top
Vladimir Kramnikin diskvalifikasiyası tələbi ilə bağlı petisiyanı 15 mindən çox adam imzalayıb Idman.biz
26 oktyabr 2025, 05:17
- +

Vladimir Kramnikin diskvalifikasiyası tələbi ilə bağlı petisiyanı 15 mindən çox adam imzalayıb

Bəyanatları amerikalı şahmatçı Daniel Naroditskinin ölümünə səbəb olduğu iddia edilən rusiyalı qrossmeyster, şahmat üzrə 14-cü dünya çempionu Vladimir Kramnikə qarşı başladılan petisiyanı 15 mindən çox adam imzalayıb.

İdman.Biz xəbər verir ki, onlar Kramnikin diskvalifikasiyasını və bütün titullarından məhrum olunmasını tələb edirlər.
Petisiya change.org platformasında yerləşdirilib.

Bildirilir ki, Kramnikin davranışı Beynəlxalq Şahmat Federasiyasının (FIDE) etik normalarını pozur. Sənədi imzalayanlar beynəlxalq təşkilatdan rusiyalı qrossmeysterə qarşı qəti tədbirlər görülməsini tələb edirlər.

Naroditskinin onlayn-yayımlarını izləyən Kramnik, oktyabrın 19-da həyəcan təbili çalaraq bildirib ki, amerikalı şahmatçı, ola bilsin, yuxu dərmanından daha güclü vasitədən istifadə edib. O, Naroditskinin ətrafındakı insanlara müraciət edərək, onları bu şahmatçıya yardım etməyə çağırıb. Kramnik daha əvvəl Danielin şahmat fırıldaqlarında əlinin olması ilə bağlı şübhələr də yaradıb.

Naroditskinin ölümü haqqında xəbərlər yayılanda bəzi internet istifadəçiləri Kramniki ona psixoloji təzyiq göstərməkdə ittiham ediblər. Onların fikrincə, şahmatçının faciəli ölümünə məhz bu təzyiq səbəb ola bilərdi.
16-cı dünya çempionu, norveçli qrossmeyster Maqnus Karlsen də Kramnikin Naroditskini amansızcasına təqib etdiyini bildirib. "Kramnikin Naroditskiyə qarşı hərəkətləri dəhşətli idi və nəticələri də göz qabağında idi. Bütün bunlar Naroditskini çoxdan son dərəcə ağır vəziyyətə salmışdı" – Karlsen deyib.

Vladimir Kramnik özü 29 yaşlı amerikalı şahmatçı Daniel Naroditskinin ölümündən sonra sosial şəbəkələrdə ona ünvanlanan çoxsaylı hədələrlə bağlı məhkəməyə müraciət etmək niyyətində olduğunu açıqlayıb.
Qeyd edək ki, Naroditskinin ölüm xəbəri oktyabrın 20-də yayılıb. Şahmatçı noyabrın 9-da 30 yaşını qeyd edəcəkdi.

Naroditski FIDE dünya reytinqində 151-ci, ABŞ şahmatçıları arasında isə 17-ci yeri tuturdu. O, həmçinin 12 yaşadək idmançılar arasında dünya çempionu olub, ABŞ çempionatlarında iştirak edib, şahmat haqqında kitablar yazıb. 2025-ci ilin sentyabrında keçirdiyi "Charlotte Open" adlı son turnirində mümkün 8 xaldan 5.5 xal toplayaraq 3-4-cü yerləri bölüşüb.

İdman.Biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:00

DÇ-2026: İngiltərə və Argentina finalçı müəyyən edirlər

Futbol
Bu gün, 22:55

Zirə UEFA Konfrans Liqasında Torpedo ilə qarşılaşandan əvvəl son hazırlıq məşqini keçirdi

Futbol
Bu gün, 22:49

Ronaldo Neymarı Ançelottiyə lazım olacaq

Digər
Bu gün, 22:03

„Zirə“nin müdafiəçisi: „İlk oyunda qələbə heç nəyə zəmanət vermir“

Futbol
Bu gün, 21:32

Məhəmməd Salah “Çelsi”yə keçə bilər

Futbol
Bu gün, 21:01

Ceydon Sanço “Borussiya Dortmund”a yenidən qayıda bilər

Futbol
Bu gün, 20:57

Arsenal Kristos Tzolisi transfer etmək istəyir

Futbol
Bu gün, 20:46

Rəşad Sadıqov UEFA Konfrans Liqasından əvvəl etiraf etdi

Futbol
Bu gün, 20:30

Almaniya Futbol Birliyi İnfantinonun yenidən FIFA prezidenti seçilməsini dəstəkləməyib

Gimnastika
Bu gün, 20:27

Azərbaycan atleti Ramil İsmayılov U-18 Avropa çempionatında iştirak edəcək

Futbol
Bu gün, 20:15

Maykl Olise “Real Madrid”ə keçmək istəyini bildirib

Futbol
Bu gün, 19:59

Harri Keyn Argentina ilə oyun ərəfəsində motivasiyaedici paylaşım edib

Digər
Bu gün, 19:58

Gəncədə beynəlxalq karate turniri keçiriləcək

Futbol
Bu gün, 19:28

FİFA Dünya Çempionatının finalında fasilə uzada bilər

Güləş
Bu gün, 19:12

Yeniyetmə güləşçilər U17 dünya çempionatına hazırlaşır

Futbol
Bu gün, 18:59

Dünya çempionatından sonra Kristian Romero klubunu dəyişəcək

Futbol
Bu gün, 18:57

Laport dünya çempionatının yarımfinalında doğma ölkəsini məğlub edən ilk futbolçu olub

Futbol
Bu gün, 18:41

Kərim Adeyemi Barselonaya transferi başa çatdırmaq üçün şəhərə gəlib

Futbol
Bu gün, 18:29

Alan Şirer İngiltərənin finala çıxacağına əmin oldu

Futbol
Bu gün, 18:26

Fransa Milli Komandasının Məğlubiyyəti ilə Əlaqədar Parisdə 98 Nəfər Həbs Edilib

Digər
Bu gün, 18:10

Azərbaycan atletləri üçün antidopinq seminarı keçirilib

Voleybol
Bu gün, 17:55

Azərbaycan voleybol klublarının avrokuboklardakı rəqibləri bəlli olub

Güləş
Bu gün, 17:36

Azərbaycan cüdoçuları ilin ilk yarısında 109 medal qazandı

Minifutbol
Bu gün, 17:33

Ehtiram Şahverdiyev „Səbail“ə keçib

Oxşar xəbərlər