Voleybol üzrə Azərbaycan Yüksək Liqasında 18-ci turun daha üç oyunu keçirilib.
İdman.Biz xəbər verir ki, kişilərin yarışında "Azərreyl" "Xilasedici" ilə üz-üzə gəlib və ikincilər 3:2 hesablı qələbə qazanıblar.
Qadınların mübarizəsində iki matç baş tutub. "Azərreyl" "Gənclər"i 3:0, "DH Volley" isə "Milli Aviasiya Akademiyası"nı 3:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, ötən gün kişilərin yarışında "Neftçi" "Gəncləri" (3:0), "Ordu" "Murov Az Terminal"ı (3:2) məğlub edib.
Qadınların mübarizəsində "Turan Tovuz" "Murov Az Terminal"dan güclü olub - 3:1.
09:55
Bu gün voleybol üzrə Azərbaycan Yüksək Liqasında 18-ci turun daha üç matçı keçiriləcək.
İdman.Biz xəbər verir ki, kişilərin yarışında "Azərreyl" "Xilasedici" ilə qarşılaşacaq.
Görüş Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında, saat 17:00-da start götürəcək.
Qadınların mübarizəsində iki oyun baş tutacaq. "Azərreyl" "Gənclər"lə, "DH Volley" "Milli Aviasiya Akademiyası" ilə münasibətlərə aydınlıq gətirəcək. Oyunlar Azərbaycan Voleybol Federasiyasının idman zalında, müvafiq olaraq saat 16:00 və 18:00-da başlayacaq.
Qeyd edək ki, ötən gün kişilərin yarışında "Neftçi" "Gəncləri" (3:0), "Ordu" "Murov Az Terminal"ı (3:2) məğlub edib. Qadınların mübarizəsində "Turan Tovuz" "Murov Az Terminal"dan güclü olub - 3:1.