top
Anar Hacıyev Avrupa Kulüpler Birliği Çalışma Grubu'na seçildi Qarabağ FK
02 aprel 2025, 11:35
- +

Anar Hacıyev Avrupa Kulüpler Birliği Çalışma Grubu'na seçildi

Klubumuzun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Avropa Klublar Birliyinin (ECA) Azarkeşlərlə İş üzrə İşçi qrupuna (Fans Working Group) üzv seçilib. O, 2023–2027-ci illəri əhatə edən dövrdə sözügedən İşçi qrupda fəaliyyət göstərəcək. Hacıyev 25 ölkədən irəli sürülən çoxsaylı namizədlər arasından qrupa üzv olmaq hüququ qazanıb. O, qrupun tərkibində "Yuventus", "Tottenhem", "Çelsi", "Real Betis", PSV Eyndhoven, "Leypziq" kimi klublardan olan mütəxəssislərlə birlikdə yer alacaq.

İşçi qrupa Madrid "Atletiko"sunu təmsil edən Migel Anxel Xil Marin sədrlik edir. Qrupun əsas məqsədi azarkeşlərlə bağlı strategiyaların, təşəbbüslərin və texniki tövsiyələrin hazırlanmasıdır.

İşçi qrupun əsas missiyası Avropa futbolunda azarkeşlərin təcrübəsini yaxşılaşdırmaq, onların klublarla münasibətlərini gücləndirmək və yeni fan-loyallıq modelləri üzərində işləməkdir. İşçi qrup azarkeş mədəniyyətinin inkişafı, bilet və stadion təcrübəsi, rəqəmsal kommunikasiya və sosial media strategiyaları, gənc nəslin klublarla daha sıx əlaqəsinin qurulması kimi sahələrdə fəaliyyət göstərəcək.

Qeyd edək ki, klubumuzun İdarə heyətinin üzvü Asif Əsgərov 2023-cü ildə keçirilmiş seçkilərdə Avropa Klublar Birliyinin İdarə heyətinin, bundan sonra "Qarabağ" Futbol Akademiyasının meneceri Nail Kərimov adıçəkilən qurumun Uşaq Futbolu üzrə İşçi qrupunun (2023–2027) üzvü seçilib.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:37

"Arsenal"ın "Sportinq"ə qarşı qəribə məşqi: Arteta nəyə nail olmaq istəyir?

Futbol
Bu gün, 20:33

Azərbaycan II Liqasında XXI Tur: "Ağdaş" Səfərdə Qalib, "Araz Saatlı"dan Darmadağın

Futbol
Bu gün, 20:27

Ərəblər Yussef En-Nesirinin "Əl-İttihad"dakı performansından narazıdırlar

Futbol
Bu gün, 20:22

Ranokkiadan Bastoninin "Barselona"ya keçidi ilə bağlı fikirlər: "O, İtaliyadan ayrılmaq istəməzdi."

Futbol
Bu gün, 20:22

"Qarabağ" - "Karvan-Yevlax" 7:0

Futbol
Bu gün, 20:21

"Qarabağ" - "Karvan-Yevlax" oyununda hesab 7:0 - CANLI

Futbol
Bu gün, 20:13

"Qarabağ" - "Karvan-Yevlax" 6:0

Futbol
Bu gün, 20:09

"Qarabağ" "Karvan-Yevlax"ı 5:0 hesabı ilə məğlub etdi

Digər
Bu gün, 20:07

Kanye Uestin antisemit açıqlamaları səbəbindən "Tottenhem" onun stadionda çıxışına icazə verməyib

Futbol
Bu gün, 20:07

"Qarabağ" - "Karvan-Yevlax" oyununda hesab 6:0 olub

Basketbol
Bu gün, 19:58

"Sabah" basketbol klubu "Astana" üzərində qələbə qazandı

Futbol
Bu gün, 19:57

"Qarabağ" - "Karvan-Yevlax" oyununda hesab 5:0

Futbol
Bu gün, 19:52

Harri Keyn "Real"la oyun öncəsi "Bavariya" ilə məşqlərə qayıdıb

Futbol
Bu gün, 19:48

"Qarabağ" - "Karvan-Yevlax": Fasilədə hesab 5:0 - YENİLƏNİR

Futbol
Bu gün, 19:46

"Qarabağ" - "Karvan-Yevlax" oyununda hesab: 3:0 (Birinci hissə)

Futbol
Bu gün, 19:42

Azərbaycan Premyer Liqası: "Qarabağ" - "Karvan-Yevlax" oyununun hesabı dəyişir - CANLI

Futbol
Bu gün, 19:40

"Qarabağ" "Karvan-Yevlax"ı məğlub edərək fərqi artırır

Futbol
Bu gün, 19:36

Jül Kunde "Barselona"dan gedə bilər: "Çelsi" əsas namizəd

Futbol
Bu gün, 19:32

"Qarabağ" "Karvan-Yevlax"ı məğlub etdi: hesab 2:0

Futbol
Bu gün, 19:32

"Qarabağ" - "Karvan-Yevlax": Hesab dəyişib, "Qarabağ" irəlidə - CANLI

Futbol
Bu gün, 19:28

"Fənərbağça" Marko Asensio-nu itirdi

Futbol
Bu gün, 19:26

"Qarabağ" - "Karvan-Yevlax" oyununda hesab açıldı

Futbol
Bu gün, 19:24

"Qarabağ" - "Karvan-Yevlax" oyununda hesab açılıb: Leandro Andrade fərqlənib - CANLI

Formula 1
Bu gün, 19:21

"Formula-1" Komanda Menecerlərinin Maaşları Siyahısı Açıqlanıb

Oxşar xəbərlər