Trabzon vilayətinin Yomra bələdiyyəsinin rəhbərliyi "Trabzonspor"un yeni futbolçusu Məhəmməd Salahın evinin yerləşəcəyi küçənin adını dəyişdirməyi planlaşdırır.
İdman.Biz xəbər verir ki, bu barədə Yomra bələdiyyə sədri Mustafa Bıyık "X" sosial şəbəkəsində bildirib.
"Türkiyə futbolu tarixinin ən möhtəşəm transferi olan Məhəmməd Salahın bizim rayonda yaşayacağından böyük qürur duyuruq. Bu həftə bələdiyyə məclisinin qərarı ilə Salahın evinin yerləşdiyi küçəyə Məhəmməd Salahın adı veriləcək. Biz əlimizdən gələni etdik, indi növbə Salahdadır", – deyə Bıyık qeyd edib.
Xatırladaq ki, misirli hücumçu bu yay azad agent statusu ilə "Trabzonspor"un heyətinə qoşulub.