top
Naxçıvanda “Muxtariyyət kuboku”na start verilib İdman.biz
04 sentyabr 2024, 15:16
- ↺ +

Naxçıvanda “Muxtariyyət kuboku”na start verilib

Bu gün İlham Əliyev adına Olimpiya İdman Kompleksində Azərbaycan və Türkiyənin yeniyetmə qızlardan ibarət voleybol klublarının iştirakı ilə muxtar respublikanın 100 illik yubileyinə həsr olunmuş "Muxtariyyət kuboku" uğrunda birinciliyə start verilib.

İdman.biz xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Voleybol Federasiyası (NVF) tərəfindən birgə təşkil olunan yarışın açılış mərasimində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən NVF prezidenti Vüqar Əliyev, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov qonaqları salamlayaraq turnirin məqsəd və əhəmiyyəti barədə danışıb, təəssüratlarını bölüşüblər.

Naxçıvanın 100 illik muxtariyyəti ilə bağlı tarixi faktlar sadalanıb, Türkiyənin muxtariyyətin qorunub saxlanılmasındakı rolu, ümummilli lider Heydər Əliyevin ölkəmizin müstəqilliyi uğrunda buradan başlayan qurtuluş mübarizəsi və xalqın güvəni ilə Azərbaycana bəxş etdiyi mühüm siyasi nailiyyətlər, eyni zamanda Prezident İlham Əliyevin layiqli davamçılıq missiyasından danışılıb.

Rəsmilər köklü ənənənələrə, müasir inkişafa və böyük uğurlara malik idman ölkəsi kimi Azərbaycanın dünya müstəvisində önəmli mövqeyə, etimada sahib olduğunu bilidirib, dövlət idman siyasətinin uğurlu icrası sayəsində əldə olunan uğurlardan söz açıblar. Əlavə olunub ki, dövlətimizin dəstəyi ilə muxtar respublika idmanı yüksək dinamika ilə inkişaf etməkdədir, ulu diyarda idman infrastrukturu genişləndirilir, əhalinin, xüsusən də gənc nəslin sağlam həyat tərzinə təşviqi, idmançıların peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində davamlı işlər icra olunur. Bunun nəticəsi olaraq idmançılarımız tərəfindən ölkə və dünya səviyyəli yarışlarda tarixi nəticələr əldə olunur.

Məcid Seyidov bildirib ki, NVF-dəki struktur dəyişikliyindən ötən bir il ərzində Naxçıvan voleybolunda faydalı strategiyaya əsaslanan önəmli işlər görülüb, mühüm yeniliklər yaşanılıb. Federasiyanın nazirliklə, AVF ilə qurduğu uğurlu əməkdaşlıq əlaqələri, eləcə də birbaşa fəaliyyəti nəticəsində ictimaiyyət bu sahədə dayanıqlı inkişaf müşahidə edir.

Nazir müavini qızların idmana cəlbi və bu konteksdə yığma komandanın formalaşdırılması, yarışlarda, təlim-məşq toplanışlarında iştirak, ölkə millisinə çıxışın əldə olunması Naxçıvanda qadın idmanının inkişafına töhfə kimi qiymətləndirib.

Çıxışında xalq şairi Bəxtiyar Vahabzadənin "Azərbaycan-Türkiyə" şeirini səsləndirməklə ölkələrarası qardaşlıq münasibətlərinindən duyulan dərin məhəbbəti ifadə edən İğdır Gənclik və İdman İl müdiri Recai Şahin "Muxtariyyət kuboku"na Türkiyə klublarının dəvət olunmasına görə təşəkkürünü bildirib.

Qonaq bunu ortaq tarixi, mədəniyyəti, dəyərləri olan iki qardaş ölkənin son vaxtlar daha da güclənən idman əlaqələrinin inkişafı baxımından yüksək dəyərləndirib.

Çıxış edənlər komandaları əlamətdar hadisə münasibətilə təbrik edib, baxımlı idman mübarizəsi və uğurlar arzulayıblar.

Sonra komandaların təntənəli keçidi reallaşıb. "Naxçıvan" komandasının kapitanı Zeynəb Babayeva tərəfindən digər klub kapitanlarına rəmzi hədiyyələr təqdim edilib. Mərasimdən sonra "Naxçıvan" və "Sumqayıt" açılış oyunu üçün meydanda olublar. Görüş ev sahibi komandanın 2:0 hesablı (25:16, 25:10) hesablı üstünlüyü ilə tamamlanıb.

Qeyd edək ki, ilk oyunun iştirakçıları "Əskişəhər" və "Tovuz"la birgə "A" qrupunda mübarizə aparır. "B" qrupunda isə U-16 Azərbaycan millisi, "Gəncə", "Şərqi Zəngəzur" və "İğdır" komandaları qərarlaşıb. Turnirin son günü – sentyabrın 7-də final və üçüncülük oyunları keçiriləcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Bu gün, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Bu gün, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Bu gün, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Bu gün, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Bu gün, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Bu gün, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Bu gün, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Bu gün, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Bu gün, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Bu gün, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Bu gün, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Bu gün, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Bu gün, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Bu gün, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Bu gün, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Bu gün, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Bu gün, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Oxşar xəbərlər