top
Halil Atlı: “Komandamızı tamamilə yeniləyəcəyik” İdman.biz
06 sentyabr 2024, 15:48
- ↺ +

Halil Atlı: “Komandamızı tamamilə yeniləyəcəyik”

"Gəncə" basketbol klubunun yeni baş məşqçisi Halil Atlı İdman.bizə müsahibə verib.

- "Gəncə"yə gəlişiniz necə reallaşdı?

- ⁠"Gəncə"yə gəlişim klub rəsmiləri ilə görüşdən sonra gərçəkləşdi. Onların klubla bağlı həyata keçirmək istədikləri layihələri, düşüncələri çox diqqətimi cəlb etdi. Rəhbərlik "Gəncə" üçün çox gözəl şeylər planlayır. İstəyirlər ki, bu klubda hər şey çox yaxşı səviyyədə irəliləsin. "Gəncə" bütün bu məqamları reallaşdırmaq potensialına malikdir. Bura gəlməyimin səbəbi də elə budur. Təxminən, bir həftədir ki, artıq Gəncə şəhərindəyəm. Gəncə mənə danışılandan daha gözəl yerdir. Çox maraqlı və gəzməli yerləri var.

- ⁠Klubda əsas məqsədiniz nədir?

- ⁠Əsas məqsədimiz "Gəncə"ni layiqincə təmsil etməkdir. Bura Azərbaycanın ikinci ən böyük şəhəridir. Qədim bir ruha və qonaqpərvər insanlara sahib olan Gəncə şəhərini təmsil etməkdən qürur duyuruq. Burdakı insanlar futbol və basketbolla çox maraqlanır. Bu səbəbdən onların güvənini boşa çıxartmamaq naminə bu mövsüm basketbolçularımızla birgə yüksək nəticələr qazanacağıq.

- ⁠Daha öncədən Azərbaycan basketbolu ilə maraqlanırdınızmı?

- ⁠Azərbaycan basketbolunu Liqa oyunları başlayandan izləyirəm. Təbii ki, bu müddət ərzində "Gəncə"nin də çıxışlarına diqqət edirdim. Düzdür, ötən il klubumuz gözlənilən nəticə əldə edə bilməyib. Lakin inanıram ki, bu mövsüm qurduğumuz komanda ilə oynayacağımız basketbolla daha yaxşı səviyyədə olacağıq.

- ⁠Ölkəmizdə basketbol sahəsində bir sıra türkiyəli mütəxəssislər çalışır. Kluba gəlmədən öncə onlarla məsləhətləşdinizmi?

- ⁠Azərbaycanda həqiqətən təcrübəli məşqçilər çalışır. Rusiya, Litva, Türk və digər ölkələrdən olan mütəxəssislər də çoxdur. Bakıya gəlməmişdən öncə tanıdığım və burada çalışan məşqçilərlə fikir mübadiləsi apardım. Yerli çempionatla bağlı çox gözəl şeylər dedilər. Azərbaycanda basketbolun inkişaf etdiyini bildirdilər.

- ⁠Klub rəhbərliyi tərəfindən qarşıya nə kimi hədəflər qoyulub?

- ⁠Çempionatdakı əsas hədəfimiz yüksək nəticələr əldə edib mövsümü üst yerlərdən birində bitirməkdir. Daha sonra pley-offa yüksəlib buradakı şansımızdan çox yaxşı şəkildə istifadə etmək istəyirik. Bütün işlərimizi bunun üzərində qurmuşuq. Əsas məqsədimiz məhz "Gəncə"ni yaxşı şəkildə təmsil etməkdir.

- ⁠Heyətə yeni oyunçuların gəlməsi gözlənilir?

- ⁠Komandamızı tamamilə yeniləyəcəyik. Bilinən və tanınan, eyni zamanda çempionata öz tövhəsini vermiş oyunçuları heyətə cəlb etmək istəyirik. Yaxşı bir komanda qurmaq istəyirik. Legioner oyunçuları da gətirəcəyik komandaya. Heç bir basketbolçu ilə danışmadan anlaşmadıq. Onlarla danışarkən xüsusilə "Gəncə" ilə bağlı düşüncələrini öyrənməyə çalışdıq. Klubumuza gələn oyunçuların hamısı çox istəklidir. 7 xarici basketbolçu ilə danışmaq imkanımız var, onlardan 6 nəfərini artıq gətirmişik. Onların adlarını ən qısa zamanda ictimaiyyətə təqdim edəcəyik.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Oxşar xəbərlər