Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIV tura start veriləcək. Sport24.az xəbər verir ki, "Murov Az Terminal" "Gənclər"lə üz-üzə gələcək.
Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək qarşılaşmanın start fiti saat 16:00-da səslənəcək.
Qadın voleybolçular arasında isə XIII turun son görüşü baş tutacaq. "Gəncə" doğma "divalar" arasında "Gənclər"i qonaq edir. Gəncə İdman Sarayında, keçiriləcək görüş saat 14:00-da başlayacaq.