Qadın güləşi üzrə Olimpiya və səkkizqat dünya çempionatının qalibi olan Hitomi Obara 44 yaşında vəfat edib.
"Report" xəbər verir ki, bu barədə Dünya Güləş Birliyinin (UWW) mətbuat xidməti məlumat yayıb.
Yaponiyalı idmançının vəfatının səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Obara 2012-ci ildə İngiltərənin paytaxtı Londonda keçirilən Olimpiadada 48 kq çəki dərəcəsində qalib olub. Bundan başqa o, müxtəlif illərdə 8 dəfə dünya çempionatının qızıl medalını qazanıb.
Adı 2022-ci ilin sentyabrında UWW Şöhrət Zalına daxil edilən H.Obara 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiadaya hazırlaşan qadınlardan ibarət Yaponiya millisinin məşqçilər korpusunda yer almışdı.