top
Arina Elizarova: Burada tez-tez arxamca maşallah deyildiyini eşidirəm Idman.biz
26 yanvar 2026, 15:07
- +

Arina Elizarova: "Burada tez-tez arxamca "maşallah" deyildiyini eşidirəm"

Azərbaycan qadın voleybolu çempionatında çıxış edən çoxsaylı legionerlər arasında "Abşeron" klubunun mərkəz bloker Arina Elizarova təkcə oyunu ilə deyil, boyu və gözəlliyi ilə də seçilir.

İdman.Biz oxucularına Azərbaycan klubunda çıxış edən, rusiyaəsilli serbiyalı voleybolçu ilə müsahibəni təqdim edir.

- Siz Moskvada doğulmusunuz, vətəndaşlıq baxımından isə serbiyalısınız. Azərbaycanın voleybol klubuna necə gəldiniz?

- Bəli, mən rus olsam da, 16 yaşımdan Serbiyada yaşayıram və bu ölkənin vətəndaşıyam. Azərbaycana gəlməzdən əvvəl son klubum Serbiyanın "Jelezniçar" komandası olub və həmin klubla yerli Superliqanın çempionu olmuşam. Karyerama isə "Partizan"da başlamışam. Azərbaycana isə yəqin ki, xarici klublarda çıxış edən bütün idmançılar kimi agentim vasitəsilə gəlmişəm.

Azərbaycandan bir neçə təklif var idi, lakin biz "Abşeron"u seçdik. Keçən ilin sentyabr ayından bu klubda çıxış edirəm.

- Bakıya gəlməzdən əvvəl bu şəhəri hansı sifətlərlə təsəvvür edirdiniz və gəlişdən sonra nə dəyişdi?

- Mən hələ balaca olanda Bakını tanıyırdım, çünki valideynlərimin dostları azərbaycanlı idi və onlar bizə tez-tez doğma şəhərləri haqqında danışırdılar. Bilirdim ki, Bakı isti, gözəl və qonaqpərvər şəhərdir. Buraya gələndən sonra sifətlərə isimlər də əlavə olundu – dəniz, yeməklər, insanlar (gülür).

- Azərbaycan mətbəxindən nələri bəyəndiniz?

- Demək olar ki, hər şeyi, amma xüsusilə üzüm yarpağından dolmanı! Əlbəttə ki, şirniyyatları da. Onlar o qədər çoxdur və o qədər dadlıdır ki, söz tapmaq çətindir…

- Yəqin ki, bir çox azərbaycanlı kişilər də sizi görəndə söz tapa bilmir: gənc, uzunboylu, gözəl və ən əsası, subaysınız. Bakıda kişilər sizə yəqin ki, digər ölkələrlə müqayisədə daha çox diqqət göstərirlər.

- Kişi diqqətindən heç vaxt məhrum olmamışam (gülür). Amma anlayıram ki, burada uzunboylu qızlarla bağlı müəyyən problem var… Burada tez-tez arxamca "maşallah" deyildiyini eşidirəm – açığı, bunun yaxşı mənada, yoxsa pis mənada deyildiyini bilmirəm (gülür).

- Bu sözün yalnız müsbət mənası var.

- Bəli, bunu mənə artıq izah ediblər. Amma bundan o yana azərbaycanlı kişilərlə ünsiyyətim olmayıb. Yəqin risk etmirlər (gülür).

- Ola bilər ki, boy fərqinə görə kompleks keçirirlər? Axı azərbaycanlı kişilərin hamısının boyu 190 sm-i keçmir ki, sizin 194 sm-lik boyunuzla rəqabət aparsınlar.

- Axı ayaqqabı da var (gülür). Ola bilsin, kompleks keçirirlər. Amma mənim üçün boy heç vaxt kişilərlə ünsiyyətdə problem olmayıb. Əsas odur ki, o, həqiqi kişi olsun.

- Yeri gəlmişkən, ayaqqabı demişkən. Sizə uyğun ayaqqabı tapmaq çətin deyil ki?

- Ayaqqabı elə də problem deyil - cəmi 43 ölçü geyinirəm. Amma geyimlə, xüsusilə şalvarla bağlı burada böyük çətinlik var. Bakıda özümə maksimum köynək ala bilirəm.

- Uzunboylu olmağın üstünlükləri nələrdir?

- İlk növbədə, şkafın yuxarı rəflərindən əşyaları rahat götürmək olur (gülür). Amma ciddi desəm, üstünlükləri çoxdur. Məsələn, uzunboylu olmaq mənə özümə inam verir. Özümü sıradan biri yox, xüsusi biri kimi hiss edirəm.

- Kişilər kompleks keçirir, bəs qadınlar? Azərbaycanda yeni rəfiqələriniz olubmu?

- Bəli, əlbəttə, və onların əksəriyyəti də idmançılardır. Ümumiyyətlə, Azərbaycan voleybolunda və xüsusilə bizim klubda çoxlu əcnəbi var. Onların hər biri buraya həm ünsiyyət, həm də mədəniyyət baxımından öz töhfəsini verir. Hətta komandamızda yaponiyalı da var… Ümumiyyətlə, "Abşeron"da çox yaxşı kollektiv formalaşıb.

