top
Xərçənglə mübarizə aparan çempion samboçu Sevilə Muradovaya yardım lazımdır Idman.biz
06 oktyabr 2025, 17:01
- ↺ +

Xərçənglə mübarizə aparan çempion samboçu Sevilə Muradovaya yardım lazımdır

Məşhur azərbaycanlı samboçu, Avropa və dünya çempionu, beynəlxalq turnirlərin dəfələrlə qalibi Sevilə Muradova həyatının çətin dövründən keçir.

İdmançı İdman.biz-ə açıqlamasında ona süd vəzi xərçəngi diaqnozu qoyulduğunu bildirib.

Xəbər onun üçün tam gözlənilməz olub:

"Həkim mənə bunu deyəndə inanılmaz şok keçirdim. Elə bil ayağımın altından yer qaçdı. Heç ağlıma da gəlməzdi ki, belə bir problemim ola bilər. Nə ailəmizdə, nə də qohumlar arasında bu xəstəliklə üzləşən olmayıb. Hər şeyi gözləyirdim, amma xərçəngi yox. Belə xəstəliklər əsasən genetik yox, stress və qidalanma səbəbindən yaranır...".

Sevilə Muradova peşəkar karyerasını 15 il əvvəl başa vursa da, idman hər zaman həyatının bir hissəsi olub:

"Çox sayda zədəm olub, beyin qanaxması da keçirmişəm. Amma yenə də formada qalmağa çalışırdım və ötən ilə qədər idman zalına gedirdim. Üstəlik, digər idmançıları izləməyə də davam edirəm. Bu, mənim qanımdadır! Hər zaman ölkəmin qələbələrinə sevinirəm".

Hazırda S.Muradova yarım il davam edəcək kimyaterapiya kursu keçir. Lakin müalicə bununla bitməyəcək - idmançını xərçənglə uzunmüddətli mübarizə gözləyir. O, bu sınağa ruh yüksəkliyi ilə yanaşır:

"Əvvəllər çox çətin idi, xüsusilə analizlərin cavabını gözləmək əzablı keçirdi. Amma özümü ələ aldım və dedim: "Hər şey yaxşı olacaq. Mən həyat çempionuyam və elə də qalacam". İndi diaqnoza sakit yanaşıram və inanıram ki, biz onu məğlub edəcəyik. Həkim dedi ki, bu dövrdə sağalmaz xəstəlik yoxdur. Əsas olan insanın özü və ruh halıdır, qalanı isə mütəxəssislərin işidir".

İdmançını dostları dəstəkləyir. Anasından isə diaqnozu gizlətməyə qərar verib, çünki bu xəbərin onun üçün mənəvi cəhətdən ağır olacağından qorxur:

"Bu, onu mənəvi cəhətdən sındıra bilər. Mənim üçün onun sağlamlığı öz sağlamlığımdan daha önəmlidir".

Sevilə Muradova bildirir ki, müalicə ona baha başa gəlir:

"Xərçənglə bağlı xərclər sığorta tərəfindən qarşılanmır. Bir kimyaterapiya seansı 1 200 manatdır. Kurs bitdikdən sonra yenidən müayinələr və daha sonra ‘dəqiq hədəf" adlanan iynələr olacaq. Bildiyimə görə, bir iynənin qiyməti 500 manatdır".

İdmançının dörd kimyaterapiya kursu üçün 4800 manata ehtiyacı var. Buna görə də o, həmvətənlərdən maddi dəstək istəyir:

"Dəstəyinizə çox sevinərdim. Təkbaşına bu müalicəni maliyyələşdirə bilmirəm. Mən bir kafedə administratoram, amma səhhətimə görə iş saatlarımı azaldıb. Bir neçə kimyaterapiyadan sonra işləməyə davam edə biləcəyim də məlum deyil".

Yardım etmək istəyənlər aşağıdakı bank kartına vəsait köçürə bilərlər (Muradova Sevilənin adına açılıb):

5522 0993 8370 3915

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:58

Trua 2:0 Le-Manı məğlub etdi

Futbol
Bu gün, 01:38

“Real Madrid” futbolçusunun evinə “El Clasico” zamanı 350 min avrodan artıq dəyərində oğurluq

Digər
Bu gün, 01:20

Bakı noyabrın 23‑29‑da qreppling, pankration və həvəskar MMA dünya çempionatlarına ev sahibliyi edəcək

Futbol
Bu gün, 00:43

Bukovina ilə Livıy Bereq arasındakı matç hava hücumu təhlükəsi səbəbindən dayandırıldı

Futbol
Bu gün, 00:38

Cəlal qol vurdu, “Petrolul” evdə xal qazandı

Güləş
Bu gün, 00:26

Arseniy Djioyev: “Ümid edirəm ki, Azərbaycan bayrağı birinci yerdə olacaq”

Futbol
Bu gün, 00:21

Real Madrid müdafiəçisinin evində 350 min avro dəyərində əşyalar oğurlandı

Futbol
Bu gün, 00:12

Manchester United Karrikin gələcəyinə dair qərarı noyabr fasiləsinə qədər təxirə saldı

Futbol
Dünən, 23:55

Simeone La Liqasında ən çox qalib gələn məşqçi rekordunu yenilədi

Futbol
Dünən, 22:53

Rüfat Abdullazadə iştirak etdi, komandası 1:1 heç-heçə ilə tamamladı

Futbol
Dünən, 22:46

Murad Məmmədov Pafos üçün məğlubiyyətdən xilas oldu

Cüdo
Dünən, 22:39

İki Azərbaycan cüdoçusu U-23 Avropa çempionu

Futbol
Dünən, 22:38

Mourinyo yeddi günə üç matç tənqid etdi

Futbol
Dünən, 22:24

Rüfət Abdullazadənin komandası 1:1 nəticəni son anda bərabərlədi

Futbol
Dünən, 22:15

Spalletti: "Napoli qarşısında qələbə üçün rəqiblərdən daha çox istəmək lazımdır"

Olimpiada
Dünən, 21:59

Dakar 2026‑da Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadənin 800 m sərbəst üzmə yarışı ləğv edildi – məşqçinin etirazı

Futbol
Dünən, 21:48

Maykl Karrik Çelsiyə 0:2 məğlubiyyətdəki üç əsas səbəbi izah etdi

Futbol
Dünən, 21:01

"Sabah" klubu "Barselona" ilə UEFA Çempionlar Liqası matçı üçün hazırlanır

Qarabağ FK
Dünən, 20:45

Yeton Bekiri: "Qarabağ"la 0:0 hesablı heç-heçədə komandamdan razıyam, 1 xala layiq idi"

Futbol
Dünən, 20:39

Bayer evdə 4-2 məğlubiyyətə məruz qaldı, RB Leypsiq 2-0 qələbə qazandı

Qarabağ FK
Dünən, 20:36

Qurban Qurbanov: Çatışmazlıqlarımızı Gizlətməyəcəyik

Futbol
Dünən, 20:35

Maksimov: Cədvəldə sonuncu yerdə olduğumuz üçün futbolçularımız həyəcanlıdır

Futbol
Dünən, 20:25

Araz-Naxçıvan – Zirə matçı (2:2) video icmalı

Qarabağ FK
Dünən, 20:10

Çempionatın çətinliyinə qarşı: hər matça maksimum hazırlaşmalıyıq

Oxşar xəbərlər