Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsümə start verilib
"Report"un məlumatına görə, turun ilk oyun günündə iki qarşılaşma baş tutub.
"Neftçi" "Ordu"nu 3:0, "Murov Az Terminal" isə "Azərreyl" kollektivini 3:2 hesabı ilə məğlub edib.
Hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilib.
Qeyd edək ki, turun "Gənclər" – "Xilasedici" oyununun keçiriləcəyi yer və tarix barədə məlumat veriləcək.