Azərbaycan Basketbol Liqasında VI turun son oyunu keçirilib.
İdman.Biz xəbər verir ki, "Şəki" Şəki Olimpiya İdman Kompleksində "Abşeron" komandasını qəbul edib.
Görüş qonaqların üstünlüyü ilə başa çatıb — 104:79.
Qeyd edək ki, tur çərçivəsində daha əvvəl aşağıdakı nəticələr qeydə alınmışdı:
"Sumqayıt" – "Lənkəran" — 98:94
"Sərhədçi" – "Quba" — 86:82
"Ordu" – "Naxçıvan" — 100:76
"Gəncə" – NTD — 90:78
Bu nəticələrlə VI tur tam yekunlaşıb və komandalar turnir cədvəlində mövqeləri uğrunda mübarizəni davam etdirir.