top
Qızıl ümidlər - İDMAN.BİZİN REYTİNQİ İdman.biz
26 iyun 2024, 15:12
- ↺ +

Qızıl ümidlər - İDMAN.BİZİN REYTİNQİ

Paris-2024 Yay Olimpiya Oyunlarının startına cəmi bir ay qalıb. 30 gündən sonra planetin diqqəti Fransa paytaxtına yönələcək.

İdman.biz Azərbaycanın Parisdəki qızıl ümidlərini nəzərdən keçirir.

Ənənəvi olaraq, bu dəfə də ölkəmizin medal ehtiyatını döyüş növlərinin dolduracağı şübhə doğurmur. Tarixə də nəzər salsaq, 49 olimpiya medalının 44-ü təkbətək döyüş növlərində - güləş, boks, cüdo, taekvondo və karatedə qazanılıb. Atıcılıqla kanoenin payına isə cəmi 5 mükafat düşür.

Amerika kəşf etmədən söyləmək olar ki, Parisdə də medalları əsasən güləş, cüdo və boksda gözləyəcəyik. Təbii ki, digər növlərdən bəzilərində də xoş sürpriz, gözlənilməz nailiyyətə ümid etmək olar. Ən yüksək əyarlı medalı – çempionluğu isə daha çox bu növlərdən gözləyəcəyik.

İdman.biz Azərbaycanın ən böyük qızıl ümidlərinin reytinqini təqdim edir:

1. Hidayət Heydərov (cüdo, 73 kq)

Paris-2024-də çempion adına bir nömrəli namizədimiz Hidayət Heydərovdur. Dünya və dördqat Avropa çempionu özünün ilk Olimpiadasında fəxri kürsünün ən yüksək pilləsini hədəfləyib. Bu il həm mundialda, həm qitədə qızıl medal qazanması onun hazırkı formasından xəbər verir. Hidayətin öz çəkisinin ağası olmasını dünya və olimpiya reytinqlərindəki böyük üstünlük də sübut edir. Onun cüdo tariximizə ikinci olimpiya çempionu kimi düşmək ehtimalı bütün mütəxəssislər tərəfindən də çox yüksək qiymətləndirilir.

2. Həsrət Cəfərov (yunan-Roma güləşi, 67 kq)

Yunan-Roma yığmamız da tarixinin ikinci olimpiya qızılını Fransa paytaxtında əldə edə bilər. "Klassiklər"in hər biri millinin medal hesabını zənginləşdirə, çempionluq sevinci yaşaya bilər. Həsrət Cəfərovun fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq şansı daha yüksək görünür. Cəmi 22 yaşı olmasına baxmayaraq, güləşçimiz artıq yetərincə böyük medal kolleksiyasına malikdir. Parisə lisenziyanı ötən il dünya çempionatının finalına yüksəlməklə qazanan güləşçimiz həmin gümüşdən bir il əvvəl bürünc əldə edib. Həmin vaxt həm tək dünya deyil, qitədə də üçüncü olan Həsrət sonrakı iki ildə Avropanın ən güclüsü olub. Bütün uğurları eyni çəkidə qazanan pəhləvanın 4 ay əvvəlki çempionluğu da onun formada olduğunu, Parisi "partlatmaq" gücünü göstərir.

3. Zelim Kotsoyev (cüdo, 100 kq)

Əvvəlki 7 Olimpiadada bir qızılı olan cüdo yığmamız Parisdə birdən-birə iki dəfə Azərbaycan himnini səsləndirə bilər. Çünki Hidayət Heydərovun komanda yoldaşı Zelim Kotsoyev də Fransa paytaxtına ən yüksək nailiyyət üçün yollanacaq. Ardıcıl üç dünya çempionatında medal qazanan idmançımız ötən ay Abu-Dabidə hamıdan güclü olduğunu sübut edib. Öz çəkisində bütün reytinq sıralamalarının da lideri olan Kotsoyev bunu Paris tatamisində də nümayiş etdirəcək. Son dünya və ötən ilin Avropa çempionu bu mükafatlarına dördilliyin ən mötəbər multiidman yarışının qızılı da əlavə etməlidir.

4. Maqomedxan Maqomedov (sərbəst güləş, 97 kq)

Yunan-Roma güləşçiləri kimi sərbəst üsula üstünlük verən pəhləvanlarımızın da hər biri Paris xalçasında medal, hətta çempionluq qazanmaq gücündədir. Maqomedxan Maqomedov daha şanslı hesab etmək olar. Parisə vəsiqəni ötənilki dünya çempionatının finalına çıxmaqla qazanan güləşçimiz öz çəkisində lider hesab olunur. Bu çəkinin ağası sayılan əfsanəvi Abdulraşid Sadullayevin Olimpiadaya buraxılmaması Maqomedxanı favoritə çevirib. Avropa çempionatlarında son üç ildə finalçı olan təmsilçimiz qızılla başlayan seriyanı sonrakı iki gümüşlə davam edib. Mundiallarda bürünc və qızılı olan güləşçi ilk olimpiya cəhdində uğura köklənib.

