top
Vüsal Əliyev hakimlərin mübahisəli qərarı ilə finalda uduzdu, bürünc qazandı Sport24.az
09 sentyabr 2025, 21:56
- ↺ +

Vüsal Əliyev hakimlərin mübahisəli qərarı ilə finalda uduzdu, bürünc qazandı

"Azərbaycan güləşçisi Vüsal Əliyev (80 kq) Mərakeşdə təşkil olunan Dünya Seriyasının III mərhələsinin final görüşündə hakimlərin müəmmalı qərarı nəticəsində uduzub". Sport24.az xəbər verir ki, bunu "Report"a açıqlamasında çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Oyan Nəzəriani deyib.

 

O, yığma üzvlərinin nəticələrini dəyərləndirib: "Mərakeşdə böyüklər arasında təşkil olunan Dünya Seriyasında iki idmançımız - Vüsal Əliyev (80 kq) və İbrahim Yusubov (90 kq) iştirak etdi. Vüsal yarışa pley-off mərhələsindən başladı və qrupa vəsiqə qazandı. Daha sonra yarımfinala yüksəldi və burada rəqibi Yunanıstan idmançısı oldu. Bu görüşdə Vüsal son saniyələrə qədər hesabda 1:0 irəlidə idi. Qarşılaşmanı üstün keçirməsinə rəğmən, son anda hakimlərin müəmmalı qərarı ilə hesab 1:1 oldu və sonradan məğlubiyyətlə üzləşdi. Lakin üçüncü yer uğrunda mübarizədə inamlı qələbə qazandı. İbrahim Yusubov isə yarışa A qrupunda start verdi. O, ilk iki görüşdə qələbə qazansa da, üçüncüdə İran təmsilçisinə məğlub oldu. Ancaq hazırda reytinqdə İbrahim Yusubov ikinci, Vüsal Əliyev isə üçüncüdür".

 

Mütəxəssis qarşıdakı planlardan da danışıb: "Dünya Seriyasının növbəti mərhələsi Yunanıstanda keçiriləcək. Həmin yarışda yenə də eyni idmançılarla iştirak edəcəyik. Final mərhələsi isə oktyabrda Misirin İsgəndəriyyə şəhərində təşkil olunacaq. Bu yarış həm də reytinq xalları verəcək. Yekun reytinq nəticələri də elə orada elan olunacaq. Həmçinin U-17 komandamız dünya çempionatına yollanacaq. Turnirdə 8 oğlan, 2 qız idmançı ilə iştirak edəcəyik. Tarixdə ilk dəfə Azərbaycan çimərlik güləşində qızlarla təmsil olunacaq. Bu, 2026-cı ildə keçiriləcək yeniyetmələrin Yay Olimpiya Oyunları öncəsi bizim üçün önəmli sınaq olacaq".

 

Qeyd edək ki, Kasablankada təşkil olunan Dünya Seriyasında Vüsal Əliyev (80 kq) fransalı Huqo Kuenonu üstələyərək bürünc medal qazanıb. İbrahim Yusubov (90 kq) isə qrupda 2-ci yeri tutub və mübarizəni davam etdirə bilməyib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 13:20

Vüsal Qələndərzadə dünya çempionatının 1/32 finalında ipponla qalib gəldi

Olimpiada
Bu gün, 12:44

Azərbaycan Paralimpik atəşmeneciliyi millisi Rusiya komandası ilə birgə təlim keçir

Cüdo
Bu gün, 11:44

Beşqat Olimpiya çempionu Nadya Komaneçi, Bakıdakı cüdo dünya çempionatı iştirakçılarına videomüraciət etdi

Futbol
Bu gün, 11:40

“Neftçi”nin yarımmüdafiəçisinin Messi ilə vida matçında çıxışı

Futbol
Bu gün, 11:17

Tomas Tuxel İngiltərə milli komandası tarixində 20 qalibiyyət rekordu qırdı

Futbol
Bu gün, 10:46

Messinin Argentina milli komandası vida matçında bütün qollar onun keçmiş forma nömrələri ilə gəldi

Futbol
Bu gün, 09:45

Neftçi futbolçusu Messi üçün hədiyyə təqdim etdi, vida matçında ona qarşı qayda pozuntusu etdi

Futbol
Bu gün, 07:04

İngiltərə millisi Çexiyanı 3-0 məğlub etdi: “Yenə əla oyun nümayiş etdirdik”

Futbol
Bu gün, 06:16

Lionel Messi 71-ci dəqiqədə penaltı qol və iki məhsuldar ötürməylə yadda qaldı

Futbol
Bu gün, 04:16

Harri Keyn 125-ci oyunla Piter Şiltonun rekordunu eyni etdi

Futbol
Bu gün, 01:05

UEFA Millətlər Liqasının IV turunda İspaniya və İngiltərə qalib gəldi

Futbol
Dünən, 23:14

De Jonk diz zədəsindən sonra Barcelona ilə ümumi məşqlərə qatıldı

Basketbol
Dünən, 22:21

Neftçi basketbol komandası FIBA Avropa Kubokunda ilk oyununu 58:78 hesabı ilə Yunanıstanın Mikonosuna məğlub etdi;

Futbol
Dünən, 21:26

Litva qapıçısı: Azərbaycan qolu sonrası müdafiəyə keçdi və bizə çətinlik yaratdı

Futbol
Dünən, 19:50

U-21 Azərbaycan millisi Cəbəllütariqi 3-0 məğlub etdi

Futbol
Dünən, 18:13

AFFA Şahdağ Qusar klubu idman direktoruna cərimə verdi

Futbol
Dünən, 17:23

Murad Axundov AFFAdan ayrılma qərarının səbəblərini açıqladı

Futbol
Dünən, 16:40

Liverpool Michael Kayode’yi 50‑55 milyon funtla transfer üçün hədəfləyir

Futbol
Dünən, 14:44

Litvalı baş məşqçi Edqaras Yankauskas Azərbaycan millisi ilə oyundan sonra vəzifəsindən istefa verdi;

Futbol
Dünən, 12:38

Maykl Olise Fransa millisində 1958-ci ildən bəri ən yaxşı qol‑ötürmə göstəricisinə imza atdı;

Cüdo
Dünən, 11:38

Rəşid Məmmədəliyev və Hidayət Heydərovun 1/16 final rəqibləri məlum olub

Voleybol
Dünən, 11:04

U-20 qadın voleybol komandası İzmirdə təlim keçəcək

Futbol
Dünən, 10:35

U-20 milli futbol komandamız Yaponiyaya qarşı çıxacaq

Futbol
Dünən, 10:13

U-21 Azərbaycan millisi bu gün Bank Respublika Arenada Cəbəllütariqla qarşılaşacaq

Oxşar xəbərlər