top
“Burada kişilər hər dəfə mənə “maşallah” deyirlər” - Arina Elizarovanın İDMAN.BİZ-ə MÜSAHİBƏSİ - FOTO Idman.biz
26 yanvar 2026, 15:07
- +

“Burada kişilər hər dəfə mənə “maşallah” deyirlər” - Arina Elizarovanın İDMAN.BİZ-ə MÜSAHİBƏSİ - FOTO

Azərbaycan qadın voleybolu çempionatında çıxış edən çoxsaylı legionerlər arasında "Abşeron" klubunun mərkəz bloker Arina Elizarova təkcə oyunu ilə deyil, boyu və gözəlliyi ilə də seçilir.

İdman.Biz oxucularına Azərbaycan klubunda çıxış edən, rusiyaəsilli serbiyalı voleybolçu ilə müsahibəni təqdim edir.

- Siz Moskvada doğulmusunuz, vətəndaşlıq baxımından isə serbiyalısınız. Azərbaycanın voleybol klubuna necə gəldiniz?

- Bəli, mən rus olsam da, 16 yaşımdan Serbiyada yaşayıram və bu ölkənin vətəndaşıyam. Azərbaycana gəlməzdən əvvəl son klubum Serbiyanın "Jelezniçar" komandası olub və həmin klubla yerli Superliqanın çempionu olmuşam. Karyerama isə "Partizan"da başlamışam. Azərbaycana isə yəqin ki, xarici klublarda çıxış edən bütün idmançılar kimi agentim vasitəsilə gəlmişəm.

Azərbaycandan bir neçə təklif var idi, lakin biz "Abşeron"u seçdik. Keçən ilin sentyabr ayından bu klubda çıxış edirəm.

- Bakıya gəlməzdən əvvəl bu şəhəri hansı sifətlərlə təsəvvür edirdiniz və gəlişdən sonra nə dəyişdi?

- Mən hələ balaca olanda Bakını tanıyırdım, çünki valideynlərimin dostları azərbaycanlı idi və onlar bizə tez-tez doğma şəhərləri haqqında danışırdılar. Bilirdim ki, Bakı isti, gözəl və qonaqpərvər şəhərdir. Buraya gələndən sonra sifətlərə isimlər də əlavə olundu – dəniz, yeməklər, insanlar (gülür).

- Azərbaycan mətbəxindən nələri bəyəndiniz?

- Demək olar ki, hər şeyi, amma xüsusilə üzüm yarpağından dolmanı! Əlbəttə ki, şirniyyatları da. Onlar o qədər çoxdur və o qədər dadlıdır ki, söz tapmaq çətindir…

- Yəqin ki, bir çox azərbaycanlı kişilər də sizi görəndə söz tapa bilmir: gənc, uzunboylu, gözəl və ən əsası, subaysınız. Bakıda kişilər sizə yəqin ki, digər ölkələrlə müqayisədə daha çox diqqət göstərirlər.

- Kişi diqqətindən heç vaxt məhrum olmamışam (gülür). Amma anlayıram ki, burada uzunboylu qızlarla bağlı müəyyən problem var… Burada tez-tez arxamca "maşallah" deyildiyini eşidirəm – açığı, bunun yaxşı mənada, yoxsa pis mənada deyildiyini bilmirəm (gülür).

- Bu sözün yalnız müsbət mənası var.

- Bəli, bunu mənə artıq izah ediblər. Amma bundan o yana azərbaycanlı kişilərlə ünsiyyətim olmayıb. Yəqin risk etmirlər (gülür).

- Ola bilər ki, boy fərqinə görə kompleks keçirirlər? Axı azərbaycanlı kişilərin hamısının boyu 190 sm-i keçmir ki, sizin 194 sm-lik boyunuzla rəqabət aparsınlar.

- Axı ayaqqabı da var (gülür). Ola bilsin, kompleks keçirirlər. Amma mənim üçün boy heç vaxt kişilərlə ünsiyyətdə problem olmayıb. Əsas odur ki, o, həqiqi kişi olsun.

- Yeri gəlmişkən, ayaqqabı demişkən. Sizə uyğun ayaqqabı tapmaq çətin deyil ki?

- Ayaqqabı elə də problem deyil - cəmi 43 ölçü geyinirəm. Amma geyimlə, xüsusilə şalvarla bağlı burada böyük çətinlik var. Bakıda özümə maksimum köynək ala bilirəm.

- Uzunboylu olmağın üstünlükləri nələrdir?

- İlk növbədə, şkafın yuxarı rəflərindən əşyaları rahat götürmək olur (gülür). Amma ciddi desəm, üstünlükləri çoxdur. Məsələn, uzunboylu olmaq mənə özümə inam verir. Özümü sıradan biri yox, xüsusi biri kimi hiss edirəm.

