top
Kurtinaytis Sabahın Çempionlar Liqasındakı hədəfini açıqlayıb İdman.biz
13 sentyabr 2024, 15:15
- +

Kurtinaytis "Sabah"ın Çempionlar Liqasındakı hədəfini açıqlayıb

"Çempionlar Liqasında ilk dəfə iştirak edəcəyik. Bu, Avropa basketbolunda çox güclü yarışıdır".

İdman.biz xəbər verir ki, bunu "Sabah" basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis deyib.

- Hazırlıqdan razısınız, necə keçdi? Komanda FIBA Çempionlar Liqasının seçmə mərhələsinə nə dərəcədə hazırdır?

- Tarixdə ilk dəfə Çempionlar Liqasında iştirak edəcəyik. Bu, Avropa basketbolunda çox güclü yarışdır. Orada iştirak etmək istəyirik. Bunun üçün seçmə mərhələni uğurla keçməliyik. Ciddi hazırlaşdıq. Yaxşı komandamız var. Litvada altı oyun keçirdik. Bu toplanışdan razı qaldım. Baxmayaraq ki, bir neçə oyunda məğlub olduq.

Avroliqanın aparıcı komandalarından biri olan "Jalgiris"ə uduzduq. Onlar 80 illik təcrübəyə malik klubdurlar, bu yaxınlarda yubileylərini qeyd etdilər. Litva çempionu olan "Ritas"a da uduzduq. Çox ciddi klublardır. Litvaya getdik ki, güclü komandalar arasında necə görünəcəyimizi bilək. Biz layiqli görünürdük. "Jalgiris"ə uduzduqdan sonra da istədiyimizi aldıq, çünki necə oynamaq lazım olduğunu gördük. Bütün bunlar xeyrimizə oldu. Litva çempionu "Ritas"la yaxşı mübarizə apardıq. Hətta qalib də gələ bilərdik. Amma son iki atışdan yararlana bilmədik.

Bu hazırlıq bizə istədiyimizi verdi. Komandadan və oyunçulardan, onların necə işləməsindən, seçmə turnirə münasibətindən razıyam. Görək bundan sonra nə olacaq.

- Sentyabrın 17-də komandanız İsveçin "Norrköping Dolphins" klubu ilə ilk oyununu keçirəcək. Şansları necə qiymətləndirirsiniz? Komandanın potensialı nəyə imkan verə bilər?

- Hansı komandaların oynamasının fərqi yoxdur. Oyundan əvvəl şanslar həmişə 50-50-yədir. Pul, sevgi və uğur sakitliyi sevir. Hər şeyi əvvəlcədən açıqlasanız, hər şeyi itirə bilərsiniz. Yaxşı hazırlaşmışıq, hazırıq və çalışacağıq. Söz verə bilərəm ki, var gücümüzlə mübarizə aparacağıq. Görək necə olur.

- İndiki heyət əvvəlkindən güclüdür?

- Bu il fərqli tip oyunçuları bir araya gətirmişik. Əcnəbiləri dəyişdirdik. Düşünürəm ki, indi onlar istədiyim basketbolu oynayırlar. Oyunçuları özüm seçmişəm. Əvvəlkilərin zəif olduğunu söyləmək istəmirəm. Ölkə çempionu olduq, amma düşünürəm ki, bu mövsüm daha da güclənmişik.
Düzdür, bir basketbolçunu götürə bilmədim, çünki o, öz klubu ilə yenidən müqavilə bağlamışdı. Litvada oyunçu yaxşıdırsa, ya NBA, ya da Avropa klublarına gedir.

- Çempionlar Liqasında məqsədiniz nədir?

- Qrup turnirinə vəsiqə qazanmaq. Bunu bacarmasaq, Avropa Kubokuna düşəcəyik. Orada da güclü komandalar var. Bəziləri hətta Çempionlar Liqası klublarından da güclüdür. Bu, Azərbaycan basketbolu üçün maraqlı və faydalı təcrübə olacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:40

Beşiktaşın günlük transfer planı: Məhəmməd Salahın transferi elan olunacaq

Futbol
Bu gün, 08:24

"Barselona" Alvarez üçün böyük maliyyə riskinə getməyəcək

Futbol
Bu gün, 08:20

Ceydon Sançonun karyerası Qətərdə davam edə bilər

Futbol
Bu gün, 07:35

Arsenal Andreas Şelderupa maraqlanır

Futbol
Bu gün, 06:23

Venesuelada qapıçı inanılmaz avtoqolla gündəmə gəlib

Futbol
Bu gün, 05:15

Erlinq Holand mundialda yayılan memlər barədə danışdı

Futbol
Bu gün, 04:28

Bursaspor azarkeşləri Şaxtyor spikerinə çətin anlar yaşadıb

Futbol
Bu gün, 03:20

Qalatasaray Camal Musialanı transfer edə bilər

Futbol
Bu gün, 02:58

İrlandiya çempionu "Mayo" 75 illik fasilədən sonra zəfər qazandı

Futbol
Bu gün, 02:35

Yuventus Con Stounzu transfer etməyə çalışır

Minifutbol
Bu gün, 01:32

Azərbaycan millisinin Qazaxıstan üzərində qələbəsi

Digər
Bu gün, 01:13

Bakıda keçirilən karate üzrə texniki seminar başa çatıb

Güləş
Bu gün, 00:53

Peşəkar Çövkən Liqası: ikinci dövrənin ikinci turu başa çatıb

Futbol
Bu gün, 00:42

Xulian Alvares “Barselona”ya keçid üçün sərt addım atmağa hazırlaşır

Futbol
Bu gün, 00:25

Qaret Beyl futbol karyerasını başa vurduqdan sonra müflis olmaqdan qorxub

Futbol
Bu gün, 00:10

Barselona Ferran Torresi yalnız bir şərtlə satmağa razı olacaq

Futbol
Dünən, 23:48

"Əl-Nəsr" klubunun borcu 187 milyon avro ötdü

Futbol
Dünən, 23:12

Real Madrid Yan Diomandenin transferini tamamladı

Futbol
Dünən, 22:42

Arsenal Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edir

Boks
Dünən, 22:38

Aleksandr Usik Ukrayna prezidentliyinə namizəd olmayacağını açıqlayıb

Futbol
Dünən, 22:29

Toral Bayramov "Bursaspor"un heyətində "Şaxtyor"la görüşdə meydana çıxıb

Digər
Dünən, 22:14

Azərbaycan triatlonçuları Minsk şəhərində beynəlxalq yarışda iki medal qazanıblar

Futbol
Dünən, 21:58

Hanza Rostok azarkeşləri İngiltərədə böyük məktəb nümayiş etdirib

Futbol
Dünən, 21:49

Debüt oyununda avtoqol müəllifi olan Cikiya

Oxşar xəbərlər