Bu gün Azərbaycan Basketbol Liqasının final seriyasının 4-cü oyunu keçiriləcək.
İdman.biz xəbər verir ki, "Xəzri" və "Sabah" növbəti dueldə üz-üzə gələcək.
Bu qarşılaşmada kişi basketbolçular arasında Azərbaycan çempionu müəyyənləşə bilər. Ötən mövsümün çempionu "Sabah" qalib gəlsə, ardıcıl 3-cü qələbə ilə qızıl medallara sahib çıxacaq. "Xəzri" isə seriyanın ilk matçındakı uğurunu təkrarlamaqla hesabı bərabərləşdirmək arzusundadır.
Qeyd edək ki, əgər seriyanın hesabında tarazlıq yaransa, həlledici - 5-ci matç mayın 28-də keçiriləcək.
Azərbaycan Basketbol Liqası
Final, 4-cü oyun
24 may
19:30. "Xəzri" – "Sabah" - 34:25 (14:14, 20:11, 0:0)
"Sərhədçi" İdman Mərkəzi
Seriyada hesab – 1:2
İdman.biz