Kişi voleybolçulardan ibarət "Azerreyl" klubu Çempionlar Liqasında mübarizəyə başlayıb.
"Report" xəbər verir ki, Azərbaycan təmsilçisi təsnifat mərhələsinin I turunda Serbiyanın "Radniçki" kollektivi ilə üz-üzə gəlib.
Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilən matç rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, cavab oyunu oktyabrın 29-da baş tutacaq.