında keçirilən Avropa birinciliyini 3 qızıl, 10 gümüş və 9 bürünc medalla bitiriblər.

Bu barədə "Report"a Boks Federasiyasının mətbuat xidmətindən bildirilib.

Abbasəli Məmmədli (48 kq) finalda ermənistanlı Davit Dunyamalyanla qarşılaşıb. Boksçumuz rəqibini 4:1 (27:30, 30:27, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edərək Avropa çempionu tituluna yiyələnib.

Nurlan Müseyibli (66 kq) həlledici görüşdə rusiyalı Albert Fedotenkova 4:1 (29:28, 30:27, 30:27, 29:28, 27:30), Zirəddin Rüstəmli (70 kq) serbiyalı Draqan Todoroviçə tam üstünlüklə qalib gələrək qitənin ən güclüsü adına sahib olub.

Digər boksçularımızdan Nəsrin Abdullazadə (38 kq), Tunca Mürşüdova (42 kq), Fatimə Məmmədli (44 kq), Kəmalə Həsənova (54 kq), Babək Abdullayev (40 kq), Məhəmməd Kazımzadə (42 kq), Nuran Yusibli (46 kq), Elcan Musazadə (50 kq), Sabir Rüstəmov (57 kq), Yusif Ağakişiyev (75 kq) gümüş, Aysan Miriyeva (46 kq), Emiliya Beydullayeva (57 kq), Xumar Cəfərli (70 kq), Sahib Baxışlı (44 kq), Məhəmməd Əli (52 kq), Fərhad Quliyev (54 kq), Amid Ələkbərov (60 kq), Mehran Rəsulov (80 kq) və Ərdəm Təkin (90 kq) isə bürünc medal qazanıblar.

Yığma bu göstərici ilə komanda hesabında Avropa ikincisi olub. Birinci yeri Rusiya tutub.

3 qızıl, 10 gümüş və 9 bürünc mükafat qazanan milli qitə birinciliklərində rekordlarını da yeniləyib. Komanda Zlatiborda həm mükafatların əyarına, həm də sayına görə indiyədək olan nəticələrini geridə qoyub. Bunadək boksçularımız analoji yarışlarda bu qədər qızıl, gümüş və bürünc medala yiyələnməyib.

Qeyd edək ki, yığma indiyədək 2011-ci ildə Qroznıda və 2024-cü ildə Banya Lukada 9 medal qazanıb. Ən yaxşı halda isə 2 boksçumuz Avropa çempionu tituluna sahib olub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 22:24

Barselona futbol klubunun gəlirləri tarixdə ilk dəfə 1 milyard avronu keçdi

Futbol
Dünən, 22:24

"Barselona" klubu tarixdə ilk dəfə 1 milyard avrodan çox gəlir qazandı

Futbol
Dünən, 21:59

Qəbələ məşqçisi Amil Ağacanov: “İmişlini 2:1 məğlub edərək daha yaxşı hazırlandıq”

Futbol
Dünən, 21:56

Slaviya klubunda ayrılıq – Denis Halinski icarəyə verildi

Futbol
Dünən, 21:56

Sabahın rəqibi Slaviya klubundan ayrıldı

Futbol
Dünən, 21:56

Sabahın rəqibi Slaviada oyunçunun ayrılması

Futbol
Dünən, 21:56

Sabahın Slaviya qarşılaşmasında Denis Halinski icarəyə verildi

Futbol
Dünən, 21:43

Real Madridın hücumçısı Kilyan Mbappe avqustun ən yaxşı futbolçusu seçildi

Futbol
Dünən, 21:43

Kilian Mbappe avqustun yekunlarına görə Real Madrid-in ən yaxşı futbolçusu seçildi

Futbol
Dünən, 21:43

Real Madridun hücumçısı Kylian Mbappe avqust ayının ən yaxşı futbolçusu seçildi

Digər
Dünən, 21:26

Azərbaycan taekvondo millisi İsveçrədə "Swiss Open" turnirində iştirak edəcək

Digər
Dünən, 21:26

Azərbaycan taekvondo milli komandası İsveçrədə "Swiss Open" turnirində iştirak edəcək

Digər
Dünən, 21:26

Azərbaycan taekvondo gəncləri İsveçrənin Saint Gallen şəhərində Swiss Open turnirində yarışacaq

Digər
Dünən, 21:26

Azərbaycan taekvondo milli komandası Swiss Open turnirində iştirak edəcək

Futbol
Dünən, 21:13

Musiala, 5 sentyabrda Şalke matçında Bayern heyətinə qayıdacaq

Futbol
Dünən, 21:13

Musiala, “Şalke” qarşısında “Bavariya” heyətində çıxacaq

Futbol
Dünən, 20:57

Anderson Talişka BƏƏ-də Al‑Cəzirə klubuna 2 illik müqavilə imzaladı

Futbol
Dünən, 20:57

Anderson Talişka BƏƏ-nin Əl-Cəzirə klubunda 2 illik müqavilə imzaladı

Futbol
Dünən, 20:57

Anderson Talişkanın Al Cəzirə ilə 2 illik müqaviləsi - RƏSMİ

Futbol
Dünən, 20:57

Anderson Talişkanın Al‑Cəzirə klubunda iki illik müqaviləsi rəsmiləşdi

Futbol
Dünən, 20:57

Anderson Talişkanın Al‑Jazira klubunda 2 illik rəsmi müqaviləsi

Futbol
Dünən, 20:48

İngiltərə “Nyukasl” klubu 18 yaşlı yarımmüdafiəçi Osman Diabeteni 2,5 milyon avro qarşılığında transfer etdi

Futbol
Dünən, 20:48

İngiltərə “Nyukasl” klubuna 18‑yaşlı yarımmüdafiəçi Osman Diabate transfer olundu

Futbol
Dünən, 20:33

Xabi Alonso, Kayseronun vəziyyəti barədə açıqlama verdi

Oxşar xəbərlər