top
Həndbolda gənc nəsilə ehtiyac və regionlarda inkişaf zərurəti Idman.biz
05 sentyabr 2025, 16:06
- +

Həndbolda gənc nəsilə ehtiyac və regionlarda inkişaf zərurəti

Ulu Öndər Heydər Əliyevin xatirə turnirində Azərbaycan komandalarının zəif nəticə göstərməsinin səbəbi təcrübəsizlik olub.

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin müdiri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov deyib.

Qurum rəsmisi Azərbaycanda keçirilən Ulu Öndər Heyər Əliyevin xatirəsinə həsr olunmuş yarışın nəticələrini dəyərləndirib: "Komandalarımızın təcrübəsi çox olsaydı, daha yüksək yerləri tutardılar. Bura gələn komandaların səviyyəsi, hazırlıq sistemi fərqlidir. Onlar Asiya Kubokuna hazırlaşırlar. Ona görə də Azərbaycana gələn zaman hazırlıqları yüksək səviyyədə olur. Məsələn, Özbəkistan Rusiyada turnirdə iştirak edirdi və oradan gəlib. Bu komandalar hazırlığa daha tez başlayıblar. Əlbəttə, Avropa səviyyəsini nəzərə alsaq, zəifik. Amma ötən il "Kür" komandası bir məhələ keçmişdi. Həmin vaxt heyətdə legionerlərin sayı çox idi. İndi isə azaltmışıq. Bizim üçün ən vacibi azərbaycanlı həndbolçuların inkişafıdır. Avropa və ya dünya səviyyəli yarışlarda iştirak etmirik deyə, millidə yüksək səviyyəli həndbolçularımız yoxdur. Olanlar da 35-40 yaşlarındadır. Yəni karyeralarının sonuna yaxınlaşırlar. Bizə gənc həndbolçular lazımdır. Bu məqsədlə regionlarda da həndbolu inkişaf etdirməyə çalışırıq. Əvvəlki illərə baxanda yerli həndbolçuların sayı artıb. Bu artıq nailiyyətdir".

O, Azərbaycanda həndbola marağın artdığını vurğulayıb: "Həndbola maraq artır. Bir çox regionlardan müraciətlər, məşqçilik etmək istəyənlər var. Zəif tərəfimiz budur ki, məşqçilərin və idmançıların sayı azdır. İdman məktəblərində demək olar həndbol yoxdur. Gənclər və İdman Nazirliyi ilə birgə Azərbaycanın regionlarında həndbolu inkişaf etdirməyə çalışırıq. Üç ilə əvvəl Mingəçevirin komandası yox idi. İndi isə Lənkəranda, Qazaxda, Gəncədə, Göygöldə, Cəlilabadda komandalar fəaliyyət göstərir".

Əsgərov növbəti illərdə də Azərbaycanda beynəlxalq yarışlar təşkil etmək istədiklərini deyib: "Ardıcıl üçüncü ildir bu yarışı keçiririk. İlk iki turnirdə qadınlar iştirak edib. Bu il ilk dəfə kişilər oynadı. Bizim daxili yarışlarımız sentyabrda başlayır, mayda bitir. Hər il ən azı 4 klubumuz avrokuboklarda iştirak edir. Avrokubok oyunları isə sentyabrda start götürür. Klublar yarışlara hazır olmaq üçün təlim-məşq toplanışları ilə yanaşı, oyunlarda da iştirak etməlidir. Turnirin keçirilməsində məqsəd ilk növbədə komandaların beynəlxalq yarışlara daha yaxşı hazırlaşa bilməsidir. Gələckdə Azərbaycanda yenə beynəlxalq yarışlar təşkil etmək istəyirik. Məqsədimiz budur ki, Ulu Öndər Heydər Əliyevin xatirə turnirini qadınlardan ibarət komandalar arasında ənənəvi edək. Çünki bu komandalarımız avrokuboklarda oynayırlar. Kişilər üçün də turnir nəzərdə tutmuşuq. Mərhum məşqçimiz Hikmət Abdullayevin xatirəsinə turnir keçirmək istəyirik. Həmçinin bunu da ənənəvi etmək niyyətindəyik".

Qeyd edək ki, xatirə turnirinin qalibi finalda Qazaxıstan millisini məğlub edən Özbəkistanın OKMK komandası olub. Azərbaycanın "Bakı" və "Kür" komandaları yarımfinalda mübarizəni dayandırıblar. Digər təmsilçimiz "Qarabağ" isə qrupdan çıxa bilməyib.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:22

İsveç millisi DÇ-2026-da seçmə mərhələdən daha çox xal toplayıb

Digər
Bu gün, 19:06

Donald Tramp UFC tədbirində yuxuya gedib

Futbol
Bu gün, 19:00

DÇ-2026: Tunis yığmasının baş məşqçisi istefa verdi

Futbol
Bu gün, 18:51

Almaniya futbol komandasına iki günlük istirahət

Boks
Bu gün, 18:40

Azərbaycan boksçuları Serbiyada keçirilən turnirdə 13 medal qazandı

Futbol
Bu gün, 18:20

Yoshko Gvardiol ilə “Mançester Siti”nin yeni müqaviləsi

Futbol
Bu gün, 18:00

Şəhriyar Əliyev „Şamaxı“da çıxış edə bilər

Futbol
Bu gün, 17:53

Azərbaycan U-19 milli komandası Serbiya ilə bir qrupda

Voleybol
Bu gün, 17:40

UNEC qadın voleybol komandası gənc yerli oyunçulara üstünlük verəcək

Futbol
Bu gün, 17:33

Azərbaycan U-19 millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Futbol
Bu gün, 17:03

AFFA-nın baş katibi Mayamidə keçirilən FIFA İcraedici Futbol Sammitinə qatılıb

Futbol
Bu gün, 17:00

Volkan Dəmirəl Bakıda futbol məşqçisi kimi 1,5 milyon dollar istəyib

Futbol
Bu gün, 16:40

DÇ-2026: Tunis baş məşqçisini işdən çıxardı

Futbol
Bu gün, 16:20

FIFA İcraedici Futbol Sammiti Mayami şəhərində keçirilir

Futbol
Bu gün, 16:20

AFFA-nın baş katibi FIFA İcraedici Futbol Sammitinə qatılıb

Boks
Bu gün, 16:11

Azərbaycan yeniyetmə boksçuları Serbiyada 13 medal qazanıb

Futbol
Bu gün, 15:55

Şəfa" Futbol Klubu Məmməd Hüseynovu transfer edib

Futbol
Bu gün, 15:40

Real Madrid Mark Kukurelyanı transfer edib

Futbol
Bu gün, 15:31

"Kəpəz" Məmməd Hüseynovla müqaviləsini dayandırdı

Futbol
Bu gün, 15:15

Murad Məmmədov „Pafos“ klubuna transfer olub

Futbol
Bu gün, 15:07

Messi start heyətində yer alacaq

Futbol
Bu gün, 15:00

Serbiyalı futbolçu Nikola Kuveljiç Azərbaycanda karyerasını davam etdirə bilər

Futbol
Bu gün, 14:53

"Kəpəz" qapıçısı komandanı tərk edib

Futbol
Bu gün, 14:46

Kipr klubuna transfer olan Murad Məmmədov

Oxşar xəbərlər