top
Azərbaycanlı qadın şahmatçıların Dünya Kubokundakı uğursuz çıxışı Idman.biz
11 iyul 2025, 20:28
- +

Azərbaycanlı qadın şahmatçıların Dünya Kubokundakı uğursuz çıxışı

Batumidə keçirilən Dünya kubokunda azərbaycanlı qadın şahmatçıların çıxışı çox qısamüddətli olub. Onlar yüksək reytinqə malik rəqiblərin müqavimətini qıra bilməyərək, artıq ikinci mərhələdə turnirlə vidalaşıblar. Komanda turnirlərində şahmatçılarımız uğurlu çıxış etsələr də, son vaxtlar fərdi yarışlarda eyni uğuru göstərmək mümkün olmur.

İdman.biz xəbər verir ki, Dünya kuboku ənənəvi olaraq güclü iştirakçı heyəti ilə seçilir və iştirakçıları bir aylıq yarış rejimi gözləyir.

Əlbəttə, bu, əsasən yarımfinala qədər irəliləyəcək şahmatçılara aiddir. Batumidə mükafatlar da kifayət qədər ciddidir – ilk üç yerin sahibləri İddiaçılar Turnirində iştirak hüququ qazanacaqlar.

Belə bir şans azərbaycanlı şahmatçılar üçün hələ də mövcuddur – bunun üçün sentyabrda Səmərqənddə keçiriləcək "Grand Swiss" turnirində uğurlu çıxış etmək lazımdır. Bu yarışda Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva və Xanım Balacayeva iştirak edəcəklər. Amma bu, hələ qabaqdadır. Fakt isə budur ki, Dünya kuboku şahmatçılarımız üçün məyusedici alındı.

Gülnar Məmmədova birinci mərhələdə Kanada təmsilçisi Yunşan Li ilə klassik partiyalarda iki heç-heçədən sonra tay-breykdə qalib gəldi. Amma 1/32 finalda o, Rusiya şahmatçısı Polina Şuvalovaya hər iki partiyada uduzdu.

Ülviyyə Fətəliyeva da ikinci mərhələyə vəsiqə qazandı. Turnirin startı onun üçün kifayət qədər uğurlu oldu – o, ilk partiyada Avstraliyadan olan Janq Jilini məğlub etdi, ikinci oyunda isə heç-heçə qeydə alındı. Lakin növbəti mərhələdə onun rəqibi gürcü şahmatçısı Lela Cavaxişvili oldu. Cavaxişvili ilk partiyada üstünlük qazandı, ikinci oyunda isə Fətəliyeva yalnız heç-heçə edə bildi ki, bu da onun turnirlə vidalaşması demək idi.

Turnir Gövhər Beydullayeva üçün isə dramatik keçdi. İran şahmatçısı Anahita Zahedifarla klassik partiyalarda iki heç-heçədən sonra tay-brekdə Gövhər iki dəfə önə keçdi. Amma hər iki halda iranlı şahmatçı hesabı bərabərləşdirdi və nəticədə şahmatçımız üstünlüyünü qoruya bilməyərək 2,5:3,5 hesabı ilə məğlub oldu.

Ən uğursuz çıxış isə Xanım Balacayevaya məxsus oldu. O, birinci mərhələnin ilk oyununda Qazaxıstan təmsilçisi Elnaz Kaliaxmetə uduzdu. Cavab qarşılaşması isə heç-heçə nəticələndi.

Bir sözlə, Azərbaycanın qadın şahmatçılardan heç biri 1/32 final mərhələsini keçə bilmədi. Dünya kuboku artıq onlarsız davam edir.

Zəki Feyzullayev

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:20

„Arsenal“ 3 futbolçusunu satmaq istəyir

Futbol
Bu gün, 08:18

„Tottenhem“ müdafiəçisi Miki van de Venlə müqavilə uzadıb

Futbol
Bu gün, 08:00

Kolumbiyada futbol çempionatı dayandırıldı

Futbol
Bu gün, 07:14

Ronald Arauxo “Liverpul”a transferini şərh edib

Futbol
Bu gün, 06:15

Nottingem Forest sahibi Kristal Palas azarkeşlərinin banneri ilə bağlı məhkəməyə müraciət edib

Futbol
Bu gün, 04:13

Atletiko və Tottenhem Romeronu transfer etmək üçün danışıqlar aparır

Futbol
Bu gün, 03:10

Ceff Bezos “Liverpul”un səhmlərini almaq üçün investorlar qrupuna qoşulacaq

Futbol
Bu gün, 02:07

Kolumbiyada zəlzələ səbəbi ilə futbol çempionatı dayandırılıb

Digər
Bu gün, 01:53

Dana Uayt: UFC növbəti 10 il ərzində İrlandiyaya qayıdacaq

Futbol
Bu gün, 01:18

"Barselona"nın oyunçusu mövsümün başlanğıcında meydanda olmayacaq

Futbol
Bu gün, 00:57

Əl-Mehdi Mauhub “Dubay Yunayted”ə qoşulub

Futbol
Bu gün, 00:34

Real Madird 2026/2027 mövsümü üçün yeni transferlərin forma nömrələrini açıqlayıb

Digər
Bu gün, 00:13

Viktoriya Sidorenko Çin turnirində ikinci yeri tutdu

Futbol
Dünən, 23:54

Endrik yay transfer pəncərəsində “Real”dan ayrılmayacaq

Futbol
Dünən, 23:37

Manor Solomon “Vest Hem”ə keçib

Basketbol
Dünən, 23:24

LANDAU Lions klubuna yeni transfer

Futbol
Dünən, 23:07

Barselona Rodri ilə müqavilə bağlamağı planlaşdırır

Futbol
Dünən, 22:55

AFFA tərəfindən məşqçilər üçün “Məşqçinin psixoloji rifahı və peşəkar tükənmişlik” mövzusunda vebinar keçirilib

Futbol
Dünən, 22:34

AFFA tərəfindən məşqçilər üçün psixoloji rifah və peşəkar tükənmişlik mövzusunda vebinar keçirilib

Cüdo
Dünən, 22:25

Bakıda Cüdo Məşqçiliyi Sertifikat Proqramına Start Verilib

Futbol
Dünən, 22:17

Tufan Sadıqov futboldan uzaqlaşdırma qərarına qarşı CAS-a şikayət edib

Futbol
Dünən, 21:44

Volfsburqdan transfer

Futbol
Dünən, 21:27

Qəbələ" "Qarabağ"a qarşı oynayan braziliyalı ilə müqavilə bağlayıb

Futbol
Dünən, 21:26

Real Madridin yeni forma nömrələri

Oxşar xəbərlər