Azərbaycan boksçusu Abbasqulu Şadlinski Şimali Makedoniyanın Kumanovo şəhərində gənclər arasında beynəlxalq turnirin qalibi olub.
Bu barədə "Report"a Boks Federasiyasından məlumat verilib.
75 kq çəki dərəcəsində yarışan Azərbaycan millisinin üzvü finalda serbiyalı rəqibinə qalib gəlib.