Estoniyada yeniyetmələr arasında güləş festivalı keçirilir.
İdman.Biz bildirir ki, "Tallin Open" turnirində ölkəmizi U17 qızlardan ibarət komandamız təmsil edir.
Böyük məşqçi Mariya Stadnik və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında yarışda Nəzrin Əhmədli, Xədicə Qurbanzadə (hər ikisi 49 kq), Fatimə Bayramova (53 kq), Məryəm Əmrəli (57 kq), Fidan Babayeva, Rəna Nuriyeva (hər ikisi 61 kq) və Simurə Abdullayeva (69 kq) çıxış dəcək.