top
U-17 Dünya Çempionatında uğur qazanmış güləşçilərimiz Vətənə qayıdıblar Idman.biz
05 avqust 2025, 21:41
- ↺ +

U-17 Dünya Çempionatında uğur qazanmış güləşçilərimiz Vətənə qayıdıblar

Azərbaycan yığması Yunanıstanın paytaxtı Afinada keçirilmiş U-17 dünya çempionatında uğurlu çıxışla yadda qalıb.

İdman.biz xəbər verir ki, 1 qızıl, 3 bürünc medal qazanan sərbəst güləş üzrə millimiz Vətənə qayıdıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanın qarşılanma mərasimi keçirilib. Mərasimdən sonra komandanın böyük məşqçisi və uğur qazanmış idmançılar açıqlama veriblər

Əsgərxan Novruzov, böyük məşqçi: "15 ildir ki, bu komandada böyük məşqçiyəm. Deyə bilərəm ki, son illərin ən rəqabətli dünya çempionatlarından biri idi. İran güləş ölkəsi sayılır. Hər zaman qızıl medalları olur. Amma bu dəfə qızıl medal qazana bilmədilər. Bizim çempionumuz oldu. Komanda hesabında III yeri tutmağa cəmi 1 xal çatmadı. Yarışa yaxşı hazırlaşmışdıq. Uşaqlar da hazır idi. Əksər çəkilərdə favorit sayılan ölkələrin idmançılarına məğlub olduq. Bəzi görüşlərdə son saniyələrdə uduzduq. Bəzən idman xoşbəxtliyi də üzümüzə gülmədi. Əks halda, daha çox medal qazana bilərdik. Amma 4 medal da böyük nəticədir. Son 3 ilin ən yaxşı nəticəsidir. Sərbəst güləş üzrə koordinator Hacı Əliyev də bizimlə yarışa səfər etdi. Dünya çempionumuz elə Hacı Əliyevin çəkisində – 65 kq-da oldu. Hacıya bütün komandanın adından təşəkkür edirəm. Bizə hərtərəfli dəstək verdi".

Hacı Əliyev, sərbəst güləş üzrə koordinator: "Komandamızı, medalçıların şəxsi məşqçilərini, milli komandanın məşqçilərini təbrik edirəm. Federasiyamızın gözü aydın olsun ki, yeniyetmələrimiz dünya çempionatında gözəl uğur əldə etdilər. Avropa ölkələri arasında birinci olduq. Dünya çempionatı çox çətin yarışdır. Burada medal qazanmaq asan deyil. Bu günün çempionları, medalçıları gələcəyin böyüklərdə potensial dünya, olimpiya çempionlarıdır. Əlimizdən gələni edirik ki, bu medalçıları gələcəyə doğru düzgün şəkildə aparaq, yeni-yeni dünya, olimpiya çempionları yetişdirək. Hər zaman əlimdən gələni etməyə hazıram. İnşallah, böyük uğurlara nail olacağıq".

Hüseyn İsmayılov, dünya çempionu: "Yarış çox yaxşı keçdi. Keçən il söz vermişdim ki, dünya çempionatında gümüşümü qızıla çevirəcəyəm. Şükür Allaha ki, elə də oldu. Əsgərxan müəllimin məşqləri, rejimi sayəsində buna nail olduq. Növbəti hədəfim gənclərdə bu uğurun davamını gətirməkdir. Üzərimdə əziyyəti olan hər kəsə öz təşəkkürümü bildirirəm. Dünya çempionatında bütün görüşlər çətin olur. Amma bütün görüşlərdə inanırdım ki, son xal prinsipiylə də olsa, qazanan mən olacağam. Şükür Allaha ki, elə də oldu".

Səid Paşayev, dünya üçüncüsü: "Yarışa çempion olmağa getmişdim. Müəyyən səhvlərə görə alınmadı. İnşallah, gələcəkdə səhvləri düzəldib, daha böyük uğurlar əldə edərəm. Yaxın günlərdə gələcək karyeramı sərbəst, yoxsa yunan-Roma güləşində davam etdirəcəyimə qərar verməyi düşünürəm".

Hakim Tağıyev, dünya üçüncüsü: "Yarış əla keçdi. Bürünc medal qazandım. Daha yüksək nəticə də ola bilərdi. İnşallah, bundan da yaxşı hazırlaşıb, gələn il qızıl medal qazanacağam. Ailəmə, şəxsi məşqçimə və yığma komandanın məşqçilərinə minnətdaram".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Oxşar xəbərlər