Azərbaycan Voleybol Federasiyasının həkimi, Beynəlxalq Voleybol Federasiyasının (FIVB) və Avropa Voleybol Konfederasiyasının (CEV) tibb komissiyalarının üzvü Vüsalə Kazımova beynəlxalq yarışa təyinat alıb. Sport24.az xəbər verir ki, Kazımova çimərlik voleybolu üzrə 18 yaşadək (U-18) qız və oğlanların Avropa çempionatında iştirak edəcək.
Həmyerlimiz sentyabrın 10-14-də İtaliyanın Corigliano Rossano şəhərinə baş tutacaq yarışda CEV-in nümayəndəsi kimi tibb işinin təşkilinə nəzarət edəcək.