top
Anar Hacıyev Avrupa Klublar Birliyinin İşçi Qrupuna seçildi Qarabağ FK
02 aprel 2025, 08:07
- +

Anar Hacıyev Avrupa Klublar Birliyinin İşçi Qrupuna seçildi

Klubumuzun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Avropa Klublar Birliyinin (ECA) Azarkeşlərlə İş üzrə İşçi qrupuna (Fans Working Group) üzv seçilib. O, 2023–2027-ci illəri əhatə edən dövrdə sözügedən İşçi qrupda fəaliyyət göstərəcək. Hacıyev 25 ölkədən irəli sürülən çoxsaylı namizədlər arasından qrupa üzv olmaq hüququ qazanıb. O, qrupun tərkibində "Yuventus", "Tottenhem", "Çelsi", "Real Betis", PSV Eyndhoven, "Leypziq" kimi klublardan olan mütəxəssislərlə birlikdə yer alacaq.

İşçi qrupa Madrid "Atletiko"sunu təmsil edən Migel Anxel Xil Marin sədrlik edir. Qrupun əsas məqsədi azarkeşlərlə bağlı strategiyaların, təşəbbüslərin və texniki tövsiyələrin hazırlanmasıdır.

İşçi qrupun əsas missiyası Avropa futbolunda azarkeşlərin təcrübəsini yaxşılaşdırmaq, onların klublarla münasibətlərini gücləndirmək və yeni fan-loyallıq modelləri üzərində işləməkdir. İşçi qrup azarkeş mədəniyyətinin inkişafı, bilet və stadion təcrübəsi, rəqəmsal kommunikasiya və sosial media strategiyaları, gənc nəslin klublarla daha sıx əlaqəsinin qurulması kimi sahələrdə fəaliyyət göstərəcək.

Qeyd edək ki, klubumuzun İdarə heyətinin üzvü Asif Əsgərov 2023-cü ildə keçirilmiş seçkilərdə Avropa Klublar Birliyinin İdarə heyətinin, bundan sonra "Qarabağ" Futbol Akademiyasının meneceri Nail Kərimov adıçəkilən qurumun Uşaq Futbolu üzrə İşçi qrupunun (2023–2027) üzvü seçilib.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:41

Afrika Millətlər Kubokunun seçmə oyunundan sonra Eritreya milli komandasının 7 oyunçusu itkin düşdü

Basketbol
Bu gün, 18:35

Kurtinaytis: "Astana" ilə oyunlar pley-off öncəsi faydalı oldu

Futbol
Bu gün, 18:29

Vinisius Junior: "Real" arzularımın klubudur"

Futbol
Bu gün, 18:22

Mahmud Qurbanovdan "Qarabağ"ın Çempionluq Şansı və Digər Komandalarla Bağlı Fikirlər

Futbol
Bu gün, 18:10

"Qarabağ" - "Karvan-Yevlax": START HEYƏTLƏR VƏ OYUN HAQQINDA MƏLUMAT

Futbol
Bu gün, 18:00

"Liverpul" Slotun gələcəyini müzakirə etmək üçün təcili iclas keçirdi

Futbol
Bu gün, 17:59

Azərbaycan millisi çimərlik futbolu üzrə Moldovanı məğlub edib

Futbol
Bu gün, 17:57

Mahmud Qurbanov: "Qarabağ"ın çempionluğa qayıdışı, "Neftçi"nin avrokubok şansı və "Karvan-Yevlax"ın vəziyyəti

Futbol
Bu gün, 17:56

"Udineze" - "Komo" matçı qolsuz başa çatdı

Futbol
Bu gün, 17:49

"Qarabağ" - "Karvan-Yevlax": Heyətlər və Oyun Öncesi Təhlil

Basketbol
Bu gün, 17:49

Rimas Kurtinaytis "Sabah"ın "Astana" üzərində qələbəsindən və oyun keyfiyyətindən razı qaldığını bildirdi

Futbol
Bu gün, 17:45

Həbib Nurməhəmmədovun "Real Madrid"də Arda Gülərlə səmimi görüşü - VİDEO

Digər
Bu gün, 17:40

Bilyard üzrə "9 Pool" növü üzrə Azərbaycan çempionatının qalibləri bəlli oldu

Basketbol
Bu gün, 17:38

"Şəki"nin baş məşqçisi: Mövsümün əvvəlindən hədəfimiz pley-off idi, istiqrar göstərib "Şəki"ni yuxarıda saxladıq

Futbol
Bu gün, 17:33

Mahamadu Ba: "Qarşıdakı hər oyun bizim üçün həlledicidir"

Futbol
Bu gün, 17:21

Rüstəm Rəhimov: Hakim səhvləri cəzasız qalmamalı, rəqabət artırılmalıdır

Futbol
Bu gün, 17:20

"Sabah"ın U-14 komandası "Antalya City Friendship Cup" turnirinin qalibi oldu

Basketbol
Bu gün, 17:07

"Sabah" basketbol komandası "Astana" üzərində revanş aldı

Güləş
Bu gün, 17:00

Ağırlıqqaldırma üzrə Azərbaycan millisi Batumi Avropa çempionatında 4 idmançı ilə təmsil olunacaq

Futbol
Bu gün, 16:53

"Şamaxı" hücumçusu Karim Rossi Azərbaycan çempionatının inkişafı və karyerası haqqında danışdı

Basketbol
Bu gün, 16:43

"Sabah" "Astana" üzərində ikinci yoldaşlıq matçında qələbə qazanıb

Futbol
Bu gün, 16:40

"San-Paulu"nun yarımmüdafiəçisi Oskar karyerasını başa vurdu

Futbol
Bu gün, 16:40

"Kəpəz"in legionerindən "Qəbələ"yə məğlubiyyət sonrası paylaşım

Futbol
Bu gün, 16:23

Ceyhun Sultanov "Araz-Naxçıvan"ın prezidenti ola bilər - İDDİA

Oxşar xəbərlər