top
Vadim Kutukov: Qar Voleybolunda Qələbələr, Perspektivlər və Qorxmaz Oyunçular Haqqında Müsahibə Idman.biz
27 yanvar 2026, 15:40
- +

Vadim Kutukov: Qar Voleybolunda Qələbələr, Perspektivlər və Qorxmaz Oyunçular Haqqında Müsahibə

"Şahdağ" Turizm Kompleksində keçirilən və bu yaxınlarda başa çatan qar voleybolu üzrə Azərbaycan Kuboku bu idman növü üçün kifayət qədər "isti" keçən oyunlarla yanaşı, unikal nəticə ilə də yadda qaldı.

Vadim Kutukov turnirin yeganə ikiqat qalibi oldu: o, kuboku həm kişilər arasında "Azərreyl"in oyunçusu, həm də qadınlardan ibarət "Gəncə" komandasının baş məşqçisi kimi qazandı.

İdman.Biz əla yumor hissinə malik olan bu idmançı ilə müsahibəni təqdim edir.

- Vadim, sizin nəticəniz "bir əldə iki qarpız tutmaq olmaz" misalını alt-üst edir. Üstəlik, voleybol üçün kifayət qədər sanballı yaşda!

- Amma mən sübut etdim ki, olar. "Qarpızlar" bu qədər çox istənilirsə, yaşın fərqi yoxdur (gülür).

- Oxuculara bir az turnir barədə danışın.

- Bu, qar voleybolu üzrə artıq ikinci Azərbaycan Kubokudur və keçirilən məkan da dəyişməyib – yenə "Şahdağ"da yarışdıq. Keçən turniri siz özünüz də gözlərinizlə görmüsünüz. Bu dəfə isə deyərdim ki, təşkilati işlər xeyli irəliləyib. İdmançılar üçün çay, qəhvə və enerji içkiləri olan "hot-zone"lar yaradıldı. Yeni sponsorlar ortaya çıxdı ki, bu da təbii olaraq idmançıları stimullaşdırdı. Yəni ötənilki tənqidiniz nəzərə alındı (gülür).

Turnirin özünə gəlincə, beş qadın komandası dairəvi sistem üzrə mübarizə apardı və rəhbərlik etdiyim "Gəncə" bütün rəqiblərini məğlub edərək bir set belə itirmədi. Beləliklə, biz ilk dəfə Azərbaycan Kubokunun sahibi olduq. Kişilər arasında isə dörd komanda olimpiya sistemi ilə yarışdı. "Azərreyl" yarımfinalı və finalı qazanaraq kuboku əldə etdi və ötənilki nəticəni təkrarladı.

- Kişilər arasında "Azərreyl"in qələbəsi gözlənilən idi, amma "Gəncə" sensasiya yaradaraq qadınlardan ibarət "Azərreyl" komandasının ötənilki uğurunu təkrarlamasına imkan vermədi. Bu uğurun sirri nədədir?

- Deməli, onların yaxşı məşqçisi var idi (gülür). Ciddi desəm, qızlar əla çıxış etdilər: məşqçi tapşırıqlarını dəqiq yerinə yetirdilər və dörd oyunun hamısında sona qədər mübarizə apardılar.

- Siz bir turnir ərzində həm qadın, həm də kişi komandası ilə işlədiniz. Hansı ilə işləmək daha asandır?

- Düşünürəm ki, qızlarla. Onları istiqamətləndirmək daha asandır, tapşırıqları daha dəqiq yerinə yetirirlər, motivasiya etmək də rahatdır. Onlara demək kifayətdir: "Necə də gözəl görünürsünüz!" – bu artıq super stimuldur. Kişiləri belə ruhlandırmaq olmur (gülür).

- Bəs qar voleybolunun özünü necə "ruhlandırmaq" olar? Onun ölkəmizdə və ümumilikdə dünyada perspektivi varmı?

- Əlbəttə var. Beynəlxalq Voleybol Federasiyası artıq Beynəlxalq Olimpiya Komitəsinə qar voleybolunun Qış Olimpiya Oyunlarının proqramına salınması ilə bağlı müraciət edib. Əminəm ki, çox yaxın zamanda voleybol həm Yay, həm də Qış Olimpiya Oyunlarının proqramında yer alan yeganə idman növü olacaq.

Ölkəmizdə inkişaf perspektivlərinə gəlincə, düşünürəm ki, qar voleybolunun imkanları klassik voleyboldan daha genişdir. Birincisi, burada rəqabət daha azdır və beynəlxalq arenada uğur qazanmaq, avrokubokların ilk mərhələlərində mübarizəni dayandırmamaq daha asandır. İkincisi, qar voleybolu daha travmatik idman növüdür, bu səbəbdən klassik voleybolçuların çoxu onu seçmir. Əsasən, ilboyu formada qalmaq üçün çimərlik voleybolundan gələn oyunçular qar voleyboluna üz tuturlar.

