Macarıstanda təlim-məşq toplanışında olan milli bu gün yoxlama görüşü keçirəcək. Sport24.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komandanın rəqibi Malta yığması olacaq.
"Haladaş" klubunun stadionunda baş tutacaq oyunun start fiti Bakı vaxtı ilə saat 22:00-da səslənəcək.
Qeyd edək ki, toplanış çərçivəsində millimiz daha bir qarşılaşmaya çıxacaq. İyunun 9-da baş tutacaq qarşılaşmada ölkənin əsas komandası San Marino ilə üz-üzə gələcək.
5 iyun
Yoxlama oyunu
22:00. Azərbaycan - Malta 0:2
Qollar: Mbong, 65, Satariano, 86
Baş hakim: Mixali Kaprali (Macarıstan)
Marcarıstan. Szombathely."Haladaş" Futbol klubunun meydançası.
Azərbaycan: 1. Emil Balayev, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov (k), 5. Anton Krivotsyuk, 21. Qismət Alıyev, 3. Elvin Cəfərquliyev, 13. Emil Səfərov, 20. Aleksey İsayev, 17. Toral Bayramov, 11. Xəyal Əliyev, 10. Mahir Emreli
Baş məşqçi: Ayxan Abbasov
Malta:. 16. Əl-Tumi, 21. Korbalan, 13. Pepe, 5. Şou, 14. Qarsiya, 23. Satariano, 6. Qillaumyer (k), 26. Evurum, 10. Teuma, 20. Çuref, 25. Zammit
Baş məşqçi: Emilio De Leo