top
Vadim Kutukov: Qar voleybolu, Gəncənin uğuru və Olimpiya perspektivləri haqqında İDMAN.BİZ-ə müsahibə Idman.biz
27 yanvar 2026, 15:40
- +

Vadim Kutukov: Qar voleybolu, "Gəncə"nin uğuru və Olimpiya perspektivləri haqqında İDMAN.BİZ-ə müsahibə

"Şahdağ" Turizm Kompleksində keçirilən və bu yaxınlarda başa çatan qar voleybolu üzrə Azərbaycan Kuboku bu idman növü üçün kifayət qədər "isti" keçən oyunlarla yanaşı, unikal nəticə ilə də yadda qaldı.

Vadim Kutukov turnirin yeganə ikiqat qalibi oldu: o, kuboku həm kişilər arasında "Azərreyl"in oyunçusu, həm də qadınlardan ibarət "Gəncə" komandasının baş məşqçisi kimi qazandı.

İdman.Biz əla yumor hissinə malik olan bu idmançı ilə müsahibəni təqdim edir.

- Vadim, sizin nəticəniz "bir əldə iki qarpız tutmaq olmaz" misalını alt-üst edir. Üstəlik, voleybol üçün kifayət qədər sanballı yaşda!

- Amma mən sübut etdim ki, olar. "Qarpızlar" bu qədər çox istənilirsə, yaşın fərqi yoxdur (gülür).

- Oxuculara bir az turnir barədə danışın.

- Bu, qar voleybolu üzrə artıq ikinci Azərbaycan Kubokudur və keçirilən məkan da dəyişməyib – yenə "Şahdağ"da yarışdıq. Keçən turniri siz özünüz də gözlərinizlə görmüsünüz. Bu dəfə isə deyərdim ki, təşkilati işlər xeyli irəliləyib. İdmançılar üçün çay, qəhvə və enerji içkiləri olan "hot-zone"lar yaradıldı. Yeni sponsorlar ortaya çıxdı ki, bu da təbii olaraq idmançıları stimullaşdırdı. Yəni ötənilki tənqidiniz nəzərə alındı (gülür).

Turnirin özünə gəlincə, beş qadın komandası dairəvi sistem üzrə mübarizə apardı və rəhbərlik etdiyim "Gəncə" bütün rəqiblərini məğlub edərək bir set belə itirmədi. Beləliklə, biz ilk dəfə Azərbaycan Kubokunun sahibi olduq. Kişilər arasında isə dörd komanda olimpiya sistemi ilə yarışdı. "Azərreyl" yarımfinalı və finalı qazanaraq kuboku əldə etdi və ötənilki nəticəni təkrarladı.

- Kişilər arasında "Azərreyl"in qələbəsi gözlənilən idi, amma "Gəncə" sensasiya yaradaraq qadınlardan ibarət "Azərreyl" komandasının ötənilki uğurunu təkrarlamasına imkan vermədi. Bu uğurun sirri nədədir?

- Deməli, onların yaxşı məşqçisi var idi (gülür). Ciddi desəm, qızlar əla çıxış etdilər: məşqçi tapşırıqlarını dəqiq yerinə yetirdilər və dörd oyunun hamısında sona qədər mübarizə apardılar.

- Siz bir turnir ərzində həm qadın, həm də kişi komandası ilə işlədiniz. Hansı ilə işləmək daha asandır?

- Düşünürəm ki, qızlarla. Onları istiqamətləndirmək daha asandır, tapşırıqları daha dəqiq yerinə yetirirlər, motivasiya etmək də rahatdır. Onlara demək kifayətdir: "Necə də gözəl görünürsünüz!" – bu artıq super stimuldur. Kişiləri belə ruhlandırmaq olmur (gülür).

- Bəs qar voleybolunun özünü necə "ruhlandırmaq" olar? Onun ölkəmizdə və ümumilikdə dünyada perspektivi varmı?

- Əlbəttə var. Beynəlxalq Voleybol Federasiyası artıq Beynəlxalq Olimpiya Komitəsinə qar voleybolunun Qış Olimpiya Oyunlarının proqramına salınması ilə bağlı müraciət edib. Əminəm ki, çox yaxın zamanda voleybol həm Yay, həm də Qış Olimpiya Oyunlarının proqramında yer alan yeganə idman növü olacaq.

Ölkəmizdə inkişaf perspektivlərinə gəlincə, düşünürəm ki, qar voleybolunun imkanları klassik voleyboldan daha genişdir. Birincisi, burada rəqabət daha azdır və beynəlxalq arenada uğur qazanmaq, avrokubokların ilk mərhələlərində mübarizəni dayandırmamaq daha asandır. İkincisi, qar voleybolu daha travmatik idman növüdür, bu səbəbdən klassik voleybolçuların çoxu onu seçmir. Əsasən, ilboyu formada qalmaq üçün çimərlik voleybolundan gələn oyunçular qar voleyboluna üz tuturlar.

