top
Zəfər Şahmat Turniri Ali Təhsil Müəssisələrini Bir Araya Gətirdi Idman.biz
27 oktyabr 2025, 23:43
- +

"Zəfər" Şahmat Turniri Ali Təhsil Müəssisələrini Bir Araya Gətirdi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) dəstəyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİRK), Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası və Gənclik Könüllü Tələbə İdman Cəmiyyətinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında "Zəfər" şahmat turniri keçirilib.

İdman.Biz xəbər verir ki, turnirin məqsədi tələbə idman hərəkatını gücləndirmək, ali təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlıq mühiti yaratmaq, gənclərdə strateji düşüncə və komanda bacarıqlarını inkişaf etdirmək, Zəfər Günü münasibətilə milli qürur və vətənpərvərlik ruhunu möhkəmləndirməkdir.

Bakı İdman Sarayında keçirilən tədbirin açılış mərasimində Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AHİK-nin sədr müavini Musa Mirzəyev, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Elnur Əliyev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov və digər çıxış edənlər ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, gənclər siyasətinin uğurlu icrasından bəhs edib, bu cür tədbirlərin gənclərin intellektual inkişafına, komanda bacarıqlarının formalaşmasına önəmli töhfə verdiyini vurğulayaraq iştirakçılara uğurlar arzulayıblar.

Sonra beynəlxalq dərəcəli hakim Fikrət Sideifzadə iştirakçıları turnirin qaydaları ilə tanış edib və yarışa start verilib.
Yarışda 14 ali təhsil müəssisəsindən kişi və qadınlar ayrı olmaqla ümumilikdə 28 komanda iştirak edib. Turnir Rapid şahmat qaydalarına əsasən, İsveçrə sistemi üzrə 7 turda keçirilib.

Yarışın nəticələrinə əsasən, qadınlar arasında I yeri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, II yeri Azərbaycan Dillər Universiteti, III yeri isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandaları tutub. Kişilər arasında isə I yeri Azərbaycan Memarlıq və İnşaat Universiteti, II yeri Bakı Ali Neft Məktəbi, III yeri Bakı Dövlət Universitetinin komandaları qazanıb.

Qalib komandalar kubok, medal, fəxri fərmanla təltif olunub, hədiyyələr verilib.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 22:25

Bakıda Cüdo Məşqçiliyi Sertifikat Proqramına Start Verilib

Futbol
Bu gün, 22:17

Tufan Sadıqov futboldan uzaqlaşdırma qərarına qarşı CAS-a şikayət edib

Futbol
Bu gün, 21:44

Volfsburqdan transfer

Futbol
Bu gün, 21:27

Qəbələ" "Qarabağ"a qarşı oynayan braziliyalı ilə müqavilə bağlayıb

Futbol
Bu gün, 21:26

Real Madridin yeni forma nömrələri

Futbol
Bu gün, 21:11

Lautaro Martines “Barselona”ya keçə bilər

Futbol
Bu gün, 20:57

Trabzonspor Darvin Nunyesin transferini həll edib

Futbol
Bu gün, 20:42

„Kəpəz“ heyətini daha bir futbolçu ilə gücləndirib

Basketbol
Bu gün, 20:37

LANDAU Lions „Mayami Hit“in eks-oyunçusunu heyətinə qatıb

Futbol
Bu gün, 20:27

Fənərbaxça Çempionlar Liqasina iki itki ile çıkacaq

Futbol
Bu gün, 19:46

Messi 2026-cı il Dünya Çempionatında ən çox hədələnən oyunçu olub

Voleybol
Bu gün, 19:28

Azərbaycan voleybol çimərlik yığmaları beynəlxalq turnirdə

Futbol
Bu gün, 19:16

Sabah - Orhus matçından əvvəl açıq məşq keçirib

Futbol
Bu gün, 18:59

Xeronimo Rulli “Mançester Siti”yə transfer olunacaq

Digər
Bu gün, 18:29

Səbail" Boluda yay toplanışını keçirəcək

Futbol
Bu gün, 18:29

"Səbail" klubu Boluda hazırlıq toplanışını keçirəcək

Futbol
Bu gün, 18:12

Sabah - Orhus matçına çox ciddi hazırlaşdıq

Futbol
Bu gün, 17:51

"Yuventus" Kenan Yıldızın transferinə 100 milyon avro tələb edir

Boks
Bu gün, 17:40

Azərbaycanı qitə çempionatında 13 boksçu təmsil edəcək

Futbol
Bu gün, 17:39

10 il əvvəl Modriçlə şəkil çəkdirən gənc futbolçu indi Milanın heyətində kumiri ilə oynayır

Futbol
Bu gün, 17:18

AFFA rəsmisi UEFA-nın matç direktoru kimi Tbilisidə səfərdə olub

Güləş
Bu gün, 17:07

Azərbaycan güləşçiləri Rumıniya turnirində 5 medala sahib olublar

Futbol
Bu gün, 17:00

Kəpəz”ə Kiyev “Dinamo”sunun keçmiş futbolçusu qoşuldu

Olimpiada
Bu gün, 16:55

Azərbaycan paraüzgüçülərinin uğurları: ötən illər və gələcək perspektivləri

Oxşar xəbərlər