top
U20 Avropa çempionatının qalibləri olan güləşçilərimiz vətənə qayıtdı Idman.biz
06 iyul 2025, 18:35
- ↺ +

U20 Avropa çempionatının qalibləri olan güləşçilərimiz vətənə qayıtdı

İtaliyanın Kaorle şəhərində keçirilən U20 Avropa çempionatında 2 qızıl medal qazanan qadın güləşi üzrə Azərbaycan millisi vətənə qayıdıb.

İdman.biz xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanın qarşılanma mərasimi və brifinq təşkil edilib.

Baş məşqçi əvəzi Toğrul Əsgərov güləşçilərin yarışda əllərindən gələni etdiklərini bildirərək sözlərinə belə davam edib: "Yolumuz Olimpiada yoludur. Bu yolda dayanmaq yoxdur. Bundan qabaqki müsahibələrimizdə də bildirmişdik ki, komandamız gəncdir, yolumuz uzundur, açıqdır və parlaqdır. Qarşıda bizi U20 və böyüklərin dünya çempionatları gözləyir. Vaxtımız çox azdır. Əlimizdən nə gəlirsə, onu artıqlaması ilə etməyə çalışacağıq".

Böyük məşqçi Rövşən Umudov qadın güləşinin inkişafda olduğunu deyib: "Yeniyetmə qızlar yetişir. Mənə elə gəlir, az bir zamanda tam heyətlə yarışlara qatıla biləcəyik. Qadın güləşi öz sözünü deyəcək. Necə ki, sərbəst və yunan-Roma güləşində komanda hesabında Avropa çempionatında ön sıralarda yer alırıq, qadın güləşi üzrə komandamız da bir-iki ilə U17 və U20 yaş qrupunda öz sözünü deyəcək".

Avropa çempionu Günay Qurbanova yarışın çox yaxşı keçdiyini bildirib: "Şükür Allaha, bu il ikinci dəfə Avropa çempionu ola bildim. Çox xoşbəxtəm. Bütün məşqçilər korpusuna, federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm. Növbəti hədəfim U20 dünya çempionatında uğurlu çıxış etməkdir. Bu yarışa hazırlaşacağıq. İnşallah, yaxşı olacaq".

Avropa çempionu Ruzanna Məmmədova isə yarışın olduqca çətin keçdiyini dilə gətirib: "Çox güclü rəqiblərlə qarşılaşdıq. Amma şükür Allaha ki, nəticə istədiyimiz kimi oldu. Zədəyə görə son təlim-məşq toplantısında iştirak edə bilmədim. İştirak etsəydim, yarış daha asan keçə bilərdi. Yenə də qalib gəldim. Buna görə də çox sevinirəm. Növbəti hədəfim ilk öncə qarşıdan gələn gənclər arasında dünya çempionatı, sonra U23 dünya çempionatıdır. Amma əsas hədəf Olimpiadaya lisenziya qazanıb, ölkəmizi layiqincə təmsil etməkdir".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Oxşar xəbərlər