Birinci Liqada mübarizə aparan "Gəncəbasar" heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, bölgə klubu Nihat Fərəcini transfer edib.
23 yaşlı yarımmüdafiəçi ilə birillik müqavilə imzalanıb. Gəncə futbol məktəbinin yetirməsi olan Fərəci daha əvvəl "Kəpəz"də də çıxış edib.
Qeyd edək ki, Birinci Liqada yeni mövsümə sentyabrın 3-də start veriləcək.