top
Azərbaycan şahmatçılarının millisi Avropa çempionatında gümüş medal qazandı Idman.biz
14 oktyabr 2025, 19:28
- +

Azərbaycan şahmatçılarının millisi Avropa çempionatında gümüş medal qazandı

Gürcüstanın Batumi şəhərində təşkil edilən şahmat üzrə komandalar arasında Avropa çempionatında son turun partiyaları oynanılıb.

9-cu turda qitə birinciliyinin liderlərindən olan kişi şahmatçılardan ibarət Azərbaycan millisi çempionatda ilk dəfə məğlubiyyət acısı yaşayıb. Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlidən ibarət milli Serbiyaya məğlub olub 1-3. Hesabat turunda Ukrayna komandası İngiltərəni üstələyib 2.5-1.5.

Yekunda hesabında 15 xalı olan Ukrayna komandası Avropa çempionatının qalibi olub. 13 xal toplayan Azərbaycan komandası yarışı ikinci pillədə başa vurmaqla gümüş medala layiq görülüb. Serbiya şahmatçıları bürünc medalla kifayətlənib.

Qadınlardan ibarət Azərbaycan komandası isə sonuncu görüşdə Polşaya yenilib - 1.5:2.5. Hesabında 10 xalı olan xanım şahmatçılarımız Avropa çempionatını 10-cu pillədə başa vurub.

17:53

Azərbaycanın kişi şahmat yığması dördüncü dəfə Avropa çempionu olmaq imkanını itirib.

İdman.Biz-in məlumatına görə, Gürcüstanın Batumi şəhərində şahmat üzrə milli komandaların Avropa çempionatının sonuncu – doqquzuncu turunun oyunları keçirilir.

Həlledici qarşılaşma Azərbaycan millisinin uğursuzluğu ilə nəticələnib - komandamız Serbiyaya 1:3 hesabı ilə məğlub olub.

Birinci lövhədə ağ fiqurlarla çıxış edən Şəhriyar Məmmədyarov Aleksey Sarana qarşı görüşdə gözlənilmədən uduzub. Ardınca Aydın Süleymanlı da Robert Markusla partiyada məğlubiyyətlə üzləşib. Bu zaman Eltac Səfərli Velimir İviçi məğlub edərək hesab arasındakı fərqi azaldıb. Lakin Rauf Məmmədovun Aleksandr İnciçə məğlub olması ilə yekun hesab müəyyənləşib - 3:1

Bu məğlubiyyət Azərbaycan şahmatçılarının dördüncü dəfə Avropa çempionu olmaq ümidlərini puç edib. Eyni zamanda, çempionluq uğrunda əsas rəqibimiz - Ukrayna yığması İngiltərə üzərində 2,5:1,5 hesablı qələbə qazanaraq qızıl medallara sahib çıxıb.

Serbiyaya böyük hesabla məğlubiyyətdən sonra Azərbaycan millisi ikinci yeri də əldən verə bilər. Komandamızın yekun mövqeyi bütün qarşılaşmaların başa çatmasından sonra məlum olacaq.

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:34

Real Madird 2026/2027 mövsümü üçün yeni transferlərin forma nömrələrini açıqlayıb

Digər
Bu gün, 00:13

Viktoriya Sidorenko Çin turnirində ikinci yeri tutdu

Futbol
Dünən, 23:54

Endrik yay transfer pəncərəsində “Real”dan ayrılmayacaq

Futbol
Dünən, 23:37

Manor Solomon “Vest Hem”ə keçib

Basketbol
Dünən, 23:24

LANDAU Lions klubuna yeni transfer

Futbol
Dünən, 23:07

Barselona Rodri ilə müqavilə bağlamağı planlaşdırır

Futbol
Dünən, 22:55

AFFA tərəfindən məşqçilər üçün “Məşqçinin psixoloji rifahı və peşəkar tükənmişlik” mövzusunda vebinar keçirilib

Futbol
Dünən, 22:34

AFFA tərəfindən məşqçilər üçün psixoloji rifah və peşəkar tükənmişlik mövzusunda vebinar keçirilib

Cüdo
Dünən, 22:25

Bakıda Cüdo Məşqçiliyi Sertifikat Proqramına Start Verilib

Futbol
Dünən, 22:17

Tufan Sadıqov futboldan uzaqlaşdırma qərarına qarşı CAS-a şikayət edib

Futbol
Dünən, 21:44

Volfsburqdan transfer

Futbol
Dünən, 21:27

Qəbələ" "Qarabağ"a qarşı oynayan braziliyalı ilə müqavilə bağlayıb

Futbol
Dünən, 21:26

Real Madridin yeni forma nömrələri

Futbol
Dünən, 21:11

Lautaro Martines “Barselona”ya keçə bilər

Futbol
Dünən, 20:57

Trabzonspor Darvin Nunyesin transferini həll edib

Futbol
Dünən, 20:42

„Kəpəz“ heyətini daha bir futbolçu ilə gücləndirib

Basketbol
Dünən, 20:37

LANDAU Lions „Mayami Hit“in eks-oyunçusunu heyətinə qatıb

Futbol
Dünən, 20:27

Fənərbaxça Çempionlar Liqasina iki itki ile çıkacaq

Futbol
Dünən, 19:46

Messi 2026-cı il Dünya Çempionatında ən çox hədələnən oyunçu olub

Voleybol
Dünən, 19:28

Azərbaycan voleybol çimərlik yığmaları beynəlxalq turnirdə

Futbol
Dünən, 19:16

Sabah - Orhus matçından əvvəl açıq məşq keçirib

Futbol
Dünən, 18:59

Xeronimo Rulli “Mançester Siti”yə transfer olunacaq

Futbol
Dünən, 18:29

"Səbail" klubu Boluda hazırlıq toplanışını keçirəcək

Digər
Dünən, 18:29

Səbail" Boluda yay toplanışını keçirəcək

Oxşar xəbərlər