- Kişilər kompleks keçirir, bəs qadınlar? Azərbaycanda yeni rəfiqələriniz olubmu?

- Bəli, əlbəttə, və onların əksəriyyəti də idmançılardır. Ümumiyyətlə, Azərbaycan voleybolunda və xüsusilə bizim klubda çoxlu əcnəbi var. Onların hər biri buraya həm ünsiyyət, həm də mədəniyyət baxımından öz töhfəsini verir. Hətta komandamızda yaponiyalı da var… Ümumiyyətlə, "Abşeron"da çox yaxşı kollektiv formalaşıb.

- Amma hələlik ciddi nəticələr yoxdur. Komanda niyə liderlər sırasına çıxa bilmir?

- Düşünürəm ki, bu, müvəqqətidir. Komandamız perspektivlidir, məşqlərdə çox çalışırıq. Əminəm ki, klubumuzun uğurları hələ qabaqdadır.

- Bəs siz? Mövsüm bitəndən sonra da komanda ilə qalacaqsınızmı, yəni müqaviləni uzatmağı düşünürsünüz?

- Hələlik bunu deyə bilmərəm. Düşünürəm ki, təkcə mən yox, klub rəhbərliyi də hələ qərar verməyib. Əsas məqsəd çempionatı yaxşı başa vurmaqdır.

- Azərbaycan dili necə? Öyrənməyə başlamısınızmı?

- Əlbəttə, çalışıram. Burada hamının rusca danışmadığını başa düşürəm və ona görə də dili öyrənmək lazımdır.

- Adətən əcnəbilərin etdiyi kimi, söyüşlərdən başlayırsınız?

- İnanmayacaqsınız, amma hələ bir dənə də söyüş bilmirəm. Azərbaycan dilindəki ağır ifadələrdən ancaq "zırt" sözünü bilirəm (gülür). Amma ona qədər saymağı öyrənmişəm. Azərbaycan dilində salamlaşa və sağollaşa bilirəm. Bilirəm ki, bu, hələ çox azdır, amma çalışıram.

Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 05:20

Həbib Nurməhəmmədov: “UFC dünya idman arenasında möhtəşəm səviyyəyə çatdı”

Futbol
Bu gün, 04:17

İspaniya dünya rekorduna yaxınlaşdı

Futbol
Bu gün, 03:40

İspaniya futbol yığması İtaliyanın rekordunu təkrarladı

Futbol
Bu gün, 03:10

Didye Deşam dünya çempionatlarında ən çox oyun keçirən baş məşqçi olub

Futbol
Bu gün, 02:07

İspaniya mundiallarda penalti zərbələrinə görə liderlik edir

Futbol
Bu gün, 01:50

„Fənərbağça“ Meyson Qrinvudu transfer edib

Futbol
Bu gün, 01:02

DÇ-2026: İspaniya finala vəsiqə qazandı

Futbol
Bu gün, 00:59

DÇ-2026: İspaniya Fransa üzərində qələbə qazanaraq finala yüksəldi

Basketbol
Bu gün, 00:30

U20 milli komanda İrlandiyaya məğlub olub

Basketbol
Bu gün, 00:30

FIBA U20 Avropa Çempionatında İrlandiyaya uduzaran U20 milli komanda

Futbol
Bu gün, 00:25

"İmişli"nin 2026/2027 mövsümü üçün yay hazırlıq planı

Futbol
Bu gün, 00:12

Oyarsabal mundialda qol vurma rekordunu təkrarlayıb

Futbol
Bu gün, 00:06

DÇ-2026: İspaniya - Fransa matçında ikinci hissədir

Futbol
Dünən, 23:23

DÇ-2026: Fransa - İspaniya matçında hesab açılıb

Futbol
Dünən, 23:07

Harri Keyn İngiltərə-Argentina matçı barədə

Futbol
Dünən, 23:01

DÇ-2026: Fransa və İspaniya between them will play for final ticket

Güləş
Dünən, 22:35

Cüdo Liqası III turu Abşeronda keçiriləcək

Futbol
Dünən, 22:20

KuPS Çempionlar Liqasının növbəti mərhələsinə yüksəldi

Futbol
Dünən, 21:56

Şəfa yay təlim-məşq toplanışında 5 yoxlama oyunu keçirəcək

Futbol
Dünən, 21:49

İker Kasilyas: İspaniyanın 2026 Dünya Çempionatının Finalına Çıxacağına əminik

Futbol
Dünən, 21:18

DÇ-2026-nın bağlanış mərasimində world ulduzlarının iştirakı

Futbol
Dünən, 21:03

Yann Sommer “İnter”dən “Brügge”yə keçib

Futbol
Dünən, 20:58

Amil Yunanov Şirvana transferred

Futbol
Dünən, 20:17

"Qəbələ" "Kəpəz"i məğlub edib

Oxşar xəbərlər