top
Vadim Kutukov: Qar voleybolunun perspektivləri və Gəncənin sensasiyalı qələbəsi Idman.biz
27 yanvar 2026, 15:40
- +

Vadim Kutukov: Qar voleybolunun perspektivləri və "Gəncə"nin sensasiyalı qələbəsi

"Şahdağ" Turizm Kompleksində keçirilən və bu yaxınlarda başa çatan qar voleybolu üzrə Azərbaycan Kuboku bu idman növü üçün kifayət qədər "isti" keçən oyunlarla yanaşı, unikal nəticə ilə də yadda qaldı.

Vadim Kutukov turnirin yeganə ikiqat qalibi oldu: o, kuboku həm kişilər arasında "Azərreyl"in oyunçusu, həm də qadınlardan ibarət "Gəncə" komandasının baş məşqçisi kimi qazandı.

İdman.Biz əla yumor hissinə malik olan bu idmançı ilə müsahibəni təqdim edir.

- Vadim, sizin nəticəniz "bir əldə iki qarpız tutmaq olmaz" misalını alt-üst edir. Üstəlik, voleybol üçün kifayət qədər sanballı yaşda!

- Amma mən sübut etdim ki, olar. "Qarpızlar" bu qədər çox istənilirsə, yaşın fərqi yoxdur (gülür).

- Oxuculara bir az turnir barədə danışın.

- Bu, qar voleybolu üzrə artıq ikinci Azərbaycan Kubokudur və keçirilən məkan da dəyişməyib – yenə "Şahdağ"da yarışdıq. Keçən turniri siz özünüz də gözlərinizlə görmüsünüz. Bu dəfə isə deyərdim ki, təşkilati işlər xeyli irəliləyib. İdmançılar üçün çay, qəhvə və enerji içkiləri olan "hot-zone"lar yaradıldı. Yeni sponsorlar ortaya çıxdı ki, bu da təbii olaraq idmançıları stimullaşdırdı. Yəni ötənilki tənqidiniz nəzərə alındı (gülür).

Turnirin özünə gəlincə, beş qadın komandası dairəvi sistem üzrə mübarizə apardı və rəhbərlik etdiyim "Gəncə" bütün rəqiblərini məğlub edərək bir set belə itirmədi. Beləliklə, biz ilk dəfə Azərbaycan Kubokunun sahibi olduq. Kişilər arasında isə dörd komanda olimpiya sistemi ilə yarışdı. "Azərreyl" yarımfinalı və finalı qazanaraq kuboku əldə etdi və ötənilki nəticəni təkrarladı.

- Kişilər arasında "Azərreyl"in qələbəsi gözlənilən idi, amma "Gəncə" sensasiya yaradaraq qadınlardan ibarət "Azərreyl" komandasının ötənilki uğurunu təkrarlamasına imkan vermədi. Bu uğurun sirri nədədir?

- Deməli, onların yaxşı məşqçisi var idi (gülür). Ciddi desəm, qızlar əla çıxış etdilər: məşqçi tapşırıqlarını dəqiq yerinə yetirdilər və dörd oyunun hamısında sona qədər mübarizə apardılar.

- Siz bir turnir ərzində həm qadın, həm də kişi komandası ilə işlədiniz. Hansı ilə işləmək daha asandır?

- Düşünürəm ki, qızlarla. Onları istiqamətləndirmək daha asandır, tapşırıqları daha dəqiq yerinə yetirirlər, motivasiya etmək də rahatdır. Onlara demək kifayətdir: "Necə də gözəl görünürsünüz!" – bu artıq super stimuldur. Kişiləri belə ruhlandırmaq olmur (gülür).

- Bəs qar voleybolunun özünü necə "ruhlandırmaq" olar? Onun ölkəmizdə və ümumilikdə dünyada perspektivi varmı?

- Əlbəttə var. Beynəlxalq Voleybol Federasiyası artıq Beynəlxalq Olimpiya Komitəsinə qar voleybolunun Qış Olimpiya Oyunlarının proqramına salınması ilə bağlı müraciət edib. Əminəm ki, çox yaxın zamanda voleybol həm Yay, həm də Qış Olimpiya Oyunlarının proqramında yer alan yeganə idman növü olacaq.

