Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında pley-off matçına çıxacaq. Sport24.az xəbər verir ki, yığmamız 1/8 finalda Türkiyə ilə qarşılaşacaq.
Qarşılaşma İstanbul şəhərində yerləşən "Sinan Erdem" idman zalında, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu komanda Bakıda keçirilən qrup mərhələsini 8 xalla başa vurub.