- Məsələn, sizin kimi?

- Elədir. Axı biz hər şəraitsizlik görən voleybolçularıq - bizə heç nə təsir etmir. Asfaltda da, qumda da, pis zallarda bərbad taxta örtüklərdə də oynamış mənim nəslimi və ümumiyyətlə oyunçularımızı nə ilə qorxutmaq olar?

- Amma qar voleybolu yaxın gələcəkdə - məsələn, 2030-cu ildə Olimpiya Oyunlarının proqramına salınsa belə, siz artıq orada oyunçu kimi iştirak edə bilməyəcəksiniz. O vaxt 44 yaşınız olacaq.

- Oyunçu kimi düşməsəm də, məşqçi kimi düşərəm. Axı yetirmələrin uğur qazanması daha böyük zövq verir. İndi əsas məsələ öz "qazanımızda" qaynayıb qalmamaq, Dünya Liqası kimi beynəlxalq turnirlərdə iştirak etməkdir. Keçən il buna nail ola bilmədik, amma bu il federasiya komandaya dəstək verəcəyini və fevral ayında Türkiyədə keçiriləcək Dünya Liqasında iştirakımızı təmin edəcəyini vəd edib.

Qarabağ FK

Son xəbərlər

Gimnastika
Bu gün, 13:20

Barbara Dominqes: Azərbaycan məşq üçün inanılmaz şəraitə malikdir

Futbol
Bu gün, 13:00

Vernidub Metyu ilə davam etmək qərarını verdi: "Neftçi"də qalacaq

Boks
Bu gün, 12:42

Bakıda Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş kikboksinq turniri keçiriləcək

Voleybol
Bu gün, 12:34

Azərbaycan Yüksək Liqası: qadın voleybolçuların yarımfinal cədvəli açıqlandı

Futbol
Bu gün, 12:30

Qvardiola Rodrinin "getmək istəsə, qarşısını almayacağam" sözlərinə münasibət bildirib

Futbol
Bu gün, 12:22

Messi "İnter Mayami"nin yeni stadionu haqda: "Bu, inanılmaz mənzərədir"

Tennis
Bu gün, 12:17

"Baku Open" stolüstü tennis turnirinə start verildi

Futbol
Bu gün, 12:16

Ronaldo bir aylıq fasilədən sonra qayıdışında dubl etdi və "Əl-Nəsr" "Əl-Nəjmə"ni məğlub etdi

Futbol
Bu gün, 12:00

"Yuventus" "Arsenal"ın müdafiəçisi Kalafiorini transfer etmək istəyir

Futbol
Bu gün, 12:00

"Yuventus" "Arsenal"ın müdafiəçisi Kalafiorini transfer etmək istəyir

Futbol
Bu gün, 11:57

Marko Yankoviç: Qələbə qazanıb final oynamağa fokuslanmışıq

Voleybol
Bu gün, 11:52

Azərbaycan Yüksək Liqası: Kişi voleybolçular arasında yarımfinal mərhələsinin oyun cütləri və vaxtları açıqlandı

Cüdo
Bu gün, 11:40

Natiq Bağırov: 22 yaşımda məni Azərbaycanda "qoca" adlandırırdılar, bu, getməyimin səbəbi oldu

Basketbol
Bu gün, 11:30

ABL: Pley-in Mərhələsində "Gəncə" - "Lənkəran" və NTD - "Sumqayıt" Oyunları Keçiriləcək

Gimnastika
Bu gün, 11:20

"AGF Trophy" Bakıda: Gimnastlar halqa, top, gürzlər və lentdə yarışır

Futbol
Bu gün, 11:13

"Barselona" Bastoni üçün "İnter"ə təklif etdi, rədd cavabı aldı

Futbol
Bu gün, 11:00

Alessandro Nesta De Zerbinin təklifini rədd etdi, baş məşqçilik karyerasını davam etdirmək istəyir

Futbol
Bu gün, 11:00

Qvardioladan yoldaşlıq oyunlarına sərt reaksiya: "Mənasızdır!"

Futbol
Bu gün, 10:30

Sesk Fabreqas İtaliya A Seriyasında mart ayının ən yaxşı məşqçisi seçilib

Voleybol
Bu gün, 10:29

Yeniyetmə və gənc qızlardan ibarət voleybol yığmasının baş məşqçisi Şahin Çatma istefaya getdi - İddia

Futbol
Bu gün, 10:20

"Liverpul" Jül Kunde üçün mübarizədə favoritdir

Basketbol
Bu gün, 10:00

Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin daha iki oyunu bu gün keçiriləcək

Futbol
Bu gün, 10:00

Musa Qurbanlı: "Sabah"ı üstələdik, amma qələbəyə nələrsə çatmadı

Futbol
Bu gün, 09:40

Luis Enrike PSJ-də sənədli film çəkilişinə qadağa qoyub

Oxşar xəbərlər