Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsində növbəti matç keçiriləcək.
İdman.biz xəbər verir ki, "Xəzri" NTD-İNDİQO ilə üz-üzə gələcək.
İlk matçda 63:61 hesabı ilə üstün olan bakılılar növbəti qələbəsini qazanarsa, finala yüksələcəklər. Xaçmaz təmsilçi isə şansını davam etdirmək üçün məğlub olmamalıdır.
Qeyd edək ki, cütün qalibi finalda "Sabah" ilə qarşılaşacaq. Çempion yarımfinalda "Xırdalan"ı məğlub edib.
Azərbaycan Basketbol Liqası
1/2 final, ilk oyun
11 may
19:30. "Xəzri" - NTD-İNDİQO
"Sərhədçi" İdman Mərkəzi
İlk oyun: 63:61
İdman.biz