top
Azərbaycan kikboksinqçiləri Dünya Kubokunda uğurla çıxış etdilər Idman.biz
16 oktyabr 2025, 16:10
- +

Azərbaycan kikboksinqçiləri Dünya Kubokunda uğurla çıxış etdilər

Azərbaycan kikboksinqçiləri Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya Kubokunda çox gözəl nəticə göstəriblər.

Bunu "Report"a açıqlamasında Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Eduard Məmmədov deyib.

Qurum rəsmisi bəzi idmançıların ilk dəfə özünü fərqli çəki dərəcəsində sınadığını bildirib:

"Dünya Kubokunda 41 idmançımız iştirak etdi. Yarışda ümumilikdə 40-dan çox ölkədən 2300-dən artıq idmançı mübarizə apardı. Komandamız 8 qızıl, 9 gümüş və 9 bürünc medal qazandı. Noyabrda Əbu-Dabidə WAKO üzrə dünya çempionatı keçiriləcək. Özbəkistandakı yarış dünya çempionatına qatılmaq üçün son mərhələ idi. Bu səbəbdən biz də daxil olmaqla, bütün ölkələr iştirak etdilər. Gənclər arasında Avropa çempionu olan idmançılarımız da qatılmışdılar. Ümumilikdə çox gözəl nəticədir. WAKO üzrə ikiqat Avropa çempionu, böyüklər arasında ikiqat dünya birincisi Elvin Məmmədov bu il ilk dəfə 57 kq çəki dərəcəsində özünü sınadı. Yarışda üç döyüş keçirdi və hər birini qələbə ilə tamamlayaraq qızıl medal qazandı. Bu onun üçün bir sınaq idi. Çünki daha əvvəl 54 kq çəki dərəcəsində döyüşürdü. Daha əvvəl bu çəkidə Avropa və dünya çempionu olmuşdu".

O, Dünya Kubokunda əsas məqsədin gəncləri yoxlamaq olduğunu qeyd edib:

"Oktyabrın 24-26-da Respublika çempionatı keçiriləcək. Bu yarışda çempion olan dünya çempionatına yollanacaq. Özbəkistanda əsas məqsəd gəncləri yoxlamaq idi. Qəşəm Məmmədov 81 kq çəki dərəcəsində ilk dəfə çıxış etdi və keçirdiyi 4 döyüşdə qələbə qazanaraq qala gecəsində çıxış etdi. O, daha əvvəl 75 kq çəki dərəcəsində döyüşürdü. Həmçinin Rafiq Babazadəni qeyd etmək istərdim. Gənclər arasında çox yaxşı döyüşdü və yarışı qızıl medalla bitirdi. Adını çəkdiyim idmançıların hər biri, həmçinin tələbəm, WAKO üzrə dünya və Avropa çempionu Amil Quliyev də Azərbaycan birinciliyinə qatılacaq".

Eduard Məmmədov Əbu-Dabidə baş tutacaq dünya çempionatında döyüşəcəyini də vurğulayıb:

"Əbu-Dabidə keçiriləcək mundialda özüm də iştirak edəcəyəm. Bildiyiniz kimi, son 7 ildir master kateqoriyasında çıxış edirəm. Baxmayaraq ki, 48 yaşım var. Avropa çempionatı iki ildən bir keçirilir. Mən reytinqdə birinciyəm. Düzdür, daha gənc idmançılar iştirak edəcək. Amma belə yarışda, həm də bu yaşda döyüşməyim tələbələrim, eləcə də gənclər üçün stimul, yaxşı motivasiya olar. Bütün nailiyyətlərə görə ilk növbədə Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevə və federasiyanın prezidenti Orxan Əliyevə təşəkkür etmək istəyirəm".

Qeyd edək ki, Özbəkistandakı yarışda Azərbaycan kikboksinqçiləri 26 (8 qızıl, 9 gümüş, 9 bürünc) medal qazanıblar.

İdman.Biz

Qarabağ FK

Son xəbərlər

Minifutbol
Bu gün, 23:44

„Rapid“ „Santa-Koloma“nu məğlub edib

Futbol
Bu gün, 23:44

"Rapid" "Santa Kolomaya" qalib gəlib

Qarabağ FK
Bu gün, 23:33

Elvin Cəfərquliyevin əsas heyətdə yeri hələ də müəyyən deyil

Futbol
Bu gün, 23:17

Makkabi Şerifə qarşı inamlı qələbə qazandı

Futbol
Bu gün, 23:00

Elliot Anderson „Mançester Siti“yə keçib

Futbol
Bu gün, 22:46

Mahir Emreli Polşada ilk qoluna imza atdı

Qarabağ FK
Bu gün, 22:39

Qurban Qurbanov “CSKA Sofia” ilə oyun haqqında danışdı

Qarabağ FK
Bu gün, 22:25

Hristo Yanev: “Qarabağ”la bərabərlik yaxşı nəticədir”

Futbol
Bu gün, 22:10

Frenki de Yonqun dizində zədə

Futbol
Bu gün, 21:50

Zirə Konfrans Liqasında ilk qarşılaşmasına çıxacaq

Futbol
Bu gün, 21:20

Luka Modriç “Milan”la müqaviləsini uzatdı

Minifutbol
Bu gün, 20:57

Azərbaycan İdman Akademiyasının futzal komandası Avropa Universitet Oyunlarının yarımfinalına yüksəlib

Futbol
Bu gün, 20:27

Barselona Adeyemi ilə müqavilə imzaladı

Qarabağ FK
Bu gün, 20:00

Qarabağ Bolqarıstan təmsilçisi ilə oyunu başladı

Basketbol
Bu gün, 19:47

Keçmiş NBA oyunçusu Tay Louson araq oğurladığına görə həbs olunub

Futbol
Bu gün, 19:32

Qvardiola ilə danışıqlar uğursuzluğa uğraya bilər

Formula 1
Bu gün, 19:01

Aston Martin Yenidən Mübarizəyə Qayıtmaq İstəyir

Basketbol
Bu gün, 18:46

Real Madrid Fənərbağça çempionu ilə müqavilə imzaladı

Futbol
Bu gün, 18:29

Nyukasl „Monako“nın futbolçusu ilə müqavilə bağlayıb

Futbol
Bu gün, 18:16

Andrey Arşavin: Lamin Yamal heç vaxt Messi səviyyəsinə çata bilməyəcək

Futbol
Bu gün, 18:05

Liverpul PSJ-nin ulduzu Barkola ilə maraqlanır

Futbol
Bu gün, 18:00

Azərbaycan Premyer Liqası və Kuboku 2026/27 mövsümü təqvimi

Futbol
Bu gün, 18:00

Azərbaycan Premyer Liqası və Kubok yarışlarının mövsüm təqvimi

Futbol
Bu gün, 18:00

Peşəkar Futbol Liqası 2026/27 Mövsümünün Təqvimini Açıqladı

Oxşar xəbərlər