- Amma hələlik ciddi nəticələr yoxdur. Komanda niyə liderlər sırasına çıxa bilmir?

- Düşünürəm ki, bu, müvəqqətidir. Komandamız perspektivlidir, məşqlərdə çox çalışırıq. Əminəm ki, klubumuzun uğurları hələ qabaqdadır.

- Bəs siz? Mövsüm bitəndən sonra da komanda ilə qalacaqsınızmı, yəni müqaviləni uzatmağı düşünürsünüz?

- Hələlik bunu deyə bilmərəm. Düşünürəm ki, təkcə mən yox, klub rəhbərliyi də hələ qərar verməyib. Əsas məqsəd çempionatı yaxşı başa vurmaqdır.

- Azərbaycan dili necə? Öyrənməyə başlamısınızmı?

- Əlbəttə, çalışıram. Burada hamının rusca danışmadığını başa düşürəm və ona görə də dili öyrənmək lazımdır.

- Adətən əcnəbilərin etdiyi kimi, söyüşlərdən başlayırsınız?

- İnanmayacaqsınız, amma hələ bir dənə də söyüş bilmirəm. Azərbaycan dilindəki ağır ifadələrdən ancaq "zırt" sözünü bilirəm (gülür). Amma ona qədər saymağı öyrənmişəm. Azərbaycan dilində salamlaşa və sağollaşa bilirəm. Bilirəm ki, bu, hələ çox azdır, amma çalışıram.

Qarabağ FK

Son xəbərlər

Olimpiada
Bu gün, 04:05

Çexiya Paralimpiya Komitəsi Rusiya və Belarus idmançılarına görə Paralimpiya Oyunlarının açılışını boykot edəcək

Olimpiada
Bu gün, 03:20

Olimpiada-2026: Hokkey üzrə finalda ABŞ və Kanada komandaları qarşılaşacaqlar

Futbol
Bu gün, 03:11

"Qarabağ" UEFA tərəfindən intizam qaydalarını pozduğuna görə cərimələnib

Futbol
Bu gün, 02:23

Quruzetanın dublu "Atletik Bilbao"ya "Elçe" üzərində qələbə qazandırdı

Futbol
Bu gün, 02:16

Bundesliqa: "Mayns" - "Hamburq" oyunu heç-heçə başa çatdı

Futbol
Bu gün, 02:09

"Sassuolo" "Verona" üzərində inamlı qələbə qazanıb

Futbol
Bu gün, 01:54

"Brest" "Marsel"i Fransa çempionatında məğlub etdi

Futbol
Bu gün, 01:41

"Barselona" oyunçuları ötən mövsümün prinsiplərinə qayıtmaq barədə razılığa gəldilər

Futbol
Bu gün, 01:20

Kazemiro üçün "İnter Mayami" və "San Paulo" rəqabətə girə bilər

Futbol
Bu gün, 01:02

Qravina Kalulunun diskvalifikasiya apellyasiyasını rədd edib

Futbol
Bu gün, 00:44

Din Heysenin zədəsi səbəbindən "Osasuna" ilə oyunu buraxacağı məlum olub

Futbol
Bu gün, 00:26

"Barselona" və "Mançester Siti" Nataniel Braun üçün mübarizəyə qoşulub

Futbol
Bu gün, 00:07

"Levante" "Qarabağ" Futbol Akademiyasında seleksiya məşqləri keçirəcək

Basketbol
Dünən, 23:54

"Sabah" basketbol üzrə Azərbaycan Kubokunun finalına yüksəldi

Futbol
Dünən, 23:54

"Bavariya" Qakponun transferindən niyə imtina etdi: Səbəb Diaz faktoru

Olimpiada
Dünən, 23:40

Olimpiada-2026: Kanada Finlandiyanı məğlub edərək hokkey üzrə finala yüksəlib

Basketbol
Dünən, 23:29

Basketbol üzrə Azərbaycan Kubokunun finalçıları məlum olub: "Sabah" - "Gəncə"

Futbol
Dünən, 23:24

"Turan Tovuz" - "Zirə" Matçının Videoicmalı (2:0)

Futbol
Dünən, 23:13

Luis Enrike PSJ-nin penalti zəifliyinin səbəblərini açıqlayıb

Futbol
Dünən, 23:12

Luis Enrikedən PSJ-nin Penalti Probleminə İzah

Şahmat
Dünən, 22:55

Azərbaycan Şahmat Çempionatının Final Partiyalarının Nəticələri

Futbol
Dünən, 22:48

"Liverpul" Konatenin əvəzinə keçmiş "Çelsi"li Tomorini transfer etmək istəyir

Futbol
Dünən, 22:47

"Liverpul" Konatenin əvəzinə Tomorini transfer etmək istəyir

Futbol
Dünən, 22:42

Kaxaber Tsxadadze: "Məşqlərdə penaltilər üzərində çox işləyirik, oyunda alınmır"

Oxşar xəbərlər