Ölkəmizdə inkişaf perspektivlərinə gəlincə, düşünürəm ki, qar voleybolunun imkanları klassik voleyboldan daha genişdir. Birincisi, burada rəqabət daha azdır və beynəlxalq arenada uğur qazanmaq, avrokubokların ilk mərhələlərində mübarizəni dayandırmamaq daha asandır. İkincisi, qar voleybolu daha travmatik idman növüdür, bu səbəbdən klassik voleybolçuların çoxu onu seçmir. Əsasən, ilboyu formada qalmaq üçün çimərlik voleybolundan gələn oyunçular qar voleyboluna üz tuturlar.

- Məsələn, sizin kimi?

- Elədir. Axı biz hər şəraitsizlik görən voleybolçularıq - bizə heç nə təsir etmir. Asfaltda da, qumda da, pis zallarda bərbad taxta örtüklərdə də oynamış mənim nəslimi və ümumiyyətlə oyunçularımızı nə ilə qorxutmaq olar?

- Amma qar voleybolu yaxın gələcəkdə - məsələn, 2030-cu ildə Olimpiya Oyunlarının proqramına salınsa belə, siz artıq orada oyunçu kimi iştirak edə bilməyəcəksiniz. O vaxt 44 yaşınız olacaq.

- Oyunçu kimi düşməsəm də, məşqçi kimi düşərəm. Axı yetirmələrin uğur qazanması daha böyük zövq verir. İndi əsas məsələ öz "qazanımızda" qaynayıb qalmamaq, Dünya Liqası kimi beynəlxalq turnirlərdə iştirak etməkdir. Keçən il buna nail ola bilmədik, amma bu il federasiya komandaya dəstək verəcəyini və fevral ayında Türkiyədə keçiriləcək Dünya Liqasında iştirakımızı təmin edəcəyini vəd edib.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:40

İspaniya futbol yığması İtaliyanın rekordunu təkrarladı

Futbol
Bu gün, 03:10

Didye Deşam dünya çempionatlarında ən çox oyun keçirən baş məşqçi olub

Futbol
Bu gün, 02:07

İspaniya mundiallarda penalti zərbələrinə görə liderlik edir

Futbol
Bu gün, 01:50

„Fənərbağça“ Meyson Qrinvudu transfer edib

Futbol
Bu gün, 01:02

DÇ-2026: İspaniya finala vəsiqə qazandı

Futbol
Bu gün, 00:59

DÇ-2026: İspaniya Fransa üzərində qələbə qazanaraq finala yüksəldi

Basketbol
Bu gün, 00:30

U20 milli komanda İrlandiyaya məğlub olub

Basketbol
Bu gün, 00:30

FIBA U20 Avropa Çempionatında İrlandiyaya uduzaran U20 milli komanda

Futbol
Bu gün, 00:25

"İmişli"nin 2026/2027 mövsümü üçün yay hazırlıq planı

Futbol
Bu gün, 00:12

Oyarsabal mundialda qol vurma rekordunu təkrarlayıb

Futbol
Bu gün, 00:06

DÇ-2026: İspaniya - Fransa matçında ikinci hissədir

Futbol
Dünən, 23:23

DÇ-2026: Fransa - İspaniya matçında hesab açılıb

Futbol
Dünən, 23:07

Harri Keyn İngiltərə-Argentina matçı barədə

Futbol
Dünən, 23:01

DÇ-2026: Fransa və İspaniya between them will play for final ticket

Güləş
Dünən, 22:35

Cüdo Liqası III turu Abşeronda keçiriləcək

Futbol
Dünən, 22:20

KuPS Çempionlar Liqasının növbəti mərhələsinə yüksəldi

Futbol
Dünən, 21:56

Şəfa yay təlim-məşq toplanışında 5 yoxlama oyunu keçirəcək

Futbol
Dünən, 21:49

İker Kasilyas: İspaniyanın 2026 Dünya Çempionatının Finalına Çıxacağına əminik

Futbol
Dünən, 21:18

DÇ-2026-nın bağlanış mərasimində world ulduzlarının iştirakı

Futbol
Dünən, 21:03

Yann Sommer “İnter”dən “Brügge”yə keçib

Futbol
Dünən, 20:58

Amil Yunanov Şirvana transferred

Futbol
Dünən, 20:17

"Qəbələ" "Kəpəz"i məğlub edib

Futbol
Dünən, 20:02

Ander Errera “Saraqosa”ya transfer olunub

Futbol
Dünən, 19:59

Lamin Yamal: Qol hesabımı Fransa oyununda aça bildiyimə ümid edirəm

Oxşar xəbərlər