top
MOK federasiyalar üçün Təhlükəsiz İdman Proqramını işə saldı Idman.biz
Dünən, 12:45
- +

MOK federasiyalar üçün Təhlükəsiz İdman Proqramını işə saldı

Milli Olimpiya Komitəsində (MOK) "Milli İdman Federasiyaları üçün Təhlükəsiz İdman Proqramı" təşkil olunub.

İdman.Biz xəbər verir ki, tədbirdə 24 federasiyanın nümayəndəsi iştirak edib. Proqramın əsas məqsədi idman federasiyalarında təhlükəsiz, inklüziv və sağlam mühitin formalaşdırılması, idmançıların müdafiəsi və rifahının təmin olunması, xüsusilə uşaq və gənc idmançıların hüquqlarının daha etibarlı qorunmasıdır.

Tədbir çərçivəsində əsas diqqət federasiyalarda Təhlükəsiz İdman üzrə Məsul Şəxsin fəaliyyət istiqamətlərinə yönəldilib. Təqdimatda həmin şəxslərin idmançıların müdafiəsi və təhlükəsizliyi ilə bağlı məsələləri mütəmadi müzakirə etməli, bu sahədə mövcud mexanizm və siyasətlərin bütün iştirakçılar üçün aydın, əlçatan və başadüşülən formada tətbiqinə nəzarət etməli olduqları bildirilib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, təhlükəsiz idman məsələləri uzun illərdir MOK-un əsas diqqət istiqamətlərindən biridir. Onun sözlərinə görə, bu sahədə müxtəlif təlim və seminarlar təşkil olunur, beynəlxalq təcrübə öyrənilir və federasiyalara metodiki dəstək göstərilir.
MOK rəsmisi qeyd edib ki, təhlükəsiz idman sahəsində dünyanın tanınmış mütəxəssisləri Azərbaycana dəvət olunub, yerli mütəxəssislərin hazırlanması istiqamətində də ciddi iş aparılıb. Son illərdə ölkədə keçirilən iri beynəlxalq yarışlarda təhlükəsiz idman məsələlərinin təşkili yerli mütəxəssislərə həvalə edilib və onlar bu vəzifələrin öhdəsindən uğurla gəliblər.

Çingiz Hüseynzadə gələcəkdə hər bir federasiyada təhlükəsiz idman üzrə məsul şəxsin fəaliyyət göstərməsinin nəzərdə tutulduğunu vurğulayıb. Həmin şəxslər federasiya daxilində təhlükəsiz idmanla bağlı məsələlərin koordinasiyasını həyata keçirəcək, idmançıların hüquq və təhlükəsizliyinin qorunmasına dəstək verəcəklər.
Onun sözlərinə görə, federasiyaların yalnız bir neçəsində təhlükəsiz idman üzrə mütəxəssis fəaliyyət göstərir. Bu səbəbdən mütəxəssisləri olmayan federasiyaların nümayəndələri üçün ilk təlim təşkil olunub. İki günlük tədbirdə olimpiya idman növləri üzrə federasiyaların məsul əməkdaşları iştirak ediblər və təlimin sonunda sertifikatlarla təltif olunublar.

MOK-un vitse-prezidenti bildirib ki, Azərbaycan artıq üç ildir təhlükəsiz idman mövzusu ilə bağlı beynəlxalq forumlar təşkil edir. Bu istiqamətdə görülən işlər ölkədə idmançıların müdafiəsi mexanizmlərinin gücləndirilməsinə və federasiyalarda məsuliyyət sisteminin formalaşmasına xidmət edir.

Federasiyalara dəstək məqsədilə Milli Olimpiya Komitəsi nəzdində xüsusi işçi qrupu da yaradılıb. Bu qrupda Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, İdmançılar Komissiyasının rəhbərliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri təmsil olunurlar.

Qeyd edilib ki, federasiyalar hər hansı çətinliklə üzləşdikdə bu qrupa müraciət edə biləcəklər. İşçi qrup məsələlərin araşdırılması və həlli prosesində federasiyalara dəstək göstərəcək.

