Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 13-cü turun növbəti oyunu baş tutacaq.
İdman.Biz xəbər verir ki, saat 17:00-da UNEC "Murov Az Terminal"ı qəbul edəcək.
Oyun UNEC-in idman zalında baş tutacaq.
Ötən gün "Milli Aviasiya Akademiyası" "Azərreyl"i 3:1, "DH Volley" isə "Turan"ı 3:2 hesabı ilə üstələyib.
Qeyd edək ki, 13-cü tura fevralın 17-də yekun vurulacaq.