top
U-17 Avropa çempionatı: Azərbaycan güləşçilərindən 3-ü yarımfinalda, 4-ü medal uğrunda mübarizədə Idman.biz
14 iyun 2025, 16:00
- +

U-17 Avropa çempionatı: Azərbaycan güləşçilərindən 3-ü yarımfinalda, 4-ü medal uğrunda mübarizədə

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-17 Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, qitə birinciliyinin altıncı günündə sərbəst güləşçilər son 5 çəkidə mübarizəyə qoşulublar.

Azərbaycan millisinin 3 idmançısı yarımfinalda iştirak hüququ əldə edib.

U-17 Avropa çempionatı
Sərbəst güləş
4️5️ kq

Yarışa 1/4 finaldan start verən Ömər Usubov ukraynalı Daniil Lutsikə 3:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Ömər yarımfinalda rusiyalı Umar Rabadanovla qarşılaşacaq.

5️1️ kq
Ramal Mirhüseynov yunanıstanlı Mixail Kokologiannisə tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/4 finalda rusiyalı Axmed Naibarova 3:5 hesabıyla məğlub olub.

6️0️ kq
Həsən Həsənov makedoniyalı Mariyo Ananiyevə tam üstünlüklə (11:0), ermənistanlı Razmik Voskanyana 3:1 hesabıyla qalib gələrək yarımfinala vəsiqə qazanıb. Həsən yarımfinalda rusiyalı Abdulla Delekovla güləşəcək.

7️1️ kq
İsa Yusibov belaruslu Artyom Bolsuna "tuş"la qalib gəlsə də, 1/4 finalda türkiyəli Ömər Gülə 4:9 hesabıyla uduzub.

9️2️ kq
Səid Paşayev slovakiyalı Patrik Urbanekə tam üstünlüklə (10:0), rumıniyalı Maqor Lorinçə isə 4:2 hesabıyla qalib gələrək yarımfinalda iştirak hüququ qazanıb. Səid finala vəsiqə uğrunda ukraynalı David Lutskovla üz-üzə gələcək.
Yarımfinallar Bakı vaxtı ilə 18:45-də, medal qarşılaşmaları isə 20:00-da başlayacaq.

Qeyd edək ki, sərbəst güləşçilərimizdən Tunar Nəsibov (6️5️ kq) təsəlliverici görüşdə gürcüstanlı Saba Tkemaladzeyə "tuş"la qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Bu gün, həmçinin Rəvan Həsənzadə (48 kq) finalda Artak Ağabekyanla (Ermənistan), Ruslan Əlizadə (55 kq) Maxaç Abdullayevlə (UWW), Hakim Tağıyev (110 kq) 3-cü yer uğrunda qarşılaşmada Qyoerqi Juhasla (Macarıstan) münasibətinə aydınlıq gətirəcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:34

“Barselona” 2026/27 mövsümündə rekord starta imza atdı

Futbol
Bu gün, 04:21

“Mançester Yunayted” 42 illik ev qalibiyyət seriyasını qırdı

Futbol
Bu gün, 01:19

“Mançester Yunayted” Liqa Kubokundan çıxıb, “Aston Villa” 1/8 finala yüksəldi

Futbol
Bu gün, 01:02

Milan 0-2 Benfika, Bayer 2-0 Çelye

Futbol
Bu gün, 00:43

Barselona 7 oyunda 30 qol vurar, orta məhsuldarlığı 4 qoldan çox

Futbol
Dünən, 22:44

João Pedro zədə səbəbindən Braziliya millisinin dostluq oyunlarından çıxarıldı

Boks
Dünən, 21:54

Avropa çempionatının püşkündə Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşdirilib

Futbol
Dünən, 21:30

İngiltərə qapıçısı Din Henderson “Kristal Palace”la 2030-cu ilə qədər müqaviləsini uzatdı

Futbol
Dünən, 20:06

Sumqayıt FK-nın yeni kapitanı İsa Suliman olaraq təyin olundu

Futbol
Dünən, 17:39

“Kəpəz” stadionda pirotexniki vasitə istifadə edən azarkeşə xəbərdarlıq edib və cərimə kəsdi

Digər
Dünən, 17:08

FHN-in karate komandası Budapeştdə keçirilən beynəlxalq turnirdə qızıl və gümüş medallar qazandı

Futbol
Dünən, 16:21

“Neftçi” Azərbaycan çempionatında 1000-ci oyununa çıxacaq - VIDEO

Qarabağ FK
Dünən, 16:08

Bense Varkonyi: “Qarabağ”a keçid və Macarıstan milli dəvəti karyeramda yeni mərhələdir

Basketbol
Dünən, 13:10

"Naxçıvan" basketbol klubu Jamaal Brantley ilə birillik yeni müqavilə imzaladı

Futbol
Dünən, 13:00

Kəpəz yarımmüdafiəçisi Viktor Stina Moldova millisinə dəvət aldı

Futbol
Dünən, 12:56

“Qəbələ”nin yeni baş məşqçisi Şimali Makedoniyalı Yeton Bekiri oldu

Futbol
Dünən, 12:12

Messi Argentina milli komandası ilə vidalı dostluq oyununa çıxacaq

Futbol
Dünən, 12:05

Azərbaycanın 19 yaşadək qız futbol millisi Moldovaya 5-3 hesabıyla məğlub oldu;

Futbol
Dünən, 05:44

Enzo Fernandes: Messi tarixdəki ən böyük futbolçudur

Futbol
Dünən, 01:36

Lionel Messi Argentina milli komandası üçün dostluq matçlarına dəvət edildi

Futbol
Dünən, 00:27

Barcelona, Rafinha ilə yeni müqavilə danışıqlarına start verdi

Futbol
15 sentyabr 2026, 23:54

U-20 milli komandamız oktyabrın 3‑ü Moldovayla, 6‑sı Yaponiyaya qarşı yoldaşlıq matçları keçirəcək

Futbol
15 sentyabr 2026, 23:50

Xames Rodriges milli komandada futbol karyerasını başa vurdu

Futbol
15 sentyabr 2026, 22:35

AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr şöbəsinə yeni mətbuat katibi və digər əməkdaşlar təyin olundu

Oxşar xəbərlər