"Bavariya"nın futbolçusu Camal Musiala mövsöncəsi hazırlıq dövründə yaranan sağlamlıq problemlərindən sonra komandanın heyətinə qayıdacaq.
İdman.Biz xəbər verir ki, 23 yaşlı futbolçu sentyabrın 5-də Bundesliqanın ikinci turunda "Şalke"yə qarşı keçiriləcək səfər matçına komanda ilə birlikdə yollanacaq. Bu qərar Münhen təmsilçisinin son məşqindən sonra verilib.
Avqust ayında Musiala yoldaşlıq oyunları zamanı dörd gün ərzində iki dəfə meydanda huşunu itirib. O, əvvəlcə "RB Leypsiq", daha sonra isə "Haydenhaym"la matçda belə hal yaşayıb.
"Şalke" – "Bavariya" matçı sentyabrın 5-də keçiriləcək.