top
DH Volley legioneri İleniya Luna de Manqo Gəncə ilə oyun və Azərbaycandakı təəssüratları barədə Idman.biz
27 fevral 2026, 17:11
- +

"DH Volley" legioneri İleniya Luna de Manqo "Gəncə" ilə oyun və Azərbaycandakı təəssüratları barədə

Azərbaycanda qadın voleybolçulardan ibarət "DH Volley" klubunun italiyalı voleybolçusu İleniya Luna de Manqo voleybol üzrə Azərbaycan Yüksək Liqasının 15-ci turunda "Gəncə"yə qarşı keçirilən (3:2) oyunu şərh edib.

İdman.Biz-ə danışan legioner bildirib ki, matçın əvvəlində komanda yoldaşının zədələnməsi onları çətin vəziyyətə salıb: "İlk iki setdə toparlanmaq çətin idi. Amma sonra özümüzə gəldik və mövsüm boyu göstərdiyimiz oyunu sərgilədik".

Onun sözlərinə görə, özü də əvvəlcə oyuna uyğunlaşmaqda çətinlik çəkib:

"Sonra anladım ki, hamımız fəallaşmalıyıq. Öz-özümə danışdım, diqqətimi topladım və qələbəyə töhfə verə bildim. Xüsusilə ötürücümüzlə əlaqəmiz möhtəşəm idi".

İtaliyalı voleybolçu çətin anlarda özünü necə motivasiya etdiyini də açıqlayıb: "Təmiz havada gəzməyi, sakit yerdə tək qalmağı və uğurlu anlarımı xatırlamağı sevirəm. Əks halda, mənfi düşüncədən çıxmaq çətin olur".

Luna de Manqo ilk dəfədir ki, peşəkar səviyyədə və Azərbaycanda çıxış edir. O, çempionat barədə təəssüratlarını bölüşərək rəqabətin yüksək olduğunu, komandaların güclü təsir bağışladığını vurğulayıb və Bakıda özünü rahat hiss etdiyini deyib.

"ABŞ-dakı universitet liqası ilə müqayisədə burada mühit tam fərqlidir. Mən orada komandanın ən təcrübəlilərindən idim, burada isə ən gənclərdənəm. Amma məşqçilər heyəti mənə təzyiq göstərmir və özüm olmağa imkan yaradır", - deyə o əlavə edib.

İtaliyalı legioner Bakını və Azərbaycan mətbəxini də yüksək qiymətləndirib:

"Şəhər çox gözəldir, yeməklər möhtəşəmdir. İtaliya mətbəxindən fərqlidir - burada ədviyyat və ət daha çoxdur. Xaricdə yaşamağın sirri açıq fikirli olmaq və yeni şeyləri kəşf etməkdir".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:00

“Gəncəbasar” “Nihat Fərəc”i transfer etdi

Futbol
Bu gün, 11:00

Gəncəbasar Nihat Fərəcini yarımmüdafiəçi kimi transfer etdi

Futbol
Bu gün, 11:00

Gəncəbasar “Nihat Fərəcini” yarımmüdafiəçi kimi transfer etdi

Futbol
Bu gün, 11:00

“Gəncəbasar” “Nihat Fərəcini” yarımmüdafiəçi kimi transfer etdi

Futbol
Bu gün, 11:00

Gəncəbasar yeni futbolçu Nihat Fərəcini birillik müqavilə ilə transfer etdi

Futbol
Bu gün, 11:00

“Gəncəbasar” heyətinə Nihat Fərəcinin transferi

Futbol
Bu gün, 11:00

“Gəncəbasar” Nihat Fərəcini birillik müqavilə ilə transfer etdi

Futbol
Bu gün, 11:00

Gəncəbasar birillik müqavilə ilə Nihat Fərəcini transfer etdi

Futbol
Bu gün, 11:00

Gəncəbasar Nihat Fərəcini birillik müqavilə ilə transfer etdi

Futbol
Bu gün, 11:00

Gəncəbasar “Kəpəz”li Nihat Fərəcini birillik müqavilə ilə transfer etdi

Futbol
Bu gün, 11:00

Gəncəbasar Nihat Fərəcini bir illik müqavilə ilə transfer etdi

Futbol
Bu gün, 11:00

“Gəncəbasar” Nihat Fərəcini birillik müqavilə ilə transfer etdi

Futbol
Bu gün, 11:00

Gəncəbasar Nihat Fərəcini birillik müqavilə ilə transfer etdi

Futbol
Bu gün, 11:00

“Gəncəbasar” “Nihat Fərəcini” ilə gücləndi

Futbol
Bu gün, 11:00

Gəncəbasar “Nihat Fərəcini” transfer etdi

Voleybol
Bu gün, 10:20

Qadın voleybol millimiz Türkiyəyə qarşı play-offa çıxacaq

Voleybol
Bu gün, 10:20

Avropa çempionatının 1/8 finalında Azərbaycan qadın voleybolu Türkiyə ilə qarşılaşacaq

Voleybol
Bu gün, 10:20

Avropa Çempionatı Voleybol Play-off: Azərbaycan Qadınları Türkiyəyə Qarşı

Voleybol
Bu gün, 10:20

Avropa çempionatı pley-off: Azərbaycan qadın voleybol komandası Türkiyəyə qarşı çıxacaq

Voleybol
Bu gün, 10:20

Qadın voleybol millisi Avropa çempionatının 1/8 finalında Türkiyəyə qarşı pley‑off matçına çıxır

Voleybol
Bu gün, 10:20

Avropa Çempionatı Qadın Voleybolunda Millimiz Türkiyəyə Qarşı Play-off

Voleybol
Bu gün, 10:20

Qadın voleybol millisi Türkiyəyə qarşı pley‑off matçına çıxır

Futbol
Bu gün, 09:59

“Mançester Siti” Everton‑lu hücumçunu 60 milyon funt qarşılığında “Tottenham”dən aldı

Futbol
Bu gün, 09:59

“Mançester Siti” İliman Ndiayeni 60 milyon funtə “Tottenhem”dən aldı

Oxşar xəbərlər