Çingiz Hüseynzadə təhlükəsiz idmanla bağlı problemlərin gizli saxlanılmasının qarşısını almaq üçün mexanizmlərin mövcud olduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, bəzən federasiyalar müəyyən məsələləri öz daxilində həll etməyə çalışırlar. Lakin Milli Olimpiya Komitəsinin nəzdində fəaliyyət göstərən Ədalətli Oyunlar və İdmançılar komissiyaları bu cür halların araşdırılması ilə məşğul olur. İdmançılar birbaşa həmin qurumlara müraciət edə bilərlər.

Təqdimatda idman mühitində yarana biləcək yeni təhdidlər də müzakirə olunub. Rəqəmsal və onlayn zorakılıq, kiberbullinq və digər təhlükələrə qarşı mübarizə məsələləri barədə federasiya nümayəndələrinə məlumat verilib. Onlara beynəlxalq təcrübə, qanunvericilik və təhlükəsizliyin təmin olunmasına dair müasir yanaşmalar izah edilib.
MOK rəsmisi qeyd edib ki, təhlükəsiz idman sahəsində keçirilən beynəlxalq forumlar artıq ənənə halını alıb. Bu tədbirlərdə xarici ekspertlərlə yanaşı, müxtəlif ölkələrdən nümayəndələr də iştirak edirlər. Federasiya təmsilçilərinin gələcəkdə beynəlxalq təlimlərə cəlb olunması da mümkün sayılır.

Proqram idman federasiyalarında təhlükəsizliyin sistemli şəkildə qurulmasına, idmançıların hüquqlarının qorunmasına və sağlam idman mühitinin gücləndirilməsinə yönəlib.

Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 23:59

Azərbaycan millisi Maltaya uduzdu

Futbol
Dünən, 23:59

Azərbaycan millisi Maltaya 0:2 hesabı ilə uduzdu

Futbol
Dünən, 23:59

Azərbaycan millisi Maltaya uduzdu

Futbol
Dünən, 23:59

Azərbaycan millisi yoxlama oyununda Maltaya uduzdu

Futbol
Dünən, 23:59

Azərbaycan millisi Maltaya 0:2 hesabı ilə uduzdu

Futbol
Dünən, 23:59

Azərbaycan millisi Maltaya 0:2 hesabı ilə uduzdu

Futbol
Dünən, 23:59

Azərbaycan millisi yoxlama oyununda Maltaya 0:2 hesabı ilə uduzdu

Futbol
Dünən, 23:59

Azərbaycan millisi Maltaya 0:2 hesabı ilə uduzdu

Futbol
Dünən, 23:59

Azərbaycan millisi Maltaya uduzdu

Futbol
Dünən, 23:59

Azərbaycan millisi Maltaya uduzdu

Futbol
Dünən, 23:59

Azərbaycan millisi Maltaya 0:2 hesabı ilə uduzdu

Futbol
Dünən, 23:59

Azərbaycan millisi Maltaya 0:2 hesabı ilə uduzdu

Futbol
Dünən, 23:59

Azərbaycan millisi Maltaya 0:2 hesabı ilə uduzdu

Futbol
Dünən, 23:59

Azərbaycan millisi Maltaya 0:2 hesabı ilə uduzdu

Futbol
Dünən, 23:59

Azərbaycan millisi Maltaya 0:2 hesabı ilə uduzdu

Futbol
Dünən, 23:59

Azərbaycan millisi Maltaya 0:2 hesabı ilə uduzdu

Futbol
Dünən, 23:59

Azərbaycan millisi Maltaya uduzdu

Futbol
Dünən, 23:59

Azərbaycan millisi Maltaya 0:2 hesabı ilə uduzdu

Futbol
Dünən, 23:59

Azərbaycan millisi Maltaya 0:2 hesabı ilə uduzdu

Futbol
Dünən, 23:59

Azərbaycan millisi Maltaya 0:2 hesabı ilə uduzdu

Futbol
Dünən, 23:59

Azərbaycan millisi Maltaya 0:2 hesabı ilə uduzdu

Futbol
Dünən, 23:59

Azərbaycan millisi Maltaya 0:2 hesabı ilə uduzdu

Futbol
Dünən, 23:59

Azərbaycan millisi Maltaya 0:2 hesabı ilə uduzdu

Futbol
Dünən, 23:59

Azərbaycan millisi Maltaya uduzdu

Oxşar xəbərlər