top
Turan Bayramov Dünya Çempionluğuna İddialıdır Report.az
29 avqust 2025, 17:02
- ↺ +

Turan Bayramov Dünya Çempionluğuna İddialıdır

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov hədəfi 74 kq çəki dərəcəsində dünya çempionu olmağı hədəfləyib.

"Report" xəbər verir ki, güləşçi bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

O, zədəsinin tam sağaldığını söyləyib:

"Olimpiadadan sonra ilk yarışım bu ilin fevralında Belarusda keçirilən Aleksandr Medved turniri oldu. İyulda isə Macarıstanda təşkil edilən reytinq turnirində güləşdim. 5 aydan çox yarışlardan kənar qalmaq, təbii ki, öz sözünü deyirdi. Bir aydır ki, çiynim tam sağalıb. Yarışlarda tam gücümlə güləşməyə hazıram. Hədəfim dünya çempionu olmaqdır. Çünki bu, mənim uşaqlıqdan qurduğum xəyaldır. Dünyanın ən çətin çəkisində çempion olub, Azərbaycana 74 kq-da ilk qızıl medalı gətirmək istəyirəm. İlllərdir bu çəkidə rus və amerikalı güləşçilərin hegemonluğu gedir. Buna son qoymaq üçün əlimdən gələni edəcəyəm".

O, Türkiyədəki hazırlıq prosesini dəyərləndirib:

"Hazırlıq prosesi çox gözəl keçdi. Kastamonudakı şərait yüksək səviyyədə idi. Türkiyə, Bəhreyn, Şimali Makedoniya, Rumıniya və Özbəkistan milli komandası ilə birgə toplanışda idik. Olduqca səmərəli toplanış oldu. Həm fiziki, həm də texniki-taktiki məşqlər keçdik. Daha çox fiziki hazırlığın artırılmasına diqqət yetirilsə də, xalça üzərində də məşqlər oldu. Bu toplanışı dünya çempionatı ərəfəsində çox faydalı hazırlıq prosesi kimi qiymətləndirirəm".

Güləşçi Paris Olimpiya Oyunlarında son saniyələrdə məğlubiyyətinin səbəbini izah edib:

"Bəli, şükürlər olsun ki, həm Tokio, həm də Paris Olimpiya Oyunlarında iştirak etdim. Fikrimcə, son Olimpiadada medal qazana bilərdim. Çünki yüksək səviyyədə hazırlaşmışdım. Təlim-məşq toplanışlarında əlimdən gələni etmişdim. Məşqçilərimiz də bu cür fikirləşirdi. Çermen Valiyevlə görüşdə son saniyədə boşalmağım mənə çox baha başa gəldi. Medalsız qaldım. Çermen güclü rəqib idi. İnanıram ki, bundan sonra o səhvləri etmərəm. Mənim üçün çox böyük təcrübə oldu.

İdmançı 74 kq çəki dərəcəsində də sözünü demək istədiyini bildirib:

"Mənə də bu sualı çox verirlər. Yeniyetmə və gənclərdə 65 kq-da güləşirdim. Uzun müddət eyni çəkidə güləşdiyim üçün həmin kateqoriyanın tempinə və gücünə uyğunlaşmışdım. Sonra birdən-birə 74 kq-a qalxdım. Bununla da rəqiblərin səviyyəsi də qalxdı. Avropa və dünya çempionatlarında öz sözünü demiş idmançılar idi. Kənardan elə görsənir ki, dayanıram, fənd işlətmirəm. Amma bu, belə deyil. Nəzərə almaq lazımdır ki, 74 kq sərbəst güləşdə ən çətin, ən rəqabətli çəki dərəcəsidir. Rəqiblərin hamısı bir-birindən güclü, təcrübəli güləşçilərdir. İki Olimpiadada güləşmişəm. Avropa çempionatından medalım var. İslam Oyunlarının qalibi olmuşam. Artıq bu çəkidə öz sözümü deməyin vaxtı çatıb. Buna görə hücum üslubuna keçməliyəm. İnşallah, növbəti yarışlarda belə olacaq".

güləş   Turan Bayramov   dünya çempionatı   Olimpiada  
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Oxşar xəbərlər