top
Yarımfinalın ilk matçında 1 qol (Azərbaycanca cavab) Qarabağ FK
02 aprel 2025, 00:39
- +

Yarımfinalın ilk matçında 1 qol (Azərbaycanca cavab)

"Araz-Naxçıvan" – "Qarabağ" – 1:0

Qol: Felipe Santos, 28 (pen.)

"Qarabağ" növbəti oyununu keçirib. Komandamız Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk matçına çıxıb.

Qurban Qurbanovun yetirmələri "Araz-Naxçıvan"ın qonağı olublar. "Liv Bona Dea Arena"dakı qarşılaşmaya komandamız bu heyətlə çıxıb: 97. Fabian Buntiç, 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə (k), 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 2. Mateus Silva, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.

Oyun qarşılıqlı hücumlarla başlayıb. Cütün birinci görüşü olduğundan, hər iki komanda ehtiyatı əldən vermək istəmirdi. Dəqiqələr keçdikcə futbolçularımız təşəbbüsü ələ alıb. Lakin rəqib müdafiədə boşluq buraxmayıb. İlk yarıda komandalar qol epizodu yaratmaqda çətinlik çəkiblər. Qarşılaşmada hesabı 28-ci dəqiqədə meydan sahibləri penaltidən açıblar.

İkinci hissə komandamızın böyük ərazi üstünlüyü ilə keçib. Rəqibi öz qapısı qarşısına sıxan futbolçularımız bərabərlik qolu üçün hücuma atılıblar. Bir neçə epizodda rəqibin qapıçısı buna mane olub. Bəzi anlarda isə son zərbədə dəqiqlik çatmayıb. Beləliklə, görüş "Araz-Naxçıvan"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında cavab görüşü aprelin 23-də keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:35

Duşan Vlahoviç “Beşiktaş”la müqavilə imzalayacaq

Futbol
Bu gün, 10:22

"Sabah" UEFA-dan minimum 8,98 milyon avro qazanacaq

Futbol
Bu gün, 09:50

Sabahın qələbəsi Azərbaycana xal gətirdi

Futbol
Bu gün, 09:37

Riyad Mahrezin həyat yoldaşı Teylor haqqında məlumat

Voleybol
Bu gün, 09:34

Murov Az Terminal xorvatiyalı toppaylayıcı ilə gücləndi

Futbol
Bu gün, 09:21

Bred Pitt Neymarı ələ saldı: “Ona aktyorluq dərsi keçəcəyəm”

Futbol
Bu gün, 09:08

La Liqanın gələcək mövsümünün favoritləri: “Barselona” və “Real”ın şansı necədir?

Futbol
Bu gün, 08:40

Roberto Martines Niderland millisinin yeni baş məşqçisi ola bilər

Futbol
Bu gün, 08:15

Mourinyo və Kasilyas arasında mövcud olan münaqişənin təfərrüatları

Futbol
Bu gün, 07:14

Aleksis Sançes “Kleb de Fut Monreal”a transfer olunub

Futbol
Bu gün, 06:13

Lyuis Holl “Mançester Yunayted”ə keçmək istəyir

Futbol
Bu gün, 05:20

Tottenhem "Monako"ya 60 milyon avro təklif edib

Futbol
Bu gün, 04:10

„Korintians“ Memfis Depay ilə müqaviləni yeniləməmək qərarına gəlib

Futbol
Bu gün, 03:19

“Arsenal”ın müdafiəçisi “Mançester Yunayted” və “Çelsi”yə təklif olunub

Futbol
Bu gün, 02:30

Fənərbaxçaplay-off mərhələsinə yüksəldi

Futbol
Bu gün, 02:11

"Mançester Siti" "Çelsi"dən Enso Fernandesin transferi üçün 120 milyon funt sterlinq təklif edib

Futbol
Bu gün, 01:52

Ronald Arauxo: İngiltərə Premyer Liqası mənim keyfiyyətlərimə uyğundur

Futbol
Bu gün, 01:19

Makallister "Siti"yə gələ bilər

Futbol
Bu gün, 01:00

Srvena Zvezda Hapoelə məğlub olduqdan sonra baş məşqçisini qovdu

Futbol
Bu gün, 00:59

UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunları

Futbol
Bu gün, 00:44

NEC Neymegen tarixində ilk dəfə Çempionlar Liqasının pley-offuna çıxıb

Futbol
Bu gün, 00:35

Fənərbağça Çempionlar Liqasının növbəti mərhələsinə yüksəlib

Futbol
Bu gün, 00:20

Slovan Bratislava Çempionlar Liqasında Möllbüə qalib gəlib

Minifutbol
Dünən, 23:59

Gürcülər UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazandı

Oxşar xəbərlər