- Məsələn, sizin kimi?

- Elədir. Axı biz hər şəraitsizlik görən voleybolçularıq - bizə heç nə təsir etmir. Asfaltda da, qumda da, pis zallarda bərbad taxta örtüklərdə də oynamış mənim nəslimi və ümumiyyətlə oyunçularımızı nə ilə qorxutmaq olar?

- Amma qar voleybolu yaxın gələcəkdə - məsələn, 2030-cu ildə Olimpiya Oyunlarının proqramına salınsa belə, siz artıq orada oyunçu kimi iştirak edə bilməyəcəksiniz. O vaxt 44 yaşınız olacaq.

- Oyunçu kimi düşməsəm də, məşqçi kimi düşərəm. Axı yetirmələrin uğur qazanması daha böyük zövq verir. İndi əsas məsələ öz "qazanımızda" qaynayıb qalmamaq, Dünya Liqası kimi beynəlxalq turnirlərdə iştirak etməkdir. Keçən il buna nail ola bilmədik, amma bu il federasiya komandaya dəstək verəcəyini və fevral ayında Türkiyədə keçiriləcək Dünya Liqasında iştirakımızı təmin edəcəyini vəd edib.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:11

Ruslan Abışov: "Kəpəz"ə daha çox qol vura bilərdik

Futbol
Bu gün, 17:11

Ruslan Abışov: "Kəpəz"ə daha çox qol vura bilərdik

Futbol
Bu gün, 17:10

Ruslan Abışov: Kubokda məqsədimiz finala çıxmaqdır

Futbol
Bu gün, 17:08

"Liverpul" Almaniyadan 137 milyon AZN-ə yeni sol cinah müdafiəçisi transfer etmək istəyir

Digər
Bu gün, 17:03

Elçin Qasımov: Qazaxdakı idman paradı əvvəlkilərdən daha fərqli və yaddaqalan oldu

Futbol
Bu gün, 17:03

"Qəbələ" - "Sabah" matçında heyətlər bəlli oldu

Futbol
Bu gün, 17:00

Kamilo Duranın transferi ilə bağlı xəbərlər yalandır: "Qarabağ"a rəsmi təklif daxil olmayıb

Cüdo
Bu gün, 16:56

Antalyadakı Avropa Kubokunda Azərbaycanı 22 yeniyetmə cüdoçu təmsil edəcək

Olimpiada
Bu gün, 16:43

Çingiz Hüseynzadə: Azərbaycan idmanı böyük inkişaf yolu keçib (Bədən Tərbiyəsi və İdman Günü münasibətilə)

Basketbol
Bu gün, 16:40

Azərbaycan Basketbol Liqası: "Sumqayıt" "Quba"nı səfərdə 117:116 hesabı ilə məğlub edib

Futbol
Bu gün, 16:31

"Turan Tovuz" "Kəpəz"i Azərbaycan Kubokundan kənarlaşdırdı

Futbol
Bu gün, 16:25

"Turan Tovuz" "Kəpəz"i məğlub etdi (0:2)

Futbol
Bu gün, 16:24

"Turan Tovuz" Azərbaycan Kubokunun yarımfinalına yüksəldi

Futbol
Bu gün, 16:20

"Real"da zədə kabusu: David Alaba da sıradan çıxdı

Cüdo
Bu gün, 16:16

Azərbaycanın 22 cüdoçusu Antalya Avropa Kubokunda mübarizə aparacaq

Cüdo
Bu gün, 16:15

Rəşad Məmmədov: "Biz çıxandan sonra qaldığım hotelin qarşısını vurdular"

Futbol
Bu gün, 16:00

AFFA Küveytdə qalan hakimlərin ölkəyə qayıtması üçün XİN-ə müraciət edib

Futbol
Bu gün, 16:00

İspaniya Millisinin Mərkəz Müdafiəsində Gözlənilən Dəyişikliklər

Digər
Bu gün, 15:59

"Şahdağ"da xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokunda qarışıq estafet yarışları başa çatıb

Futbol
Bu gün, 15:47

FIFA azərbaycanlı iş adamı Tufan Sadıqovu futboldan ömürlük kənarlaşdırıb

Futbol
Bu gün, 15:42

Azərbaycan Kuboku: "Kəpəz" - "Turan Tovuz" oyununda hesab dəyişiklikləri - CANLI

Futbol
Bu gün, 15:41

1

Futbol
Bu gün, 15:41

"Turan Tovuz" "Kəpəz" üzərində qələbə qazanaraq fərqi artırır

Futbol
Bu gün, 15:40

Macarıstan - Azərbaycan qadın futbol matçının hakimləri bəlli oldu

Oxşar xəbərlər