Fransa təmsilçisi "Lion" İspaniyanın "Real" (Madrid) klubunun 19 yaşlı hücumçusu Felipe Endriki icarəyə götürməyə hazırlaşır.
"Report" xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb.
Braziliyalı forvard keçid barədə qarşı tərəfə razılıq verib. İcarə müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, Endrik bu mövsüm "Real"ın heyətində heç bir oyun keçirməyib.