5. Alfonso Dominqes (boks, 92 kq)

Sidneydən başlayaraq hər Olimpiadada medal qazanan boks millimiz üçün ilk qızılı vaxtı yetişib. Komandamız Parisdə bir neçə medal qazanmaq iqtidarındadır. İlk çempionluğu da gözləməyə dəyər. Tokioda bürünclə kifayətlənən Alfonso Dominqes yığmanın liderlərindən sayılır. Olimpiadadan sonrakı iki dünya çempionatının finalçısı bir qızıl və bir gümüşə sevinib. Bu il Avropa bürüncü də qazanan boksçu fəxri kürsünün ən yüksək pilləsi uğrunda mübarizədə favoritlərdəndir.

Paris qızılına 5 əsas namizədi nəzərdən keçirdik. Əlbəttə, Fransa paytaxtında daha çox uğur əldə olunması istərdik. Amma tarixi gözdən keçirsək, heç bir Olimpiadada 2-dən çox qızıl qazanılmayıb. Daha çox çempionluq, bu göstəricidə yeni rekordun reallaşması isə təkcə bu "beşik"dən deyil, bütün idmançılarımızdan asılıdır. Niyə də olmasın, niyə də Parisi "partlatmayaq"?.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Olimpiada
Bu gün, 02:03

Abbas Hüseynov Dakar-2026 Yay Olimpiya Oyunlarında qılıncoynatma sabre üzrə mübarizəyə çıxır

Futbol
Bu gün, 01:34

Zədə səbəbindən Azərbaycan millisinə qoşulamayan Lorenzo Mezzotero zal məşqlərinə qatıldı

Futbol
Bu gün, 01:03

Ayxan Abbasov Lorenzo Mezzotero’nun milli komandadakı gələcəyini izah etdi

Futbol
Bu gün, 00:47

Özbəkistan Rusiya ilə 3:2 məğlubiyyət, ‘Sabah’ın futbolçusu son dəqiqədə iştirak etdi

Futbol
Bu gün, 00:22

Messi üçüncü dəfə Lendon Donovan mükafatına namizəd, Qrizmann isə ilk dəfə namizəd

Futbol
Bu gün, 00:03

De Bruyne: "Arda Gülərin oyununa bütün məsuliyyəti verdik"

Digər
Dünən, 23:47

Yaponiyanın Miyadzaki şəhərində 14 noyabrda triatlon Dünya Kuboku mərhələsi baş tutacaq

Şahmat
Dünən, 23:33

Şahmatçılarımız Avropa çempionatında qızıl, gümüş və bürünc medalları qazandı

Futbol
Dünən, 23:26

Andorra qapıçısı Xesus Ovono’nun futbola qayıdışı qərarı özünə bağlıdır

Futbol
Dünən, 23:11

Harri Keyn İngiltərə millisində 36 illik Şilton rekordunu qırmağa hazırlaşır

Basketbol
Dünən, 22:55

İki həftəlik fasilədən sonra əsl gücümüzü göstərəcəyik

Futbol
Dünən, 22:35

Argentina Millisinin Baş Məşqçisi Lionel Scaloni 2030-cu İlədək Müqaviləni Uzatdı;

Şahmat
Dünən, 22:27

Vüqar Rəsulovun Prezident Kubokundan şəxsi səbəblərlə imtina edəcəyi təsdiq olundu

Futbol
Dünən, 22:25

Gəncə Avropa Kuboku C qrupunda Türkiyə klubu 'Esenler Erokspor' ilə uduzdu

Futbol
Dünən, 22:17

Lixtenşteynə qalib gəlməklə qrup lideri olacağıq

Futbol
Dünən, 22:13

Xalilu Fadiqa Bakı U-15 Dünya Kuboku və Festivalına dair fikirlərini paylaşdı

Futbol
Dünən, 22:03

Milan Ramuşun transferi 86 milyon avroya qədər gələ bilər

Futbol
Dünən, 21:50

Ayxan Abbasov: Azərbaycan futbolçuları hazırkı mərhələdə yaxşı formadadır;

Boks
Dünən, 21:41

Macarıstan Boks Federasiyası Abdullayevin üstünlüklərini vurğuladı

Futbol
Dünən, 21:39

Toral Bayramov: "Səfərdə Lixtenşteyn yığmasına qalib gəlməyimizi istəyirik"

Futbol
Dünən, 21:32

PSJ, Arda Güleri'ni yüksək maaşla cəlb etməyi planlaşdırır

Basketbol
Dünən, 21:31

Gəncə Basketbolu: Azarkeşlərə Daha Yaxşı Oyun Göstərmək İstəyir

Digər
Dünən, 21:26

Futsal 2026/2027 mövsümünün açılış tarixi təyin edildi

Futbol
Dünən, 21:17

Flik Pedrinin oyun müddətini tənzimləyərək zədələrdən qoruyur

Oxşar xəbərlər