Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirəcək.
İdman.biz xəbər verir ki, millimiz Qızıl Avropa Liqasının III mərhələsinin ilk matçına çıxacaq.
Fərid Cəlalovun yetirmələri Estoniya ilə görüşəcək. Qarşılaşma rəqibin meydanında baş tutacaq.
Qeyd edək ki, millimiz keçirdiyi bütün qarşılaşmalarda quru hesabla uduzub.
Qızıl Avropa Liqası (kişilər)
III mərhələ
31 may
19:00. Azərbaycan – Estoniya - 0:2 (14:25, 15:25)
Hakimlər: Ari Yokelaynen (Finlandiya), Koen Luts (Belçika)
Rakvere İdman Zalı
yer | Komanda | O | Q | M | X | S/F | T/F | |
---|---|---|---|---|---|---|---|---|
1 | Çexiya | 5 | 4 | 1 | 13 | 14-4 | 436-352 | |
2 | Xorvatiya | 4 | 4 | 0 | 12 | 12-4 | 388-366 | |
3 | Ukrayna | 4 | 3 | 1 | 9 | 10-4 | 329-296 | |
4 | Portuqaliya | 4 | 3 | 1 | 8 | 10-6 | 379-363 | |
5 | Finlandiya | 5 | 3 | 2 | 8 | 11-9 | 462-452 | |
6 | İspaniya | 4 | 2 | 2 | 7 | 9-7 | 390-374 | |
7 | Belçika | 4 | 2 | 2 | 5 | 7-8 | 347-331 | |
8 | Estoniya | 4 | 2 | 2 | 5 | 7-9 | 352-381 | |
9 | Rumıniya | 4 | 1 | 3 | 4 | 7-9 | 362-344 | |
10 | Ş.Makedoniya | 4 | 1 | 3 | 4 | 6-9 | 316-329 | |
11 | Lüksemburq | 4 | 0 | 4 | 0 | 0-12 | 217-300 | |
12 | Azərbaycan | 4 | 0 | 4 | 0 | 0-12 | 210-300 |
İdman.biz